AdƏmin GünahI vƏ tÖvbƏsi![1]
Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yəni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal və ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu.[2] Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə və düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun və arvadının “filan” ağacın yaxınlığına getməsməsini eləcə də ondan bir şey yeməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə və vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi![3] Behiştdəki xoşbəxt həyat və şadlıq o gündən belə Adəm (əleyhissalam) üçün qorxu və vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə və peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi Məhz bundan sonra Adəm Allahın bu nemətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı.[4] Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi təyin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz.
[1]“Nəhcül-Bəlağə”dən iqtibas, xütbə 1 və 91
[2]Baxmayaraq ki, bəziləri dastanda qeyd olunan behiştin yaxşı insanlara məxsus axirət behişti olmasına inanırlar, lakin behişt meyvəvə bitkilərlə zəngin dünyanın ən xoş və ab-havalı yeri imiş. Belə ki, bu mətləb İmam Sadiq (əleyhissalam)-ın hədislərindən birində də gəlibdir (“Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.62). Deyilməmiş qalmasın: Yuxarıda qeyd olunan dastan Quranın “Bəqərə” surəsinin 35-dən38-ə kimi “Əraf” surəsinin 19-dan 22-yə kimi eləcə də “Taha” surəsinin 118-dən123-ə kimi, nəcv ayələrində gəlmişdir.
[3]Həzrət Adəm (əleyhissalam)-ın günahı həmin “Tərki-övla”-nı idi, başqa ibarətlə desək mütləq günah sayılmırdı, əksinə nisbi günah idi. Belə ki, Həzrət elə əziz və böyükməqam sahibi olduğuna görə gərək məkruh iş tutmayaydı, çünki həttaməkruh iş belə onun üçün günah sayılırdı ki, bu da ismət məqamı ilə düz gəlmir. Adəmin behiştdəki sınağı onun yer üzünəgəlib xalqa rəhbərlik etməkləyaqətini özündə hazırlaşdırmaqdan ötrü idi. Onun tövbəsi ilə bir növ təzkiyə və ruhun paklanması idi ki, bu da Allah höccətlərindən bir nümunədir.
[4]Həzrət Adəm (əleyhissalam) zatı pak və özü də möminidi. Aldandıqdan sonra özündə müstəsna bir xarakter daşıyırdı. Tez öz səhvini anlayıb tövbə etdi. Nəticədə Allah da onun tövbəsini qəbuletdi. Bununla bərabər yenə də gözləmək lazımdır ki, şeytan insanı aldatmasın və əgər aldatsa dərhal insan öz günahını tövbə ilə yumalıdır.