Azəri
Friday 10th of January 2025
0
نفر 0

Muhərəm ayında Aşuradan sonra qadın saçlarını kəsdirib rәng qoya bilərmi?

Muhərəm ayında Aşuradan sonra qadın saçlarını kəsdirib rәng qoya bilərmi?

Bizim Məhərrəm və Səfər aylarında matəmli görünməyimiz bir növ Əhli-Beytin (əleyhimus səlam) Maarifini və Həqiqətlərinin təbliğ olunması üçün bir fürsət yaradır. Belə ki, digər insanlarda belə bir sual yarana bilir ki, kimə və nə üçün bunlar matəm saxlayırlar?!

Sual:

Bismihi Təala

Salamun əleykum! Xahiş edirəm sualimi cavablandirasiniz: Hicabli qadin Muhərrəm ayinda Asuradan sonra sacini kesdirib rәng qoya bilәrmi?

Cavab:

Əssəlamu ələl Huseyn və əla Əli ibnil Huseyn və əla ovladil Huseyn və əla Əshabil Huseyn!

Bismillahir rəhmanir rəhim

Və əleykumus səlam. Qeyd edək ki, təkcə Mahi Muhərrəm deyil hətta Səfər ayı belə Əhli-Beytin (əleyhimus səlam) ən dərdli və hüzünlə dolu ayları sayılır. Aşura gününün sona bitməsi isə, İmam Hüseynə (əleyhis səlam) saxlanılan əzadarlığın sona yetməsi demək deyil, əksinə əzadarlığın başlanğıcı deməkdir. Çün ki, İmam Hüseynin (əleyhis səlam) 72 səhabəsi (Allahın səlam və bərəkəti onlara olsun), həmçinin İmam Hüseynin özü məhz Aşura günü (yəni Məhərrəm ayının onuncu günü), tarixdə görünməyən faciəvi şəkildə Şəhid edilliblər... Bu babətdən hər kimin qəlbində Huseyn (əleyhis səlam) hərarəti varsa çalışar ki, bu iki ayda özünü İmam Səccadla (əleyhis səlam) həzrəti Zeynəbə (əleyha səlam) oxşadsın. İstər mömin və Hicablı olsun istərsədə fasiq və saqqalsız. Lakin bunu da qeyd etməliyik ki, təmizlik və xüsusən ərli qadının həyat yoldaşı qarşısında bəzənməsi vacib olmasa da təkidli məsələlərdən biridir. Elə buna görə də bu iki ayda bizim qeyri mətəm günlərində olduğu kimi bəzənib düzənməyimiz, İmam Hüseyn (əleyhis səlam) matəminə yüngüllük gətirdiyi üçün bu işdən çəkinməliyik. Xüsusi ilə də bizim Məhərrəm və Səfər aylarında matəmli görünməyimiz bir növ Əhli-Beytin (əleyhimus səlam) Maarifini və Həqiqətlərinin təbliğ olunması üçün bir fürsət yaradır. Belə ki, digər insanlarda belə bir sual yarana bilir ki, kimə və nə üçün bunlar matəm saxlayırlar?!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment