Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Bu gün Xanım Zəynəbin vəfat günüdür

Həzrət Zeynəb Kərbəla qəhrəmanlarının mübarizəsinə şahid olub. O, hətta iki oğlunun Kərbəla meydanında mərdanə savaşaraq şəhadətə yüksəlmələrinin şahidi də olmuşdur.

Bu gün Xanım Zəynəbin vəfat günüdür

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən milad tarixi ilə may ayının 26-nə təsadüf edən hicri qəməri tarixinin "Cəmadiul Ula" ayının 5-i əziz İslam Peyğənbərinin qız nəvəsi Xanım Zeynəbin şəhadət günüdür.

Biz ABNA olaraq bü müsübəti başda İmam Zaman (Allah onun zühurun tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xameneiyə və həmçinin bütün bəşəriyyətə dərin hüzünlə baş sağlığı veririk. Və Xanım Zeynəbin həyatı haqqda qısa məlumatı ziyarətçilərimizə təqdim edirik:

 

XANIM ZEYNƏBİ KUBRANIN (Ə) HƏYATI HAQQINDA

Xanım Zeynəb Hicri Qəməri tarixiilə Hicrətin 6-cı ili, Cəmadiul Ula ayının 5-i, Mədinə şəhərində dünyaya gəlib.

Həzrət Zeynəb atasının rəhbərlikdən təcrid olunaraq, evdə oturmağa məcbur edilməsinə hələ kiçik yaşlarında şahid oldu. Halbuki atasının hər kəsdən daha ədalətli və Həzrət Rəsulallahın (s) yerində oturmağa həqiqi ləyaqətə malik oduğunu bilirdi. Bəli, bu hadisələr Həzrət Zeynəbin şəxsiyyətinin formalaşmasında böyük bir təsir qoyur və o, bu nəticəni çıxardı ki, məsuliyyətli olan qadın, kişi, hər kəs şərait nə olursa-olsun əlindən alınan haqqını gəri almaq üçün daim mübarizəyə qalxmalı və haqqını müdafiə ətməlidir.

Həzrət Zeynəb əmisi oğlu Abdullah ilə əvlənmişdi. Bu evlilikdən iki uşağı olmuşdu. O, hər iki oğlunu Kərbala hadisəsində haqqın müdafiəsi uğrunda şəhid verdi...

Həzrət Fatimənin Mədinədə atasının məscidində söylədiyi nitqi, Həzrət Zeynəbin (ə) Kufə şəhərində və məlun Yəzidin sarayında söylədiyi nitqiylə müqayisə ətdikdə, Fatimənin (s.ə) düşüncə sistəminin və sosial məsələlər qarşısındakı davranışın Zeynəbdə (s.ə) mühüm təsirlər qoyduğunu açıq-aydın görə bilərik. Çünki Fatimə (ə) qızı Zeynəbə inancın təməlini və əsaslarını öyrətmişdi. Tarix boyu haqq və ədalət istəyənlərin başına gələnləri Zeynəbə xatırlatmışdı. O, qızına insanlardan ibarət olan cəmiyyəti xurafatdan və sinfi ayırmalardan xilas etmək üçün necə mübarizə etdiklərini, çətinliklərlə üzləşdiklərini, hansı təbəqənin müxalifliyi ilə qarşılaşdıqlarını və əslində Pəyğəmbərlə zorba və hiyləgər siyasətçilərin müxalifət etdiklərini Həzrət Mühəmmədin də onlara qarşı Allahın əmrləri ilə mübarizə apardığını bir-bir izah etmişdi.

Həzrət Zəynəb anası və atasının şəhadətinin şahidi oldu. Elə bir ana və ata ki, dağlar qədər əzəmətliydilər. Həzrət Zeynəbi kədərləndirən bir hadisə də İmam Həsənin (ə) Müaviyəyə qarşı apardığı mübarizədə, İmamın ordusunun öndə gedənləri dini dünyaya sataraq pul qarşılığında mövqelərini dəyişmələri və ordunun qalan əsgərlərinin İmamın xanımlarına aid olan zinət əşyalarını oğurlamaları idi.

