Müsəlman (qeyriİslam) və qeyri Müsəlman dövlətlərində faiz götürmək niyyəti olmadan banka pul qoyub faiz götürməyin eybi yoxdur.
Sual:
Salam əleykum və rəhmətullah!
Zəhmət olmasa aşağıdakı suallarıma cavab verəsiz:
1. İran İslam Respublikasından başqa Müsəlman (qeyriİslam) dövlətlərində banka pul qoyub faiz götürmək olarmı?
2. Xristian dövlətində banka pul qoyub faiz götürmək olarmı?
Allah sizdən razı olsun.
Cavab:
Və əleykə salam və rəhmətullah və bərəkatuh.
1. İran İslam Respublikasından başqa Müsəlman (qeyriİslam) dövlətlərində faiz götürmək niyyəti olmadan banka pul qoyub faiz götürməyin eybi yoxdur.
2. QeyriMüsəlman ölkələrində (xristian və büddist... ölkələrində) də yuxarıda da qeyd etdiyimiz minvalda faiz götürmək niyyəti olmadan banka pul qoyub faiz götürməyin eybi yoxdur. Amma əgər o banklara pul qoymağımız səbəb olarsa ki, həmin pullar küfrün daha da güclənib və o pullar ilə silahlanaraq Müsəlmanları dünyada öldürsünlər və. s. işlər görsünlər bu sürətdə qeyd olunan banklarda pul yatırtmaq haramdır. İşğalçı israil rejiminə bağlı olan hər hansı bankda isə ümumiyyətlə pul qoymaq haramdır.
Allah aqibətinizi xeyirli etsin. Amin
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir