Allahın Peyğəmbəri (s) İlahi vəhydən başqa bir iş görməzdi. Nəcran xristianları Peyğəmbərin (s) xidmətinə gəlirlər. Onu özlərinə rəqib görmürdülər. Ancaq Peyğəmbər (s) elə bir iş gördü ki. bütün bu insanlar qəlblərində öz məğlubiyyətlərinə inandılar.
Peyğəmbəri-Əkrəmin (s) mübahilə etməsinin tarixçəsi
Peyğəmbər (s) öz işini iki yolla icra etmişdir:
1. Birinci mərhələ şübhələrə cavab verib, dəlil gətirmək idi.
Həzrət Peyğəmbər (s) onlara buyurur: "Mən sizi tövhidə və yeganə Allaha pərəstişə və Onun əmrlərinin qarşısında təslim olmağa dəvət edirəm".
Nəcran nümayəndələri: "Əgər İslam dedikdə dünya Allahına iman gətirməyi nəzərdə tutursansa, biz Ona iman gətirmişik".
Həzrət Peyğəmbər (s): "İslamın nişanələri vardır və sizin əməllərinizin bəzisi ancaq danışmaqdır, həqiqi İslamı qəbul etməmisiniz. Necə deyirsiniz ki, yeganə Allaha pərəstiş edirik, halbuki siz xaça pərəstiş edirsiniz. Donuz əti yeməkdən çəkinmirsiniz. Allahın övladı olduğunu düşünürsünüz".
Nəcran nümayəndələri: "Biz onu Allah bilirik. Çünki o, ölüləri dirildərdi. Xəstələrə şəfa verərdi, gildən quş düzəldib, uçurtmuşdu. Bütün bu əməllər ancaq danışmaqdır, məgər".
Həzrət Peyğəmbər (s): "Xeyr, o, Allahın bəndəsi və Onun məxluqudur. Onu Məryəmin rəhmində qərar vermişdi. Bu qüdrət və gücü ona Allah vermişdi".
Xristianlar Peyğəmbərin (s) sözünə inanmadılar. Ona görə də bəhanə gətirdilər. Bu zaman mələyin ona gətirdiyi vəhyi söylədi: "Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "ol" dedi". ("Ali-İmran", 59). Peyğəmbər (s) buyurdu: "İsanın (ə) vəziyyəti Adəm (ə) kimidir. Onu öz sonsuz qüdrəti ilə ata və anası olmadan torpaqdan yaratmışdı. Əgər atası olmamağı o deməkdir ki, o, Allahın övladıdır, Adəm (ə) bu məqama daha layiqlidir. Çünki nə atası var, nə də anası". Bu zaman xristianlar mat qalmışdılar. Bir-birinə baxdılar ki, bəlkə kimsə bəhanə gətirə bilər.
Bir nəfər dedi: "Sizinlə danışmaq bizə qane etmir". Peyğəmbər (s) sadə bir dəlil gətirməsinə baxmayaraq, xristianlar hələ də tərslik edirdilər. Bu zaman Peyğəmbər (s) başqa bir addım atdı.
2. "Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: "Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq". ("Ali-İmran" 61). O zaman ki, məntiqli və bürhanlı bir cavablar qarşısında kimsə höcət edirsə, nə etmək lazımdır? Həzrət Peyğəmbər (s) görür ki, mübahisə yolu ilə bu iş alınmayacaqdır. Başqa bir yol seçmək lazımdır. Ona görə də qərara alır ki, mübahilə etsin.
Mübahilə - bəzi təfsirçilərin nəzərinə görə, batil iddianı urəli sürən tərəfin lənət olunması və nifrin edilməsidir. Mübahilə şəxsi məsələlər üzündən və ya insanın zəifliyinə görə deyildir. Bu məsələdə dini, etiqadi və ictimai məsələrin təsiri vardır. Bu yolla şirki məhv etmək lazımdır. Mübahilə o demək deyildir ki, iki tərəf gəlsinlər, nifrin edib, getsinlər. Onun nəticəsi qətidir və əks halda faydası olmazdı. İnsan gərək öz haqlı olduğuna əmin olsun ki, bu meydana şücaətlə qədəm qoya bilsin. Əks halda özü məhv olar. Mübahilə o zaman əhəmiyyətli olmuşdur ki, insan imanında və əzmində möhkəm olsun. Bu məsələ o qədər mühüm idi ki, Peyğəmbər (s) öz ciyərparələri olan əmisi oğlunu, qızını və nəvələrini meydana çıxartmışdı. Nəcran xristianlarının dediklərinə diqqət edək:
1. Mübahilə günündən əvvəlki gecə. Nəcran heyətinin rəhbəri dedi: "Əgər sabah görsəniz ki, Peyğəmbər (s) səhabə və mühafizəçiləri ilə meydana daxil oldu, mübahilə edin. Çünki məlumdur ki, haqq onunla deyildir. Səs-küylə bizi məğlub etmək istəyir. Ancaq əgər az bir insanlarla, öz yaxınları ilə meydana gələrsə, bilin ki, o, Allahın peyğəmbəridir. Onunla mübahilədən çəkinin ki, təhlükəlidir.
2. Mübahilə günü. Nəcranlıların rəhbəri dedi: "Mən elə bir simalar görürəm ki, əgər Allahdan dua etsələr ki, uca dağları yerindən qopartsin, tez bir zamanda yerindən qopar. Heç vaxt düzgün deyildir ki, biz bu nurani və fəzilətli insanlarla mübahilə edək. Çünki bizim məhv olmaq ehtimalımız yüksəkdir. Ola bilsin ki, bəlanın həcmi böyüsün və bütün dünya məsihilərini əhatə etsin. Yer üzərində bir nəfər belə məsihi qalmasın.
Beləliklə görmək olur ki, məsələ burada bağlanır. Çünki Nəcran məsihiləri cəm halında bu işdən əl çəkirlər. Ona görə də Peyğəmbərin (s) şərtlərini qəbul edirlər. Onlar müəyyən məbləği hər il Peyğəmbərə (s) verəcəkdirlər və o, da öz növbəsində bu məsihilərin can və mallarını qoruyacaqdır. Sülhnaməni imzalayandan sonra Peyğəmbər (s) buyurmuşdur: "Canım əlində olan Allaha and olsun ki, fəlakət Nəcran məsihilərinin başlarının üzərindən asılmışdı. Əgər mübahilə etsəydilər, meymun və donuz sifətinə düşəcəkdirlər. Küçələr ayaqlarının altında alovlanıb, yanacaqdı. Axırda da Allah Təala Nəcranın və əhalisinin nəslini kəsəcəkdi. Hətta ağaclarının başında olan quşları belə yandıracaqdı. Dünya məsihiləri bir il keçməyəcəkdi ki, məhv olacaqdılar. Yer üzərində bir nəfər belə məsihi qalmayacaqdı".
Mübahilədən hansı dərsləri götürmüşük.
1. Həzrət Peyğəmbər (s) nəzərə alır ki, məntiq və dəlil kömək etmir, ona görə də öz haqlı olduğunu sübut etmək üçün mübahilə yolundan istifadə edir. Belə ki, onun məqsədi lənətin xarici təsirinin zahir olması idi. Sadə bir lənət deyil.
2. Mübahilə təklifini o insan verir ki, öz haqlı olduğunu vurgulayır. Bu hadisədə də Peyğəmbər (s) mübahiləni təklif edir.
3. Mübahilə ayəsi Peyğəmbərin (s) nübuvvət və risalət məqamını isbat edir. Çünki onunla mübahilə etmək istəməyənlər, yəqin bilirdilər ki, o, Allahın Rəsuludur (s).
4. Mübahilədən aydın olur ki, Həzrət İsa (ə) Allahın peyğəmbəri və rəsuludur, Onun övladı deyildir. Abiddir, məbud deyildir. Məxluqdur, Xaliq deyildir.
5. Qadın və kişilər din və dəyanət məsələlərində bir-birinin yanındadırlar.
6. Dua edəndə mühüm olan şey şəxsiyyətlərdir, onların sayı deyildir.
7. Əli ibni Əbutalib (ə) Allahın Rəsulunun (s) canıdır.
8. Məntiqli dəlil gətirmək başqaları ilə bəhs etməyin ilk yoludur.
9. Qələbə qazanmış həqiqi möminin son yolu duadır.
10. Dəlillərə cavab vermək lazımdır. Ancaq tərsliyi və höcətləşməyi aradan qaldırmaq lazımdır.
11. Əgər siz möhkəm dayansanız, düşmən batil olduği üçün geri çəkiləcəkdir.
12. İslam dininin gücü beş nəfərə görədir. Əks halda Peyğəmbər (s) şəxsən lənət deyərdi və Əhli-Beytini (ə) özü ilə gətirməzdi. Ancaq bu hadisə onu göstərdi ki, Peyğəmbərin (s) Əhli-Beyti (ə) haqqa çatmaq üçün onunla birlikdədirlər. Onunla ölməyə belə hazırdırlar. ("Təfsirul mizan"/Həvzəh)
Hazırladı: Məşhədi Xanım
source : www.abna.ir