Vəhhabi terrorçuları Həzrət Səkinənin (s.ə) türbəsinə hücum edib, qübbəsini dağıdıblar
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya vandal üsyançıları paytaxt Dəməşqdəki döyüşlərdə məğlub olərkən, Darya bölgəsindən qaçmağa başlayıblar.
Vəhhabi terrorçuları qaçmazdan əvvəl, İslam Peyğəmbərinin qız nəvəsi, İmam Hüseynin qızı, həzrəti Sukeynə xanımın (Səkinə əleyha salam) türbəsinə hücum edib, qübbəsini dağıdıblar.
Suriya hərbi rəsmisinin açıqlamasına görə, ordu terrorçuları mühasirəyə alaraq ciddi zərbələr endirib və Şam çölü üsyançılardan tam azad edilmək üzrədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir