Azəri
Friday 27th of December 2024
0
نفر 0

İmam Baqir ələyhis-salamın elmi mübahisəsi

İmam Baqir ələyhis-salamın elmi mübahisəsi

Abdullah ibn Nafe, Möminlərin Əmiri Həzrət Əliyə (ə.s) düşmən idi və "yer üzünün gedilə biləcək hər hansı bir nöqtəsində, Əlinin Nəhrəvanda Xaricilərlə müharibə edib onları öldürməkdə haqlı olduğunu sübut edəcək biri olduğunu bilsəm, mütləq onun yanına gedərəm"-deyirdi. Bir gün ona: "Bunu, Əlinin övladlarından biri sübut etsə necə ? (Onun da yanına gedərsənmi?)" deyəndə: "Əlinin övladları arasında alim var ? " Deyə soruşdu. "Bax, bu da sənin cahilliyini göstərir". Dedilər o, "Əlinin (ə.s) nəslindən müdrik və alim insanların olmaması mümkündürmü ?" Əlinin övladlarından kimin o dövürdə müdrik şəxs olduğunu soruşdu. İmam Baqir (ə.s) olduğunu söylədilər. Bir müddət sonra Abdullah, bir neçə adamıyla birlikdə Mədinəyə gəlib İmam Baqir (ə.s) görüşmək istəyini bildirdi. İmam (ə.s) nökərlərindən birinə dedi ki, onu qonaq olaraq qəbul edin və yol yorğunluğunu aldıqdan sonra, ertəsi gün onunla görüşəcəyəm. Ertəsi günün səhəri Abdullah, İmam görməyə getdi. İmam (ə.s), ənsar və mühacirlərin nəslindən olan bütün övladları da bu görüşə çağırmışdı. İmam (ə.s) qırmızı bir paltar geyinmiş, ay işığı kimi parlayırdı, gözləri və gözəl üzü insanların diqqətini çəkmişdi. Sözlərinə bəsmələ və hamd-səna ilə başlayıb belə dedi: -Həmd olsun yeri var edən, hər şeyə kəmiyyət verən və hər şeyə varlıq bağışlayan Allaha məxsusdur. Həmd O Allaha məxsusdur ki, heş bir mürgüləməz. Göylərdə və yerdəkilərin hamısı Onundur. Şəhadət verirəm ki, (Ayətəl-Kürsünü sonuna qədər oxudu) edirəm ki, Allahdan başqa tanrı yoxdur və Məhəmməd (s.ə.a) Onun seçilmiş qulu və peyğəmbəridir. Həmd, bizə peyğəmbərlik verib və vilayətlə vəzifələndirən Allaha məxsusdur. Ey ənsar və mühacir övladları! Əbu Talib oğlu Əlinin (ə.s) bir fəzilətini bilən varsa, söyləsin! Orada olanların hər biri İmam Əlinin (ə.s) üstünlüyünü və ona xas üstün fəzilətləri bildirdilər. Növbə, “Xeybər hədisi”nə çatdı. Dedilər ki, "Xeybər döyüşündə Peyğəmbər (s.a.a) yəhudilərlə müharibə qoşulub: “Sabah bayrağı elə birinə verəcəyəm ki, o Allahı və Peyğəmbərini sevir, Allah və Rəsulu da onu. Yəhudilərin qalasını Allahın izniylə fethetmedikcə qayıtmaz. Müharibədən heç vaxt qaçmayan bir cəngavərdir o!”- buyurdu. Ertəsi gün bayrağı İmam Əliyə verdi. O gün inanılmaz igidliklər göstərib yəhudiləri tam bir məğlubiyyət və xarabazara çevirərək, fəth edilməsi qeyri-mümkün olmayan qalaları - Xeybəri fəth etdi: "Bu zaman İmam Baqir (ə.s) Abdullah ibn Nafedən sourşdu: -"Bu hədis haqqında nə düşünürsən"? Abdullah:"Hədis doğrudur". Dedi, "Amma Əli daha sonra, Xariciləri haqsız yerə öldürmüş və kafir olmuşdur! İmam (ə.s): -"Anan yasını tutsun," - buyurdu ki, "Allah, Əlini sevdiyini söyləyərkən, o zaman, daha sonralar Əli Xariciləri öldürəcəyini bilirdimi yoxsa bilmirdi? Əgər bilmirdi desən, küfrə girmiş olarsan! Abdullah": "Bilirdi əlbəttə"- dedi. İmam (ə.s) buyurdu: "Uca Allah, Əlini itaət etdiyi üçün, yoxsa itaətindən çıxması və günaha girdiyi üçün sevirdi? Abdullah: "Təbii ki, itaət etdiyi üçün Allah onu sevirdi"- dedi. Bu, o mənaya gəlir: Əgər Əli ələyhis-salam gələcəkdə bir günah edəcək olsaydı uca Allah bunu biləcəyindən Əlini sevməzdi. Çünki xariciləri öldürəcəyini bilirdi və belə bir hadisədən xəbəri olan Allah Əlini sevirdi. O halda xəvariclərin öldürlürməsi bir haqlı davranışdı. Bu, xaricilərə qarşı aparılan müharibənin əslindən Allaha itaət olduğunu göstərir. İmam ələyhis-salam buyurdu: - O zaman qalx! Əlinin haqlı olduğunu sən də qəbul etdin. Abdullah ayağa qalxıb haqqın batindən ayrılması mənasında bu ayəni oxudu: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər... Sonra da: Allah peyğəmbərliyi hansı ailəyə verəcəyini daha yaxşı bilir- dedi və İmamın haqlılığını qəbul etdiyini bildirdi.

 

Bəqərə, 187,

Ənam, 124,

Üsuli-Kafi, c. 7, səh. 349-351

Sibtayn.com/tr- saytından əxz olunub və azəricəyə çevrilib

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ
Atasın zinəti
Nümunəvi oructutanlar
Pеyğәmbәrdәn (s) 100 hәdis
Quran oxu sən ...
İmam Həsən Müctəba (ə) (1)
Həzrət Sukeynənin (Səkinənin əleyha salam) türbəsinə hücum edilib
İKİNCİ HEKAYƏT
Məhərrəm ayının 15-ci günü

 
user comment