Azəri
Friday 10th of January 2025
0
نفر 0

Sual: 43. Elm nədir?


Cavab: İslam peyğəmbəri (s) buyurur: “Elm üç şeydir: “ayətun muhkəmə”, “fərizətun adilə” və “sunnətun qaimə”. Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” (“Üsuli - kafi,”c 1 s 37)
Mərhum Kuleyni yazır: “Ayətun muhkəmə əqidə əsaslarına (üsuli – din), “fərizətun adilə” əxlaq elminə, “sunətun qaimə” şəriət hökmlərinə (fürui – din) işarədir.”
Mürtəza Mütəhhəri yazır: “Biz bəzi elmləri dini, bəzi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.
Bəziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.
Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Quranı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Quran öyrənməyin də savabı yoxdur..."


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment