Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mənasız hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s) qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz “hikmət və hökumət” kitabında yazır:
“İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır. Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün müştərək sahibləridir.
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın təmini üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi mülkiyyəti hesab edə bilməz. İddiaçı “müştərək yaşayış fəzası” dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza hüquqi gücə malik deyil.
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir. Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir hökuməti etibarlı hesab etmək olmaz.
Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf ki, kitabın imkanlarından xaricdir.
source : الشیعه