İmam Həsənin (ə) həyat yoldaşı Cüddə tərəfindən zəhərlənərək şəhid edilməsinə və çəkdiyi dərdlərə Xanım Zeynəb (ə) şahid olmuşdu. Bundan əvvəl də Cəddi Peyğəmbərin (s) anası və ümmətin anası Xanım Fatimənin (ə) şəhid olması, əziz atasının xəvariclər tərəfındən şəhid edilməsi, sonra isə həyat yoldaşının vəfatı Zeynəbi (ə) taqətsiz qoymuşdu. Zeynəb (ə) üçün ən böyük dərd isə qardaşının şəhadətindən sonra Müaviyənin zülmünü davam etdirərək, fasiq oğlu Yezidi səltənətinin varisi etməsi olmuşdur.

Müaviyə bir çox cinayət işlətdikdən sonra öldü. Müaviyədən sonra fasiq oğlu Yezid, İmam Hüseyndən (ə) beyət almağa qərar verir. İmama edilən beyət təklifi qarşılığında, Həzrət belə buyurur: "Yezid kimisi ümmətin başına keçərsə, İslam məhv olub gədər". İmam kufəlilərin devətini qəbul edərək bir qrup yaxını ilə Mədinədən Məkkəyə doğru yola çıxmışdı. Həzrət Zeynəb də bu karvanda qardaşı ilə birlikdəydi və özünü böyük bir vəzifə üçün hazırlayırdı. Təəssüf ki, o acı günlər başlayırdı, Məhərrəmin birinci günü başlayan iztirab yolçuluğu onuncu gün olan Aşura günü sona çatmışdı və fasiqlər zahirən qalib gəlsə də, ancaq könüldə məğlub olmuşdular. Həzrət Zeynəb Kərbəla qəhrəmanlarının mübarizəsinə şahid olub. O, hətta iki oğlunun Kərbəla meydanında mərdanə savaşaraq şəhadətə yüksəlmələrinin şahidi də olmuşdur. Həzrət Zeynəb Əhli-Beytə edilən bütün haqsızlıqları və qəddarlıqları öz gözləri ilə görürdü. Ancaq hər şeyə səbrlə dözürdü. Həzrət Zeynəbin əsl dərdi Kərbəladan sonra başlanmışdı. Yezidin əsgərləri bu qədər insanları şəhid etməklə rahatlanmamış, geridə qalan müdafiəsiz qadınlara və uşaqlara aid bütün dəyərli əşyalara qənimət adından əl qoymuşlar və çadırları yandırmışlar.

Orada yalnız hər şeyləri əlindən alınmış Əhli-Beyt qadınları və yetim uşaqlar qalmışdı. Həzrət Zeynəbin məsuliyyəti indi başlayırdı. Çünki İmam Hüsəynin şəhadətindən sonra ailənin başına keçmişdi. Fatimə kimi bir ananın qızı olan Zeynəb Kərbəla hadisəsindən sonra Pəyğəmbərin (s) "Cihadın ən üstünü zalımın qarşısında haqqı söyləməkdir" hədisinə əməl etmişdi. Bunu Yəzidin hüzuruna çıxarıldıqda söylədiyi nitq ilə isbatlamışdı. Kufə və Şamda xalqa etdiyi xütbələr sayəsində Yezid hökumətinin sonunu hazırlamış və beyinlərə yenidən gərçək İslamı doğru olaraq qəbulunu təmin etmişdi. Çəkdiyi dərdlərə baxmayaraq, Zeynəb (ə) Mədinə qadınlarına da öyüdlər vermiş, onlara qadın məsuliyyətinin sadəcə uşağa baxmaq, paltar və ya qab yumaqdan ibarət olmadığını söyləmişdi. Qadın bir insan olaraq ictimai münasibətlərdə mühüm rol oynamalıdır və öncüllük etməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)
İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ
Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

 
user comment