Hədis və rəvayətlərin əhəmiyyəti barədə Peyğəmbər (s)-dan və əhli-beyt (ə)-dan çoxlu hədislər qeyd olunmuşdur. Bu rəvayətlər, müxtəlif cəhətlərə əsasən sünnənin əhəmiyyətli olmasını, onu əzbərləməyə, yazmağa və başqalarına çatdırmağa çox təkid etmişdir.
Həzrət Peyğəmbər (s) “Vida“ həccinin xütbəsində belə buyurdu :- “Camaat! Mən sizin səadət və xoşbəxtliyinizi təmin edən bütün halal işləri sizə tanıtdım və sizin bədbəxtliyinizə səbəb olan haram şeylərdən çəkindirdim və bu hökümlərdə dəyişikliklər olmayacaqdir:
Rəsuli Əkrəm (s) müxtəlif yerlərdə bir qrup şəxslərə hədis əzbərləməyə tövsiyə etmiş və dua edərək həvəsləndirmişdir:
نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَوَعاها
“ Allah bizim söylədiyimizi, eşidərək onu hifz edən bəndəni öz lütfü və rəhmətində saxlasın.”
bəzən həmin kəlmələrlə hədis söyləyənlə üçün dua etmişdir :
نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَبَلَغَهَا
“ Allah bizim hədislərimizi, eşidərək onu başqaları üçün söyləyən bəndəni öz lütfü və rəhmətində saxlasın.”
“ فَليَبلُغَ الشٌَاهِدالغَائب ” – “Hazırda yanımda olub eşidənlər, burada olmayanlara çatdırsınlar.” Bu cümlə, Peyğəmbər (s)-in sözlərində çox işlənmişdir. O cümlədən həzrət (s) axırıncı xütbələrində və söhbətlərində bu cümləni buyurmuşdur.
Bu cümlələr, hədisin və sünnənin nəqədər də əhəmiyyətli və mühüm olmasını aydınlaşdırır. Peyğəmbər (s)-in halal və haramın, dini əhkamların ümmətinə çatdırmaqla başqa müsəlmanlara da çatdırılmasının hər kəsin vəzifəsi olduğunu bildirmişdir. Hədisləri eşidərək başqalarına söyləyənləri “özünün ardıcılları” kimi tanıtdırmışdır.
“ QURAN VƏ SÜNNƏNİN FƏRQİ “
Quran və sünnə hər ikisi vəhy və ilham mənbəyi, bir nurun şuası olduqları üçün onlar arasında fərq və üstünlük yoxdur. Lakin, Quranın sünnə ilə fərqini belə xülasə etmək olar:
a) Quran təhəddi və möcüzə məqamında nazil olmuşdur. Lakin sünnənin belə bir xüsusiyyəti yoxdur.
b) Quranın müqəddəs kəlimələri həm məna və məfhum baxımından həm də kəlimə və sözlər baxımından bir başa Allaha məxsusdur. Lakın, sünnədə olan hədislərin məna və məfhumu Allahın, kəlam və sözləri isə peyğəmbər (s)-indir.
c) Quranın hər bir ayəsinin Allah tərəfindən nazil olmasına heç bir şübhə yoxdur. Ancaq, Peyğəmbər (s) – dan söylənilən bəzi hədislər isə qəti deyil, bəlkə şübhəlidir.
d) Quran, əhkam və qanunları tam şəkildə bəyan etmişdir. Amma sünnədə isə hökümlərin xırdalıqları da açıqlanmışdır. Başqa sözlə söyləsək, Quran özü qanunları bütövlükdə qeyd etmış, amma onların izahını isə Peyğəmbər (s)-ə həvalə etmişdir.
Quran yuxarıdakı məsələni belə açıqlamışdır:
وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
“Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”
Başqa tərəfdən müsəlmanlara buyurmuşdur ki, Quran ayələri ilə Peyğəmbər (s)-in kəlamları arasında heç bir fərq qoymasınlar. Bu məsələnin də vacib olduğunu qeyd edir:
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
“Peyğəmbər sizə nə verirsə, onu qəbul edin; nəyi qadağan edirsə, ondan əl çəkin. “
Çünki, Peyğəmbər (s) özündən heç bir söz demir və buyurduğu hər bir şey Allahın əmri ilədir :
وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
“O, keyfi istəyəni (boş yerə) danışmır. Söylədikləri, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. “
Sünnədə, Qurani Kərimin ayələri açıqlanır və izah olunur. Mütləq ayələri qeydlərlə, ümumi ayələr isə hədislər vasitəsi ilə izah olunur. Hədislərin və sünnənin xülasəsi Quranın açıq şəkildə buyurduqlarını müəyyənləşdirir. Məsələn : Quranda namazın vacib olma hökmü nazil olmuşdur. Lakin, onun rukunları, rükətlərinin sayı açıqlanmayıbdır. Peyğəmbər (s) namaz qılmağı ilə bunların hamısını camaata öyrətmişdir. Başqa bir misal; Həccin hökmü, Qurani Kərimdə ümumi surətdə gəlmişdir. Lakin, bu ayələrin bir neçəsindən başqa qalan ayələrdə incəliklər qeyd olunmamışdır. Peyğəmbər (s) aşağıdakı kəlamı ilə mühüm əməlləri camaata öyrətmişdir və belə buyurmuşdur :
خُذُواعَنِّي مَناسِكَكُمْ
“ Həccin əməllərini məndən öyrənin “
Həmçinin irsin hökümlərinin bir hissəsi yəni, onun başlıca qanunları Quranda gəlmişdir. Lakin, təfərruatı isə, məsələn “ qatilin irsdən məhrum olması” sünnədə bəyan olunmuşdur.
Beləliklə zəkat, cihad və yüzlərlə başqa hökümlərin hamısı sünnənin vasitəsi ilə bizlərə çatmışdır.
ŞİƏ VƏ SÜNNI MƏZHƏBLƏRİNDƏ HƏDİS YAZILIŞININ QISA TARİXİ
Şiə məzhəbində hədisin yazılması :
Doğru mənbələrə və əhli sünnə məzhəbinin etimad etdikləri kitablarda olan hədislərin məzmununa əsasən qeyd olunmuşdur ki, Peyğəmbər (s)-in zamanında müsəlmanlar arasında nəinki hədis yazmaq adi bir hal və azad bir iş bəlkə, müsəlmanlar arasında bu işə ( hədisləri yazmaq ) çox ehtiyac duyulurdu. Hətta Peyğəmbər (s)-in özü bu işə xüsusi diqqət yetirmış və müxtəlif yollarla müsəlmanları hədis yazmağa həvəsləndirmiş və ruhlandırmışdir. Səhabələrin hər biri öz bacardıqları o həzrət (s)- dan eşitdikləri və öyrəndikləri hədisləri yazmışlar. O cümlədən belə səhabələrdən olan Əbu Bəkri və Əbdullah ibn Ömər ibn Ası nümunə göstərmək olar. Əbdullah ibn Ömər ibn As belə deyir: - “Mən, Peyğəmbər (s)-in dilindən bütün eşitdiklərimi yazmaqda səhlənkarlıq etmədən çalışırdım. Lakin, Qureyş qəbiləsindən bir qrup mənim bu işimlə müxalifət etdilər. Məni hədis yazmaqda şəkkə və tərdidə saldılar. Bu mövzunu Peyğəmbər (s)-in hüzürunda dedim və onun bu barədə nəzərini soruşdum. Həzrət (s) mənim sualımın cavabında, əlini mübarək ağzina işarə edərək belə buyurdu :“ Yaz! And olsun Allaha ki bu ağızdan haqq kəlamdan başqa bir şey çıxmır .“
Lakin, İslam peyğəmbəri Muhəmməd (s)-in vəfatından sonra səhabələr arasında ixtilaflar meydana gəldi. Bir qrup bu əməlin (hədis yazmağın) qarşısını alaraq onu qeyri şəri və düzgün olmayan bir əməl kimi tanıtdırdılar. Bu işlərindən əl çəkməyərək öz səhv əqidələrində də möhkəm qaldılar. Onlardan – Əbu Bəkri, Ömər ibn Xəttabı, İbn Məsudu, Əbu Səid Xedrini və s. kimilərin adını çəkmək olar. Lakin onların qarşısında başqa bir qrup isə hədisin yazılmasına və yayılmasına həvəsləndirmiş və Peyğəmbər (s) zamanında da özləri arasında bu əməlin doğru və düzgün olmasını bildirirdilər. Bu doğru əqidədə olanlardan – Əbuzər Qəffari, Səlmani Farsi, ibn Əbbas, Əmmar Yasir, Əmirəl möminin Əli (ə) və onun başqa tərəfdarları, xüsusilə böyük övladı İmam Həsən Müctəba (ə) və Peyğəmbər (s)-in ürəyinin parçası və gözünün nuru adlandırdığı xanım Fatiməyi Zəhra (s) və başqa şəxsiyyətli və yüksək məqamlı insanların adlarını qeyd etmək istəyirik.
Bu kimi ixtilaflar müsəlmanlar arasında hədisin yazılıb yazılmaması mövzusunda iki dəstəyə bölünməsinə səbəb oldu. Bir qrup, hədisin yazılmasının tərəfdarı ( Əli (ə) və onun tərəfdarları ), ikinci bir qrup isə hədisin yazılmasının əleyhinə ( Əbu Bəkr və davamçıları ) idilər.
source : الشیعه