Britaniyanın Oskfordşir qraflığının xristianları müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymaq üçün onlarla birlikdə etiraz aksiyalarına qoşulub. Belə ki, Çippinq-Norton şəhərinin rəhbərliyi öncə məscidin inşasına icazə versə də, daha sonra məscidin inşası layihəsini dondurub, - “İslamNyus”.
Öz etirazlarını insanlar imza toplamaqla bildiriblər. Onlar artıq minlərlə etiraz imzası toplamağa müvəffəq olublar. Sənəddə bildirilir ki, Həzrət İsa (ə) digər dinlərdən olanlara hörmətlə yanaşmağa çağırıb. Məktub müəllifləri habelə bildirirlər ki, hər kəs azad şəkildə öz dininə etiqad etmək imkanına malik olmalıdır.
source : http://deyerler.org