Azəri
Friday 10th of January 2025
0
نفر 0

Sual: 17. Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?


Cavab: Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla müəyyənləşir. Yuxarıda deyilənlərdən məlum olur ki, dini hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. Yəni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini təmin edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: “İslamda vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir məsələ yoxdur.
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Quran ayəsinə nəzər salaq:
“Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd edənlərin ən yaxşısıdır.”
“Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm Onundur.”
“Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!
“Məgər Allah hakimlərin ən üstünü deyilmi?!
“Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha aiddir.”
“Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, başqasını özümə hakim istəməliyəm?!


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment