Cavab: Əgər İslamın bütün göstərişləri cüzi və konkret olsaydı, xüsusi işlər və şəxslər üçün nəzərdə tutulsaydı, deyilən irad yerli görünərdi. Hansı ki, İslam dini ümumi prinsiplərə və əhatəli qanunlara malikdir. Bu qanunlar hər bir əsrin ehtiyaclarına cavab verir. İslamda “ictihad” mövzusu vardır. İctihad dedikdə ümumi qanunlardan dövrün ehtiyaclarına cavab verəcək cüzi qanunların çıxarılması nəzərdə tutulur. Müctəhid Quran və hədislərdən istifadə etməklə müasir insanın vəzifələrini müəyyənləşdirən şəxsdir.
source : الشیعه