Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İmamlar kimlərdir?!

İmamlar kimlərdir?!

Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında açıq-aşkar şəkildə buyurmuşdur ki, ondan sonra on iki nəfər xilafətə çatacaqdır ki, hamısı Qüreyşdəndir və islamın izzət və başıucalığı onların xilafəti sayəsində olacaqdır. Cabir ibni Səmrət deyir:
سَمِعْتُ رَسُولَ اللّهِ¸ يَقُولُ لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَي عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَسْمَعْهَا فَقُلْتُ لِاَبِي مَا قَال فَقَالَ كُلُّهُمْ مِنْ قُرَيْشٍ
"Peyğəmbər (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "İslam on iki xəlifə və rəhbər vasitəsilə əziz olacaqdır." Sonra bir söz dedi, eşidə bilmədim. Atamdan nə dediyini soruşduqda cavab verdi ki, hamısı Qüreyşdəndir."


Tarixdə islamın izzət və başıucalığının qoruqçusu olan on iki xəlifə şiələrin inandığı on iki imamdan başqası ola bilməz. Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in təqdim etdiyi on iki xəlifə o həzrətin vəfatından bilavasitə sonra onun xəlifələri ünvanı ilə təqdim edilmişdir.
Sünnülərin deyiminə əsasən "Raşidin xəlifələri" adlandırılan dörd xəlifədən keçsək, digər xəlifələr islam dininə izzət bağışlamamışlar. Əməvi və abbasi xəlifələrin kimliyi və həyat yolu, bunu təsdiqləyir.
Ümumiyətlə İmamların hər biri öz əsrində təqva və pərhizkarlıq simvolu olub. On iki imam, Peyğəmbər (s.ə.v.v) dininin keşikçiləri olub. Onlar, səhabə, tabein və onlardan sonrakı nəsillərin hidayət çırağıdır. Tarixçilər onların elmlini və məqamını təsdiqləyir. Onlar aşağıdakılardan ibarətdir:
1-Əliyyibni Əbi Talib (ə)
2-Həsən ibni Əli (Müctəba) (ə)
3-Hüseyn ibni Əli (ə)
4-Əliyyibni Hüseyn (Zeynul Abidin) (ə)
5-Muhəmməd ibni Əli (Baqir) (ə)
6-Cəfər ibni Muhəmməd (Sadiq) (ə)
7-Musa ibni Cəfər (Kazim) (ə)
8-Əli ibni Musa (Riza) (ə)
9-Muhəmməd ibni Əli (Təqi) (ə)
10-Əli ibni Muhəmməd (Nəqi) (ə)
11-Həsən ibni Əli (Əskəri) (ə)
12-İmam Məhdi (Qaim) (ə)
(Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən mütəvatir şəkildə nəql olunan rəvayətlərdə o, "vədəsi verilmiş Məhdi" ünvanı ilə qeyd olunur.)
Adları Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dilindən deyilən bu böyük rəhbərlərin həyatı ilə tanış olmaq üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:
1-"Təzkirətul-xəvas" ("Təzkirətu xəvassil-ümmət)
2-"Kifayətul-əsər"
3-"Vəfəyatul-əyan"
4-"Əyanuş-şiə" (müəllif: Seyyid Möhsin Əmin Amuli).

Yazının tərtibində tərcümə olunmuş kitabların elekton vesrsiyasından istifadə olunub.

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)
Əmanətdarlıq
Səmavi ad
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İSLAMDA TƏBABƏT
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır
Quran Fatimə (s) ismətinin sənədi

 
user comment