Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Əxbari və üsuli alimlərinin siyahısın deyərdiz?

Əxbari və üsuli alimlərinin siyahısın deyərdiz?

Bəzi hədis alimləri ki, imam Zamanın (əc) kiçik qeybəti dövründə və yaxud imamların hhəyatı zamanında olmuşdurlar, hədis və rəvayərlərlə kifayətlənmiş və rəvayətlərdən kənar ictihad və istinbat etməmişlər. O cümlədən bu cür böyük şəxsiyyətləri; Məhəmməd ibni Yəqub Kuleyni « Əl- Kafi» kitabının müəllifi (vəfat 328 ya 329 qəməri) və Əli ibni Babəvəyh Qumi (vəfat 328 qəməri) və Məhəmməd ibni Əli ibni Babəvəyh Qumi, Şeyx Səduq ləqəbiylə mərufdur (vəfat 381qəməri) və ibni Quləviyyə, bu əsrin ən məruf alimləri kimi nəzərə almaq olar.
Bu hədis alimlərinin kənarında ibni Əbi Əqil Ommani və ibni Cənud Əskafi kimi üsul alimlərinə işarə etmək olar.[1]
Şeyx Mofid və ondan sonra Şeyx Tusi kimi üsul elmində nəzər sahiblərinin yetişməsi, üsul elminin özünə yer tutdu və hədis elmi (əxbarilər) kənar edildi. Sonralar (əxbariçilik) hədis elmi Məhəmməd Əmin Əstərabadinin vasitəsiylə yenidən özünə yer tutdu.[2]
Sonralar Vəhid Bəhbəhani və onun əsrində olan alimlərin əxbarilərlə muxalifəti nəticəsindəyenidən üsulilər inkişaf etdi.[3]
Məşhur əxbari alimləri ibarətdirlər:

Məhəmməd ibni Əstərabadi (vəfat 1033 ya 1036 q)
Məhəmməd Təqi Məclisi (vəfat 1070 q)
Məhəmməd Baqir Məclisi (vəfat 1111 q)
Molla Möhsün Feyz Kaşani (vəfat 1091 q)
Məhəmməd ibniHəsən Hürr Amuli «Vsailuş- şiyə» kitabının müəllifi (vəfat 1104 q)
Seyyid Nemətullah Cəzairi (vəfat 1112 q).[4]

Şiyə aləminin bəzi tanınmış üsul alimləri ibarətdir:

Şeyx Mofid, «Əl- Təzkirə bi- üsulil- fiqh» kitabının sahibi.
Seyyid Mürtəza Elmul- Huda «Əzzəriə ilə üsuliş- şəriət» kitabının sahibi.
Şeyx Tusi, «İddətul üsul« kitabının müəllifi.
Muhəqqiq hilli, «Məaricul usul» kitabının sahibi.
Şeyx Həsən ibni Zeynul Abidin, «Məalimud- din» kitabının müəllifi.
Mirzayi Qumi, «Qəvaninul- üsul» ktabının sahibi.
Şeyx Mürtəza Ənsari, «Fəraidul- üsul» kitabının sahibi.
Axund Xorasani, «Kifayətul- üsul» ktabının sahibi.
Mirza Məhəmməd Hüseyn Naini, «Fəvaidul- üsul» ktabının sahibi.
Aqa Ziyauddin İraqi, «Nihayətul- əfkar» ktabının sahibi.


[1] - Ommani, Həsən ibni Əli ibni Əbi Əqil Cəzza, Həyate ibni Əqil və fiqhih, səh 47, Möcəme fiqhi mərkəzi, Qum, birinci çap, 1413 Qəməri.
[2] - Məkarim Şirazi, Nasir, Darətul Məarife fiqhi məqaren, səh 118, mədrəseye imam Əli ibni Əbi Talib (ə) nəşriyyatı, Qum, birinci çap, 1427 qəməri.
[3] - Gürcü, Əbul Qasim, Tarixe fiqh və füqəha, səh 246, Səmt nəşryyatı, Tehran, üçüncü çap, 1421 qəməri, Dairətul məarife fiqhe məqaren, səh 120.
[4] - Dairətul- məarife fiqhe məqaren, səh 119- 120.

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)

 
user comment