Hər il həcc mövsümündə milyonlarla heyvan islami qaydaya uyğun olaraq və İbrahim (ə) və İsmayıl (ə) peyğəmbərin xatirəsini yad etmək üçün mənəvi hədəflə qurban kəsilir. Qurbanlıq, Allahın razılığı yolunda fəda etmək və fəda olmaq simvolu olaraq mənəvi cəhətə malik olduğu kimi, həm də mənəviyyata və irfana çatmaq üçün maddi istəkləri qurban vermək vasitəsi ilə Allaha yaxınlaşmaq və təqva vasitəsidir. Quranda buyururlur: “Həm özünüz qurban ətindən yeyin, həm də kimsəsiz kasıblara verin.” İki milyondan artıq Allah evinin ziyarətçilərindən hər biri dəvə, inək və ya qoyun kəsirlərsə, (sevindirici haldır ki, son illərdə kəsilən qurbanların aradan getməməsi və onların kimsəzilərə, kasıblara çatdırılması üçün şərait yaradılmışdır) bu onu göstərir ki, qurbanlığın iqtisadi hikməti də vardır, yəni hacılar ac insanların fikrini çəkməlidirlər. Təkcə, burda yox, hətta vətənə qayıtdıqdan sonra da bilməlidirlər ki, insanı kamala çatdıran işlərdən biri də ehtiyaclılara xidmət etməkdir.
source : الشیعه