Azəri
Thursday 18th of July 2024
1
نفر 0

Sual: 33. Əgər İslam dinindən sonra ondan əvvəlki dinlər gücdən düşürsə, nə üçün bəzi Quran ayələrində Allaha iman gətirib saleh iş görən yəhudilər və məsihilər də nicat tapmış hesab olunur?

Bildirilir ki, belələri üçün qiyamət günü heç bir qəm-qüssə yoxdur. Deyilənlərdən belə bir nəticə çıxarmaq olarmı ki, İslamdan qabaqkı dindən olanlar Allaha iman gətirib saleh iş gördükdə nicat tapırlar? Məgər onların iman gətirdiyi dinlər gücdən düşməmişdirmi?
Cavab: Yaxşı olar ki, əvvəlcə uyğun ayələrə nəzər salaq, sonra isə onları araşdıraq: 1. “İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə iman gətirib, yaxşı iş görənlərin mükafatı Rəbbinin yanındadır. Onlar üçün heç bir qəm-qüssə yoxdur.”[127] 2. Şübhəsiz ki, iman gətirən yəhudilərdən, sabiilərdən və məsihilərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur, onlar qəm-qüssə görməzlər.”[128] 3. Həqiqətən, Allaha iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir...”[129] İlk baxışdan elə görünə bilər ki, Allaha iman gətirib, saleh iş görən, eləcə də, başqa dində olan insanlar qiyamət günü nicat tapacaqlar. Belə bir təsəvvür yarana bilər ki, Allaha doğru hansı yolla getməyin fərqi yoxdur. Hər bir kəs öz mənsub olduğu dinin yolu ilə nicat tapa bilər. Bütün bu fikirlər Quranı dərindən mütaliə etməyən insanlara məxsusudur. Amma bilməliyik ki, Quran həqiqətlərini anlamaq üçün bir ayəni götürüb, digər ayələrə nəzər salmadan nəticə çıxarmaq düzgün deyil. Ayənin həqiqi mənasını dərk etmək üçün onun nazil olduğu şəraiti, özündən əvvəlki və sonrakı ayələri mütaliə etmək lazımdır. Əgər İslam zühur etdikdən sonra ondan əvvəlki dinlər qüvvədə qalsaydı, İslam Peyğəmbəri (s) müxtəlif ölkə başçılarına dəvət məktubları ilə müraciət etməzdi. Axı həzrət (s) İslam dinini ümumbəşəri bir din kimi təbliğ edir, başqa dindən olanları İslamı qəbul etməyə çağırır. Həzrət Peyğəmbərin (s) məktubları və dəvətləri, müsəlmanların kitab əhli ilə uzun sürən savaşları bir daha təsdiq edir ki, İslam zühur etdikdən sonra əvvəlki Peyğəmbərlərin risaləsi tamam oldu və qiyamət günü İslamdan başqa bir din qəbul olunmayacaq. Bəs uyğun ayədə nəzərdə tutulan nədir? Ayədə icmali və təfsili olmaqla iki məsələyə toxunulur: 1. Əgər yəhudilər və məsihilər Allaha və qiyamət gününə doğrudan da iman gətirmişlərsə, öz kitablarına − tövrat və incildəki məlumatlara əsasən İslam Peyğəmbərinə (s) üz tutmalıdırlar. Çünki həm Tövratda, həm də İncildə İslam Peyğəmbərinin gəlişi ilə müjdə verilmiş, onun əlamətləri sadalanmışdır. Maraqlıdır ki, Qurani-məcid uyğun məsələyə yuxarıda zikr olunmuş ayədən qabaq toxunur: “De ki, ey kitab əhli! Tövrata, İncilə və Rəbbinin tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikdə siz heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən ( Quran) onlardan bir çoxunu yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma.”