Beynəlxalq qrup: Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tanınmış şəhəri olan Dubayda Qurani-Kərim 450 il tarixi olan məxsus və nadir tapıntı olan əlyazma nüsxəsi keçən həftə sərgiyə qoyuldu.
Qurani-Kərim 450 il tarixi olan məxsus və nadir tapıntı olan bu əlyazma nüsxəsi xalis qızıl suyu ilə yazılmış və bu Quranın vərəqləri Xurma ağacından hazırlanmışdır.
Həmçinin bu nadir Quran nüsxəsinin cildi ki, təqribən beş yüz il tarixə malikdir Ceyran dərisindən hazırlanmışdır.
Deyilənlərə görə bu nadir tapıntı olan əlyazma Quran nüsxəsinin əsas məskəni Suriyanın Dəməşq şəhəri olmuşdur və nüsxə ilk öncə orda hazırlanıb və sonra tarix boyu əldən ələ keçərək BƏƏ-yə gəlib çıxmışdır.
source : http://iqna.ir/az/