Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Pakistanda Məhəmməd Peyğəmbərin (s) doğum günü qeyd olunur

Pakistanda bu gün "Mövlud ən-Nəbi"- Məhəmməd Peyğəmbərin (s.ə.s) doğum günü təntənəli şəkildə qeyd olunur.İslam dünyasının bu möhtəşəm tarixi şərəfinə Pakistanın paytaxtı İslamabadda 31-ci, əyalət mərkəzlərində isə 21-ci toplardan atəş açılıb. Bütün dövlət əhəmiyyətli, həmçinin yaşayış binalarında milli bayraqlar qaldırılıb. Ölkənin tərəqqisi və ümmətin rifahı naminə xüsusi dualar oxunub.Peyğəmbərin (s) doğum gününün qeyd olunması ilə bağlı keçirilən tədbirlərdən biri də "Peyğəmbərin (s) elmi işığında sosial ədalət konsepsiyasının əhəmiyyəti" mövzusunda keçirilən milli konfrans olub. Konfransda Pakistanın Baş naziri Raca Pərviz Əşrəf, görkəmli alimlər və ilahiyyatçılar iştirak edib. Konfrans zamanı Məhəmməd Peyğəmbərin (s) həyatının müxtəlif aspektləri işıqlandırılıb.Anoloji mövzuda konfranslar Lahoa, Karaçi, Peşavar və Kvettada da keçirələcək.Bütün məscidlər, binalar, bazarlar və şəhərlərin əsas küçələri rəngarəng baner və işıqlarla bəzədilib. Bütün ölkə ərazisində dini və ictimai təşkilatlar təntənəli yürüşlər keçiriblər.

 


source : http://www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment