Cavab: Dünyada çoxlu dinlər mövcuddur. İslam, Xristianlıq və Yəhudilik isə səmavi dinlər hesab edilir. Bizim inancımıza əsasən, İslam dini digər dinlər arasında haqq dindir və buna görə də xeyli tutarlı dəlillər mövcuddur. Şiəlik din yox, İslam dininin bir məzhəbidir. Şiələr özlərini Peyğəmbərin (s) və onun haqq canişinlərinin ardıcılları hesab edir və məzhəblərinin haqq olmasıni sübut etdirmək üçün möhkəm arqumentlər irəli sürmüşlər. Şiəlik haqqında məlumat əldə etmək üçün Əllamə Təbatəbainin "İslamda Şiəlik" kitabına müraciət edin.