Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

Həzrət Zeynəblə (s.ə) tanış olaq

Həzrət Zeynəblə (s.ə) tanış olaq

Həzrət Zeynəb (s.ə) Cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində o nurlu gözlərini bu fani dünyaya açmışdır. Qədəmləri ilə yer üzünü nurlandırmışdı.
Xanımın adı Zeynəb və künyəsi Ummul Həsən, Ummul Gülsüm, ləqəbləri isə: Siddiqeyi-Suğra, İsmətul-Suğra, Namus-Kubra, Şərikul-Hüseyn (ə), Fazilə, Kamilə olmuşdur. Atası Əhli-beyt (ə) davamçılarının ilk İmamı - İmam Əlidir (ə), anası isə Həzrət Fatimədir (s.ə).
Həzrət Zeynəb (s.ə) dünyaya gələn zaman Həzrət Peyğəmbər (s.ə) səfərdə idi və Xanım Fatimə (s.ə) İmam Əliyə (ə) buyurur ki, uşağın adını o, qoysun. İmam (ə) cavabında buyurur: “Mən sizin atanızı qabaqlamaram. Səbir edin ki, tezliklə Rəsul (s) qayıdacaqdır. Hər adı məsləhət bilsə bu uşağa qoyacaqdır”.
Üç gün keçir və Həzrət Peyğəmbər (s) qayıdır. Adəti üzrə ilk olaraq, qızının evinə gedir. İmam Əli (ə) Həzrətə (s) buyurur: “Ya Rəsulallah! Allah qızına bir qız əta etmişdir. Adını müəyyən edin”. Buyurur: “Baxmayaraq ki, Fatimənin (s.ə) övladı mənim övladlarımdır, ancaq əmr aləmlərin Pərvərdigarına aiddir. Mən vəhyi gözləyirəm”. Bu zaman Cəbrayil (ə) nazil olur və deyir: “Ya Rəsulallah! Haqq sənə salam göndərir və buyurur: “Bu doğulmuşun adını Zeynəb qoyun. Çünki bunu lövhi-məhfuzda yazmışam””.
Həzrət Peyğəmbər (s) uşağı istəyir və sinəsinə sıxıb adını Zeynəb qoyur. Sonra buyurur: “Ümmətimin hazır və qaib olanlarına vəsiyyət edirəm ki, bu qızın hörmətini saxlasınlar. Həqiqətən o, Xədicə Kubraya (s.ə) bənzəyir”.
“Əsavir mən zəhəb” kitabında yazılıb: “O xanımın ağıl və zəkası haqqında bunu demək kifayətdir ki, Həzrət Siddiqənin (s.ə) Fədəyin qəsbində Peyğəmbər (s) səhabələri qarşısındakı iradını rəvayət etmişdir”.
Əbul Fərəc İsfahani “Məqatildə” yazır: “İbni Abbas Həzrət Fatimənin (s.ə) xütbəsini Həzrət Zeynəbdən (s.ə) nəql etmiş və demişdir: hədisi nəql edən Zeynəb binti Əlidir”.
Zeynəb (s.ə) xanım o zaman kiçik yaşlı olmasına baxmayaraq, İslam maarifi, fəlsəfə və əhkamla dolu olan bu xütbəni bir dəfə eşitməklə əzbərləmişdi və özü bu xütbəni rəvayət edənlərdən biridir.
İmam Səccad (ə) bibisi haqqında buyurur: “Ey bibi! Siz əlhəmdulillah, təlim görməmiş alimsiniz, başa düşən xanımsınız ki, bəşər sizi dərk etmir”.
Xanımın (s.ə) lənətlik Yezidin sarayında dediyi xütbəsi inqilab yaradır. Saraydakıları çaxnaşmaya salır və qəflətdə olanları ayıldır. Bu xütbənin kiçik bir hissənə nəzər salaq:
“Ey Yezid! Allaha and olsun ki, hər nə etmisənsə, qayıdış yeri özünədir. Çünki sən öz dərindən başqasını parçalamamısan. Öz ətindən başqasını didməmisən.
Ey Yezid! Sənin üçün kifayətdir ki, o günün hakimi Allah, düşmənin Peyğəmbər (s), Əhli-beytin (ə) yavəri Cəbrayil (ə) olacaqdır”.
Həzrət Zeynəb (s.ə) Aşura hadisəsini yaşadan və onu gələcək nəsillərə ötürən böyük şəxsiyyət idi. Xanım Zeynəb (s.ə) Həzrət Fatimə (s.ə) kimi bir məktəbdə tədris almışdı. Anasının sevgi dolu ətəyində İslam maarifini və Quranı öyrənmişdi. Xanımın əsl risaləti qardaşı İmam Hüseyn (ə) şəhid olandan sonra başlayır. Aşura hadisəsindən sonra Xanımın (s.ə) vəzifəsi əsirləri himayə edib, İmam Səccadı (ə) qorumaq olmuşdu. Zalım hökmdarların sarayında haqqını tələb etmiş və həqiqəti insanlara çatdırmışdı. Mədinəyə qadıyandan sonra da təbliğatını davam etdirmiş və Aşura hadisəsini canlı saxlamışdı.
Xanımın (s.ə) fəsahət və bəlağət elminin yüksək məqamında olduğunu çoxları iddia edirlər. Danışan zaman sanki atası İmam Əli (ə) danışırdı.
Həzrət Zeynəb (s.ə) dindarlığın, təvazökarlığın, iffətin, elmin və hüsnü-əxlaqın mücəssiməsi idi. Xanım (s.ə) batillə necə mübarizə aparmağın yolunu bizə öyrətdi. Allah yolundakı fədakarlığı və Allah yolunda hər bir şeyə göz yummağın yolunu bizlərə nişan verdi.
On dörd Məsumdan (ə) başqa Əhli-beyt (ə) ailəsinin nümayəndələri içərisində Həzrət Zeynəbə (s.ə) təvəssül etmək çox sayda çətinlikləri həll edir. Həzrət Əbulfəzl Abbas kimi. Hətta xrsitianların bir çoxu Xanıma (s.ə) təvəssül edirlər. Onun bərəkətinə görə problemləri həll olur.
Əbdürrəhman Əchuri Məqri “Məşariqul ənvar” kitabında yazır: “1170-ci ildə çətinliklə üzləşdim. Həzrət Zeynəbə (s.ə) təvəssül etdim. Xanımın mədhinə görə qəsidə yazdım”. Bu qəsidədə yazılır ki, Allah bu əziz Xanımın (s.ə) bərəkətinə görə çətinliyimi həll etdi.

Salam olsun sənə, ey Siddiqeyi-Suğra!

Salam olsun sənə, ey Həsənin bacısı!

Salam olsun sənə, ey Seyyidi-şühədanın (ə) sirdaşı!

Salam olsun sənə, ey Əmirəlmömininin (ə) yadigarı

Salam olsun sənə, iki aləm seyyidəsinin əziz qızı!


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məhərrəm ayının 6-cı günü
QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ
“Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmayıb"
Oructutanlar üçün həkim məsləhətləri (1)
QƏLBİN QƏSAVƏTİ (BƏRKİMƏSİ)
İlk və sonuncu nazil olan ayələr hansıdır?
ƏHLİ-HƏDİS (4)
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
İSMAİLİYYƏ FİRQƏLƏRİ

 
user comment