Azəri
Friday 10th of January 2025
0
نفر 0

Sual: 32. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?


Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.”  Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”
Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”
Həzrət Əli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment