Azəri
Thursday 9th of January 2025
0
نفر 0

Pakistanda “Müsəlmanların Vəhdət Məclisi” partiyası liderinin aclıq aksiyası 35-ci günə qədəm qoydu

verdiyi xəbərə əsasən, həkimlərin tövsiyələrinə baxmayaraq Pakistan Müsəlmanların Vəhdət Məclisi partiyasının lideri Əllamə Race Nasir Əbbas Cəfəri aclıq aksiyasına davam etdirir. Belə ki, ötən gün aclıq aksiyası 35-ci günə qədəm qoydu və Əllamə Race Nasir aksiya keçirtdikləri məkanda Əxlaq Dərsin davam etd
Pakistanda “Müsəlmanların Vəhdət Məclisi” partiyası liderinin aclıq aksiyası 35-ci günə qədəm qoydu

verdiyi xəbərə əsasən, həkimlərin tövsiyələrinə baxmayaraq Pakistan Müsəlmanların Vəhdət Məclisi partiyasının lideri Əllamə Race Nasir Əbbas Cəfəri aclıq aksiyasına davam etdirir. Belə ki, ötən gün aclıq aksiyası 35-ci günə qədəm qoydu və Əllamə Race Nasir aksiya keçirtdikləri məkanda Əxlaq Dərsin davam etdirib.

Qeyd edək ki, Pakistan dövləti və yerli terror qruplaşmaları əl-ələ verərək bu ölkədə yaşayan Şiələrə qarşı soyqırım aktları həyata keçirir və onların torpaq ərazilərini və s. mülklərini müsadirə edir. Bu faciəyə etiraz əlaməti olaraq 13 may 2016 tarixdən etibarən Pakistan Müsəlmanların Vəhdət Məclisi partiyasının lideri Əllamə Race Nasir Əbbas Cəfəri aclıq aksiyasına start verib. Onların tələb etdikləri müəyyən istəklər bunlardır:

1. Ölkənin müxtəlif yerlərində Pakistan Şiələrinə qarşı aparılan terror əməliyyatlarının qarşısını almaq üçün lazımı addımların atılması,

2. Şikarpur, Ciykəb və s. məntəqələrdə baş vermiş bütün Şiə qətliam hadisələrinin qovluqları hərbi məhkəməyə irca verilməlidir,

3. Pəncab əyalətində Şiələrin dini ayinlər xüsusi ilə, əzadarlıq mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması,

4. Təkfirçi, ekstrimist və firqəpərəst sektaların fəaliyyətlərinin qadağan edilməsi,

5. Dövlətin “Xeybər Pəxtunxah” əyalətində Şiə qətliamına rəvac verməsini məhkum etmək və bu işdə birbaşa rol oynayan dövlət məmurlarının cinayətə cəlb edilməsi.

6. Son günlərdə Paraçinar Şiələrinin Ordu Qüvvələri tərəfindən qanlarına qəltan edilməsi cinayət olayı ilə bağlı təftiş komitəsinin yaradılması,

7. Gilgit və Bəltistan bölgələrində Şiələrin əmlak və torpaqlarının dövlət tərəfindən mənimsənilməsinə son qoymaq və alınmış əmlak və torpaq ərazilərinin yenidən öz əsil sahiblərinə Şiələrə geri qaytarılması.

Aksiya iştirakçıları elan ediblər ki, dövlətdən tələb etdikləri 7 bəndin hammısı həyata keçirilməyəcəyi təqdirdə aclıq aksiyasına davam etdirəcəklər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Azərbaycanın İranla viza rejimini ləğv etməməsinin səbəbi açıqlanıb.
“Din azadlığı, Türkiyə və Avropa Birliyi arsına körpü” adlı dəyirmi masa ...
"İslam ümmətinin vəhdəti zəruridir"
Mədəniyyət və İslam Əlaqələri Təşkilatı, Qurana edilən hörmətsizliyi ...
Iran televiziyası islam və tarixi şəxsiyyətlər haqqında 13 seriyal çəkəcək
Ukraynada “Quran”ı avazla oxuyanların müsabiqəsi keçiriləcək
Türkiyədə “Doğanay” Quran mərkəzi açılıb
Sionistlər Əl-cəlilin kənd məscidinə od vurdu
“Ərəb-xristian ədiblərinin şerində Muhəmməd (s)” adlı kitab nəşr olundu
Hacı Elşən Mustafaoğlu: “Dinə belə münasibət heç SSRİ zamanında da ...

 
user comment