...Qara zirənin yağının buxarını udmaq. (Yarım litirlik qaba su tökərək kifayət qədər qara zirə yağı əlavə edib qaynadın)...
Allergik bronxit xəstələri qara zirə yağını necə istifadə etməlidir?
Sual:
Salam. Muqəddəs Qurban bayraminiz mubarək! Mənim oğlumun 5 yaşı var. Allergik bronxit xəstəsidir. Tez tez sinəsindən fit səsi gəlir. Təbii üsulla mən ona necə kömək edə bilərəm? qara zirə yağını necə istifadə edim? Təşəkkürlər!
Cavab:
Və əleyki salam və rəhmətullahi və bərəkatuh. Sizlərində Müqəddəs Qurban Bayramız mübarək! Qoy Allah Təala bizləri bu bayramda nəfsimizi qurban kəsərək ona həqiqi qul olanlardan qərar versin! İlahi Muhəmməd və ali Muhəmmədə xatir öz rəhmət və bərəkətivi Muhəmməd və ali Muhəməddə nazil et! Amin!
Allergik bronxit xəstələrinin qara zirə yağından istifadə üsulları:
1 - Bir qaşıq qara zirəni 5 qaşıq zeytun yağı ilə qarışıdırb allergiya olan yeri ovmaq.
2- Qara zirənin yağının buxarını udmaq. (Yarım litirlik qaba su tökərək kifayət qədər qara zirə yağı əlavə edib qaynadın)
3- Çay qaşığının 4.1 hissəsi miqdarda qara zirənin yağının dilin altında saxlamaq.
4 - Qara zirə yağını müxtəlif təbii (mayonezsiz) saladlara vuraraq istifadə etmək.
5 - İmkan daxilində zirə yağından hər səhər və axşam bir çay qaşığı qəbul etmək. (Çalışın bu işi görün)
6 - Qara zirə dənələrini (həvəndəstə ilə) əzib saladlara qatmaq və meyl etmək. Yaxud çay dəmləyərək içmək.
7 - Qara zirə dənələrini (həvəndəstə ilə) əzib pudra vəziyyətinə salaraq bal (əgər təbii olsa daha yaxşı olar) və isti su ilə qarışıdraraq meyl etmək.
Sonda Allah Təaladan Muhəmməd və ali Muhəmmədə xatir Muhəmməd və onun ailəsinə salam və rəhmətinin nazil edərək sizin uşağınız və onun timsalında bütün Müsəlmanların xəstələrinə tezliklə şifa verməsini arzulayırıq. Allah köməyiniz olsun. Amin.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.islamquest.net