Azəri
Thursday 26th of December 2024
0
نفر 0

İSLAMİ VƏHDƏTƏ DƏVƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

Əhli-beyt (əleyhimüssalam) İslamın əzəmətinin qorunub saxlanılmasına, İslamın izzət və başıucalığına, İslam əhlinin yekdil olub qardaşlıqlarının hifz olunmasına, qəlblərdən hər növ düşmənçiliyin, nəfslərdən kin-küdurətin təmizlənməsinə dair həddindən artıq meylli olduqları ilə tanınmışlar.

Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın özündən qabaqkı xəlifələr qarşısında seçdiyi hərəkət tərzi heç vaxt unudulası deyildir. O Həzrət xilafətin ona məxsus olduğunu, xəlifələrin isə Onun haqqını qəsb etdiklərini bilməklə eyni zamanda (İslami ittihadın qorunub saxlaması naminə) xilafətin onun özünə məxsus olması barədə nəzərini gözlətdi və onlarla müdara etdi. Hətta məhz özünün xilafətə onun təyin olunduğunu yalnız hakimiyyətə gələndən sonra ümumi yerlərdə irəli çəkdi. Belə ki, məhşur Rəhbə günündə, Qədir-Xumda o Həzrətin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən xilafətə təyin olunmasını görən səhabələrdən şahid olmalarını istədi.

Həzrət Əli (əleyhis-salam) İslam və müsəlmanların məsləhəti, mənafeyi olan şeyləri dərhal xatırladırdı.

Məhz əvvəlki xəlifələrin dövrünə işarə edərək buyurardı:

Qorxurdum ki, əgər İslam və müsəlmanlara kömək etməsəm, ağır zərbələr dəyər, məhv olardı.

Necə ki, (xilafət hadisəsindən sonra) heç vaxt sözü, yaxud rəftarı ilə xəlifələrin qüdrət və şövkətinə zərbələr vurması, yaxud onların səltənətlərini zəiflətməsi müşahidə olunmadı, heybətlərinin azalmasına səbəb olmadı. Xəlifələrdən gördüyü xoşagəlməz işlərə baxmayaraq Öz nəfsinə hakim kəsildi, evin guşəsinə çəkildi.

Bu işlərin hamısına İslamın dünyəvi mənafe və məsləhətinin qorunub saxlanması, İslam və müsəlmanların birliyinə zərbə dəyməməsi naminə sinə gərirdi. Belə ki, O Həzrətin bu işlərə riayət etməsini başa düşürdülər. Ömər ibni Xəttab təkrar-təkrar deyərdi:

Elə bir müşkülüm olmadı ki, Əbəl-Həsən onu həll etməsin.

Əgər Əli olmsaydı, Ömər həlak olardı.

İmam Həsən (əleyhis-salam)-ın İslamın hifzi üçün Müaviyə ilə sülh etməkdəki seçdiyi yol heç vaxt unudulmazdır. Müharibənin davam etdirilməsini israr etməyin Siqli Əkbər (Qurani Kərim) və ilahi hökumətin, (İslamdan və İmamların hökmdən az-çox qalanların) və ümumiyyətlə, İslamın adının əbədi olaraq məhv olmasına gətirib çıxaracağını gördükdə, İmam Həsən (əleyhis-salam) heç olmasa İslamın zahirinin və dinin adının qorunub saxlanmasını üstün hesab etdi, dinin və müsəlmanların, xüsusilə şiələrin inadkar və kinli düşməni olan Müaviyə ilə sülh bağlamağa məcbur oldu. Halbuki, Müaviyə Həzrətə və onun şiələrinə qarşı saysız-hesabsız zülmlər etməkdə idi. Bəni Haşim və Həzrətin bəzi şiələrinin qılıncları siyrilmişdi, onlar haqlarını almadan və onu müdafiə etmədən geri qayıdıb sülh etməyə narazı idilər. Amma, bütün bunlara baxmayaraq, əziz İslamın ali məram və məqsədlərini nəzərə alm,aq İmamın fikrincə, hər şeydən üstün idi.

İmam Hüseyn (əleyhis-salam)-a gəldikdə isə, onun qiyam etməsinin səbəbi bu idi: o həzrət Bəni-Üməyyə hökumətinin bu minvalla davam edib onların nalayiq, bədniyyətli əməllərinin heç kimin tərəfindən ifşa olunmadığı təqdirdə, onlar İslamı məhv edəcək, İslamın əzəmətini aradan aparacaqlarını qabaqcadan görürdü. İmam, onların İslama qarşı dərin düşmənçiliklərini, zülmlərini isbat və onların bəd əməllərini, Peyğəmbər şəriətinə qarşı qəfil hücumlarını tarixdə ifşa etmək istədi. Və bu istəyini də əməli olaraq həyata geçirtdi. Əgər onun müqəddəs qiyamı olmasaydı, İslamı kökündən məhv edəcəkdilər və tarixdə İslamdan yalnız batil bir din kimi yad olunacaqdı.

Şiələrin İmam Hüseyn (əleyhis-salam)-ın xatirəsini canlandırmaq üçün müxtəlif yollardan istifadə etmələrinin səbəbi budur ki, onlar zülm və haqsızlığa qarşı mübarizə aparmaq üçün o Həzrətin getdiyi yolu təkmilləşdirmək, onun məqsədlərini dirçəltmək istəyirlər ki, o Həzrətdən sonrakı İmamların Aşura xatirəsini canlandırmaq üçün olan göstərişlərinə əməl etmiş olsunlar.

Əhli-beyt (əleyhimüssalam)-ın, ən inadkar düşmənlərinin hakimiyyəti əllərinə almalarına baxmayaraq, İslamın əzəmətinin qorunub saxlanması üçün kəskin reaksiya göstərmələri İmam Səccad (əleyhis-salam)-ın həyatında açıq-aydın görünməkdədir. O Həzrət Bəni-Üməyyə rəhbərləri ilə bir zamanda yaşayırdı. Onlar Həzrətin əzizlərinin qanlarını nahaq yerə axıtmış, o pak sülaləyə qarşı hörmətsizlikdə həddi aşmışdılar. Bəni Üməyyənin törətdiyi kədərli Kərbəla faciəsində O Həzrətin əziz atasına və Əhli-beytinə etdikləri zülmlərdən qəmli idi. Amma bunların

hamısına baxmayaraq, o Həzrət gizlində Allahdan İslam ordusu üçün nüsrət, İslama qələbə və izzət, müsəlmanlara əmin-amanlıq, salamatçılıq arzulayırdı. Əvvəldə qeyd olundu ki, İmam Səccad (əleyhis-salam)-ın İslam məarifini yaymaq üçün yeganə silahı dua idi. O həzərət öz ardıcıllarına İslam ordusu və müsəlmanlar barəsində necə dua etmək lazım olduğunu öyrətdi.

O Həzrət Səhifeyi-Səccadiyyənin 27-ci duası olan Sərhədçilər duasında belə deyir:

İlahi, Mühəmməd və Ali-Mühəmmədə salavat göndər, (sərhədçilərin) sayını artır, silahlarını kəsərli et! Onların hədd-hüdudlarını, ətraflarını hifz et, cərgələrini möhkəmlət, aralarında ülfət və mehribançılıq bərqərar et, işlərini tədbirli et, ruzilərini müntəzəm çatdır, təkcə Özün onların məxaricini təmin et. Onlara nüsrət etməklə qüvvətləndir, səbr və təmkin əta etməklə kömək et, onlara düşmənlərin əleyhinə rəmzli yol tapmaq siyasətini lütf et!

Duanın davamında kafirlərə lənət, qarğış yağdırdıqdan sonra deyir:

İlahi, bunun səbəbi ilə müsəlmanların tədbir və uzaqgörənlik bacarıqlarını gücləndir, şəhərlərini möhkəm, sərvətlərini bol et, onları Sənə bəndəçilik və ibadət etmək üçün müharibədən və Səninlə xəlvətgahlarda münacat etmək üçün çarpışmalardan xilas et ki, yer üzünün hər yerində Səndən başqasına pərəstiş olunmasın, Səndən başqası üçün səcdəyə alın qoyulmasın!

İmam Səccad (əleyhis-salam) bu dolğun və dərin mənalı dua ilə İslam ordusunu layiqli işlərə hazırlayır ki, özlərini əxlaqi fəzilətlərlə zinətləndirsinlər, düşmən müqabilində möhkəm, sıx birləşib müqavimət göstərsinlər. Həzrət bu dua qalibində islami cihad müharibəsini, onun məqsəd və faydalarını bəyan edir, düşmənlə mübarizə və qarşılaşmada lazım olan üsul və taktikanı aydınlaşdırır. Daha sonra xatırladır ki, müharibənin bütün hadisələrində yalnız Allaha təvəkkül etmək, günahlardan uzaq olmaq, yalnız Allah xatirinə cihad etmək yaddan çıxmamalıdır.

Sair İmamların da zəmanəsinin hakimləri müqabilində tutduqları yol da elə bu cür idi. Onların ən qəsavətli, daşürəkli və qansız düşmənlərin cürbəcür kin-küdurətləri, zorakılıqları ilə qarşı-qarşıya durmalarına baxmayaraq, özlərinin haqq hakimiyyətini onlara qaytarılmamasını yəqin etdikdən sonra, dini və əxlaqi təlimlərə başlayıb öz şiələrini ali dini məktəblə dərindən agah edirdilər.

İmamların dövründə baş verən bütün inqilabi hərəkatlar (ələvilər hərəkatı və s.) onların mövcud hakimiyyəti rəğbətli olmalarını deyil, onlara qarşı kəskin müxalifətlərindən söz açır. Həqiqətdə isə İmamlar İslam dövlətini qorunub saxlanmasında, hətta bəni Abbas xəlifələrindən də artıq can yandırırdılar.

Bu barədə İmam Musəbni Cəfər (əleyhis-salam)-ın vəsiyyətini oxumaq kifayətdir ki, həzrət belə buyurur:

Öz hakimlərinizə itaətdən boyun qaçırmaqla özünüzü zəlil etməyin. Əgər ədalətli olsalar, Allahdan qalmalarını istəyin; yox əgər zalım olsalar, Allahdan onu islah etməsini diləyin. Çünki, həqiqətən sizin islah olmağınız hakiminizin islah olmasına bağlıdır. Həqiqətən ədalətli padşah mehribat ata kimidir. Özünüz üçün sevib bəyəndiklərinizi onlar üçün də istəyin, özünüz üçün istəmədiyiniz şeyləri onlar üçün də istəməyin.

Bu, rəiyyətin hakimin sağlamlığının qorunmasında mümkün olan ən son həddir ki, özləri üçün sevdiklərini hakim üçün də sevsinlər, özləri üçün bəyənmədiklərini onlar üçün də bəyənməsinlər

Əhli-beyt (əleyhimüs-salam) və onların ardıcıllarının yolu məhz budur. Amma təəssüflər olsun ki, hazırkı əsrimizdə bəzi yazıçılar ağır cinayətlərə əl ataraq şiələri gizlin və təxribatçı bir dəstə kimi təqdim etməyə səy göstərirlər.

Əhli-beyt (əleyhis-salam)-ın təlimi məktəbinə tabe olan hər bir müsəlmanın əxlaqi xüsusiyyətlərindən biri budur ki, zülmlə, zülkarlarla düşmən olub, zorakılıq, eybəcərliklərlə rabitə bərqərar etməsinlər, habelə zülmə, zorakarlığa kömək edənlərə nifrət edərək onları zəlil və vəhşi insanlar saysınlar. Onlar bu gözəl xüsusiyyətləri nəsildən-nəsilə ötürürlər.

Şiələr heç vaxt camaatı aldatmağı özlərinə rəva bilmirlər. Bu gözəl əxlaqi xüsusiyyəti də öz İmamlarından əxz etmişlər.

Şiə əqidəsinə görə Allahın birliyinə, İslam Peyğəmbərinin risalətinə şəhadət verən hər bir müsəlmanın canı, namısı və heysiyyəti möhtərəmdir,

Razılığı olmadan heç bir müsəlmanın malı başqasına halal deyildir.

Müsəlman müsəlmanın qardaşıdır. Doğma qardaşın qardaş üzərində olanın hüquqları eynilə müsəlman qardaşda da vardır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."
SABEİ DİNİ

 
user comment