[130] Aydın görünür ki, uyğun səmavi kitaba diqqətə çağırılmasında məqsəd İslam Peyğəmbərinin risalətini önə çəkməkdir. Quranda bu məsələyə dəfələrlə işarə olunmuşdur. Bildirilir ki, əgər onlar, doğrudan da, Allaha və qiyamət gününə inanırlarsa, İslam Peyğəmbərinin ümumbəşəri risalətini qəbul etməlidirlər. Bir sözlə, Allaha və qiyamət gününə iman gətirib, öz səmavi kitabına inanan şəxs bilməlidir ki, İslam Peyğəmbərinin zühuru onun öz kitabının tərkib hissələrindən biridir. İslam Peyğəmbəri zühur etdikdən sonra yəhudilər və məsihilər öz kitablarının hökmünə əsasən növbəti dinə üz tutmalı idilər. 2. “Bəqərə” surəsinin uyğun ayəsindən məlum olur ki, ayədə öz Peyğəmbərlərinə həqiqətən iman gətirmiş kitab əhlinə müraciət olunur. Onlardan bəziləri yeni din zühur etdikdən sonra əvvəlki dində qalmaq qərarına gəldilər. Amma elələri də tapılmışdı ki, vaxtı ilə Musaya belə demişdi: “Allahı öz gözümüzlə görməsək, heç vaxt ona ibadət etmərik.” Bəni-İsrail bu sayaq rəftarlarına görə Allahın qəzəbinə düçar oldu. Başqa bir ayədə oxuyuruq: “Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular...”[131] Uyğun ayədən məlum olur ki, yalnız kitab əhlindən olub saleh iş görən o şəxslər nicat tapacaqlar ki, İslam Peyğəmbərindən qabaq yaşamışlar. Kitab əhlinə qurtuluş vəd edən ayənin İslam Peyğəmbəri (s) dövründə yaşayan insanlara aidiyyatı yoxdur. Ayənin nazil olma şəraiti də uyğun baxışı təsdiqləyir. Ayə nazil olan dövrdə bir çox müsəlmanlar öz ata-babalarının aqibətindən narahat olaraq, iztirab keçirirdilər. Onlar düşünürdülər ki, əgər yalnız İslam dini məqbuldursa, bəs onların ata-babalarının aqibəti necə olacaq? Həmin məqamda uyğun ayə nazil oldu və rəsmi elan edildi ki, öz əsrində Allaha və qiyamət gününə inanmış, saleh əməl etmiş insanlar qiyamət günü nicat tapacaqlar. Salman Farsi ilk dəfə həzrət Peyğəmbərin xidmətində olarkən Mosuldakı dostları və rəhbərləri haqqında danışaraq dedi: “Mosulun bütün rəhbərləri sizin besətiniz intizarında idilər. Təəssüf ki, sizi görməmişdən qabaq dünyaya gözlərini qapadılar.” Salmanın bu sözlərindən sonra oradakılardan biri dedi: “Onlar cəhənnəm əhlidir.” Bu sözlər Salmana ağır gəldi. Elə həmin məqamda yuxarıda haqqında danışdığımız ayə nazil oldu və elan edildi ki, həzrət Peyğəmbərin fəzilətli dövrünü görməmiş, keçmiş haqq dində olanlar nicat tapacaqlar. Bir sözlə, İslam Peyğəmbərindən qabaq öz dövrünün həqiqi ayinlərinə iman gətirib saleh işlər görənlər qiyamət günü nicat tapanlardandırlar. Aydın olur ki, ayədə bütün dinlərdən olanların bağışlanması nəzərdə tutulmur. Quranın həqiqi məfhumundan xəbərsiz olanlar elə düşünə bilərlər ki, bütün məzhəblərdən olan iman əhli nicat tapasıdır. “Həcc” surəsinin 17-ci ayəsinin deyilənlərlə heç bir əlaqəsi yoxdur. Ayədə yalnız bu bildirilir ki, Allah qiyamət günü dünyanın bütün millətləri arasında hakimlik edəcək. Uyğun ayə qiyamətdə bütün məzhəbdən olanların nicat tapacağına dəlil göstərilə bilməz.

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment

Berenice
diyo ki: e7akmağı sf6ndfcrmemizin sebebi biline7 altına işlenmiş şartlı reelekslfrdir.İnsanoğlunun yapısında yağ,karbonhidrat ve protein organik molekfclleri olduğu ie7in sıcak cisimlere fazla dayanamıyoruz.e7fcnkfc bu molekfcllerin tutuşma sıcaklığı olduke7a dfcşfck,hemen tutuşuveriyola gari :D +5Sizce bu cevap yeterli mi ?
پاسخ
0     0
2012-06-06 23:08:47