Nisyə ticarət İslamda halal sayılır.
Sual:
Salam, mən sualımı dəqiqləşdirib sizə işin prosedurunu yazıram.
Mən işlədiyim şirkət kredit təşkilatıdır. Yəni burada pulu kreditlə illik 20% olmaqla verilir. Mənim isə həmin kredit təşkilatına aid olan məişət texnikası mağazasında kredit işçisi kimi otururam. Bizdə kondinsioner, televizor, kompyuter, paltaryuyan maşın və s. satılır. Məsələn Mağazada kondinsionerin nəğd qiyməti 490 manatdır. Müştərilərin böyük əksəriyyəti malı kreditə alır. Kreditlə həmin mal 490+490*20%=588 manata gəlib çıxır. Yəni 12 aylıq hər ay bərabər olmala 49 manat ödənilir. Bu cür ticarətlə nisyə satış halal sayılırmı?
Cavab:
Əssəlamu əleykum!
Dediyiniz kimi əgər mağazanızda malın qiyməti 490 manatdırsa və müştərilər kreditlə həmin malı 490+490*20%=588 manata, yəni 12 aylıq və hər ay bərabər olmala 49 manatı mağazaya ödəyərək alırlarsa belə olan təqdirdə bu cür ticarətlə nisyə satış halal sayılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir