Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Sual: 38. İndi əsas məsələ budur: hansı dəlil-sübutlara əsasən anlamaq olar ki, islam dini kamildir, hər bir zaman və əsrdə insanın kamal və səadəti üçün düzgün proqramları vardır, özü də hər bir zəmində?


Cavab: Mübin İslam dini onun əbədi və kamalda olmasına səbəb olan bir sıra vasitələrdən istifadə etmişdir. Aşağıda bu vasitələrdən bəzilərini ixtisarla qeyd edirik:
1. İslam dini insanların hidayəti üçün bir tərəfdən ümumi və külli qaydalardan istifadə edir. Həqiqətdə bunlar dəyişilməz, sabit qanunlardır, zamanın keçməsi ilə onlarda heç bir dəyişiklik baş vermir. Bu mənbələr aşağıdakılardan ibarətdir:
a) Allah-taala tərəfindən şəri hökmlərin əldə edilməsi üçün höccət sayılan sağlam əqlin hökmü. Misal üçün, zülmün qəbahətli, çirkin, yaxud ədalətin gözəl bir iş olduğunu ayırd etmək.
b) Allah-taala hökmləri məsləhət və fəsad əsasında vermişdir. Deməli, bəşəriyyətin xeyrinə və mənfəətinə olan hər bir şey Şəriət Sahibinin nəzərində sair işlərin hamısından irəlidir.
v) Onda mövcud olan külli qanunlar sair hökmləri məhdudlaşdıra bilər, misal üçün, dində çətinliyin, məşəqqətin və məcburiyyətin olmaması, din hökmlərində çıxılmaz vəziyyətdə yaranan hallar. Deməli, əgər mükəlləf şəxs şəri hökmə əməl etdiyi təqdirdə – öz vəziyyətinə uyğun olaraq həddindən artıq çətinliyə düşərsə, onun barəsindəki şəri hökm başqa bir hökmə çevrilir.
q) İslam elə qanunlardan istifadə edir ki, insani fitrətlə tamamilə uyğundur, onlarda insanın heç vaxt dəyişilməyən təbiətinin tələblərinə riayət olunmuşdur. Həmçinin, Allah-taalanın qanunçuluğunda mötədil və normal vəziyyətə riayət olunmuşdur ki, bunların hamısı da hökmlərin əbədi qalmasına kömək edir.
ğ) İctihad digər bir vasitədir ki, qarşıya çıxan yeni mövzular dində mövcud olan külli qanunlarla uyğunlaşdırılsın.
2. İslamın əbədi qalmaq üçün istifadə etdiyi digər bir vasitə də həyatın çox geniş səviyyəsində müxtəlif hökmlərə malik olmasıdır ki, ən ibtidai işlərə belə – o cümlədən, su içmək kimi – şamil olur. Digər tərəfdən, o, alver, ticarət və hakimiyyətlə əlaqədar hökmləri də əhatə edir.
3. Bu dinin insana öyrətdiyi əxlaq, etiqad prinsipləri, islamın və kamalların sair din və məktəblərə üstünlüyü. Bu da islam etiqad prinsiplərinin və əsaslarının əbədi qalmasına səbəb olan digər yollardan biridir.
Digər dəlillər olaraq aşağıdakı məsələlərə işarə etmək olar:
1. İslam hökmlərinin sair dinlərdəki oxşar hökmlərlə dəqiq şəkildə müqayisə edilib uyğunlaşdırılması islamdakı hökmlərin kamil və mütərəqqi olmasından hekayət edir.
2. Ayə və rəvayətlərin araşdırılması islamın kamil bir din olmasını göstərir. Misal üçün, “Ənbiya” surəsinin 107-ci ayəsində islam “bəlağ” adlandırılır, yəni islam elə bir şeydir ki, siz onun vasitəsi ilə öz arzularınıza çatırsınız. Qədir-xum xütbəsində də Peyğəmbər (səlləllahu əleyhi və alih) aşkar buyurur ki, “sizi behiştdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran şeylərin hamısını bəyan etmişəm.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...

 
user comment