Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 23. Sekulyarizm tərəfdarlarının əsas müddəaları hansılardır?



Cavab: Dini siyasətdən ayıran sekulyar fikirlər əsasən, iki qismə bölünür:

Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.

Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.

Daha geniş cavab

Əsas terminlər: din, sekulyarizm, siyasət

Mövzu: Sekulyarizmin əsasları

Sekulyarizm tərəfdarlarının əsas müddəaları hansılardır?

 

Qısa baxış:

Dini siyasətdən ayıran sekulyar fikirlər əsasən, iki qismə bölünür:

Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.

Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.

İzah:

Sekulyarizm təfəkkürünün tarixin müəyyən dönəmi və elmi-mədəni şəraitlə əlaqədar yaranmasına baxmayaraq, onun öz tərəfdarlarının bir sıra fəlsəfi iddia və etiqadi dəlilləri vardır. Onların dini siyasətdən ayıran əsas dəlilləri iki qismə bölünür:

1. Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.

2. Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.

Birinci qismə aid olanlar neçə əsas şöbəyə ayrılır: 1) Din zatən siyasətlə uyğun deyil. 2) Dinin özünəməxsus qanunları və şəraitə uyğun tələbləri var. 3) Din sabit, dünya isə dəyişəndir.

İkinci qisim isə bir əsas üzərində durur: Şəriət ictimai idarəçiliyə qadir deyil.

 

Burada hər iki tərəfin dəlil və əsaslarını, qısa da olsa, dəyərləndirəcəyik.

Birinci qismin müddəa və cavabları:

1. Din zatən siyasətlə uyğun deyil.

Onlar[1] belə iddia edirlər ki, hər bir şeyin özünə xass mahiyyət və zatı vardır və o cümlədən, din də zatən siyasətlə fərqlənir. Bu baxımdan “dini siyasət” süni ağac kimi təravətsizdir.

Cavab:

Siyasət mahiyyətcə cəmiyyətin idarəsi yönümündə xarakterizə olunur və din isə Allah-taala tərəfindən bəşəriyyəti əbədi səadətə yetirmək üçün nəzərdə tutulub. Buna əsasən, “dini siyasət” cəmiyyəti öz çərçivəsində əbədi səadətə yönəldən idarə sistemidir və burada dini siyasətdən ayıran heç bir uyğunsuzluq görünmür.

2. Dinin özünəməxsus qanun və şəraitə uyğun tələbləri var.

Bəziləri deyir ki, dini dəyərlər bir sıra özünəməxsus tələblərə tabedir və onların vastəsi ilə istənilən ideyanı həyata keçirmək olmaz. Halbuki siyasət və cəmiyyətin idarəsində belə hallar təbiidir. Belə isə din siyasət almində əsas seçilə bilməz. [2]

Cavab:

Hər şeydən əvvəl burada dini-şəri tələblərin nə olduğu aydınlaşmalıdır. Hökm və qanunlar hər sahə üzrə, o cümlədən, dində də üç qismə bölünür:

1) Sabit hökmlər: O hökmələrə deyilir ki, hər bir halda dəyişməzdir. Məsələn, zülm haram və ədaləti qorumaq vacibdir və onları pozmağa icazə verilmir.

2) Asılı hökmlər: O hökmlərə deyilir ki, hər hansı bir mane ilə üzləşməyincə, qüvvədən düşmür. Məsələn, səbəbsiz yalan danışmaq olmaz, amma kiminsə (müsəlman şəxs) canını bu yolla qorumaq mümkün olduğu surətdə ona icazə verilir.

3) Şəraitlə əlaqədar hökmlər: O qanunlara şamildir ki, şəraitlə əlaqədar qüvvəyə minir. Məsələn, cəza növləri müəyyən qanunsuzluqlara yol verildiyi zaman icra olunur.

Bütün bunların İslamda müxtəlifliyinə baxmayaraq, əsasən, sabit qanunlar əksəriyyət təşkil edir. Onu da bilməliyik ki, sabit və şəraitlə əlaqədar dəyişən bütün bu hökmlər dinin yalnız siyasi şöbəsində yox, bütün sahələrdə özünü göstərir. Yəni, əksəriyyət tələb olunan hökmlər cəmiyyətdə tətbiq olunur. Hər halda bütün qanunlar əsasını qoruyaraq şəraitələ əlaqədar dəyişə və ya biri digərinə üstün tutula bilər. Maneələr özləri də müxtəlif formalarda zahir olur və onların ən mühümü iki hökmün eyni vaxtda qarşı-qarşıya durmasıdır. Belə məsələlər fiqhin “təzahümi-əhkam” bölməsində araşdırılır və bir hökmün digəri üzərində üstünlüyü və ya əhəmiyyəti nəzərə alınaraq hər hansı mane aradan qaldırılır. Hətta şəriətdə çıxış yolları üçün hökm və məsləhətlər də təbəqələrə bölünür. Məsələn, eyni vaxtda bir fərdin canı və ya malının təhlükəsi zamanı onun canının qorunması məsələsi əhəmiyyət kəsb edir.

Qısası, şəriətin şəraitə uyğun hökm və qanunları bütün sahələri, o cümlədən, siyasi məsələləri də əhatə edir. Məsələn, hər kəsin hər hansı vəziyyətdə seçdiyi vəzifəsinə uyğun meyarlar təyin olunub və burada siyasi sahə də müstəsna deyil.

3. Din sabit, dünya isə dəyişəndir.

Sekulyarizmdə dini siyasətdən ayıran ən mühüm müddəa dinin sabit, dünyanın isə dəyişkənliyidir ki, onu xülasə şəkildə belə izah etmək olar: Dinin müqəddəsliyi onun sabit və dəyişməzliyinə zəmanət verir. Dünya isə daim dəyişəndir və onun varlıqları da dəyişir. Buna əsasən, dini dünya işlərində bünövrə seçmək olmaz.

Cavab:

Qabaqda qeyd olunanlara əsasən, sekulyarizm tərəfdarlarının müddəalarında iki mühüm qüsur vardır ki, hər ikisi əsassız mühakimələrə söykənir.

Əvvəla, deyilən müddəanı elə ümumi yürüdürlər ki, guya, dində dəyişə bilən heç bir ölçü yoxdur. Halbuki biz yuxarıdakı qeydlərimizdə dində dəyişən ölçülərə toxunduq və belə nəticə aldıq ki, din insanın mahiyyəti ilə əlaqədar sabit, asılı və dəyişən ölçülər götürür.

İkinci qüsur odur ki, dünya dəyişəndir və guya, dünyada sabit bir şey yoxdur. Halbuki, kainat və dünyanın nizam-intizamı dəyişməz qanunauyğunluqlara əsaslanır və onda nisbi və zahiri dəyişikliklər də mövcuddur. Dünyanın sabit və dəyişən nizamına uyğun dinin də sabit və dəyişən qanun-qaydaları vardır.

İkinci qismin müddəa və cavabları:

Şəriət ictimai idarəçiliyə qadir deyil.

Bəziləri dinin sosioloji qanun kasadlığını iddia edərək onun müasir dövrə cavab vermədiyini irəli sürür. Belə bir iddia, guya, şəriətlə elmin uyğunsuzluğundan əmələ gəlib. Belə ki, irtica dövrü təlim formasının müasir zamanda bir rola malik olması sadəlövlük sayılır. Məsələn, bu fikrə mötəqid olan ziyalılardan birinin nəzərinə diqqət yetirək: “Şəriətin qanun-qayda və ölçüləri o zamanın ibtidai həyat tərzi sürən tayfa və qəbilələri üçün nəzərdə tutulub... O dövrün ictimai quruluşu, bazar, ailə-məişət məsələləri, elm-sənət, quruculuq işləri və hökumət üsul-idarəsi bugünkü kimi deyildi. Soltan və ya fəqihin hökmü elmi kəşf və nailiyyətlərin yerini tutumuşdu, harada bir müşkül məsələ qarşıya çıxsaydı, o sahə üzrə fiqh üçün təzə mövzu açılırdı. Məsələn, möhtəkirlik, zinakarlıq, oğurluq, fitnə-fəsad və s. halları üçün şəriətdə təyin olunan eyni hökmlər tətbiq olunurdu və elə güman edirdilər ki, cinayətkarlığın kökünün kəsilmə yolları məhz bunlardır. Ən normal müdiriyyət və idarə üsulları fəqihin hökmləri ilə məhdudlaşırdı və o dövr cəmiyyətin müasir elmi təlim-tərbiyə qaydaları və yeni müdiriyyət üsullarından tamamilə uzaq idi. Heç təsəvvür etmək olarmı ki, elm və sənətin bu qədər inkişaf etdiyi, ticarət və siyasətin bütün dünyanı başına aldığı bir zamanda bu gün fəqih üsul-idarə qaydaları normal bir sistem kimi irəli sürülsün?!...”[3]

Cavab: Adətən, belə yanlış təsəvvürlər İslamın xristianlıqla müqayisəsindən irəli gəlir və belələri fəqihin elmi əhatəsindən və İslamın elmə baxışından xəbərsizdirlər. İslam şəriəti insan və ictimaiyyətlə əlaqədar hər hansı məsələyə dair müəyyən sabit və dəyişən ölçülər irəli sürür, həmçinin onun fərd və kütlənin idarəsində özünəməxsus qanunları vardır. Bir də ki, yeni məsələlərin həlli yolunda “ictihad” üsulu həmişə fəqihin üzünə açıqdır. Bu üsul daim dinin insan və cəmiyyətlə rabitəsini qoruyur, şəriətdə stabillik yaradır və hər hansı tərəqqi və inkişafla əlaqədar yeni məsələləri cavablandırmaq inmkanı yaradır.

Amma fəqihin hökm yürütmə dairəsinə gəldikdə isə bütün elmi və qeyri-elmi sahələrin ona aidiyyatı nəzərdə tutulmur, hər sahə üzrə mütəxəssisin kəşf və nəzərləri onun üçün bir mənbəyə çevrilir və çox vaxt şəriətin dəyişən hökmləri bunlara əsasən müəyyənləşdirilir.[4]

Deməli, nə fəqihin dövranı qurtarıbdır demək olar, nə də fəqihə müraciət müasir dövrlə vidalaşmaq deməkdir. Əslində, fəqih üsul-idarəsi elmi inkişaf sayəsində dinin əsas hədəfi olan səadətə doğru tərəqqi deməkdir.

[1] Essentialism—təməlçilik

[2] Adil Zahir, “Əl-üsusul-fəlsəfiyyə lil-elmaniyyə”, səh. 178; Əhməd Vaizi, “Hokuməte dini”, səh. 70.

[3] Əbdülkərim Suruş, “Qisəsi ərbabi mərifət”, səh. 54-55

[4] Məhdi Hadəvi Tehrani, “Məbaniye kəlamiye ictihad”, səh. 403-404, “Vilayəte-fəqih”, səh. 61-64

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment