Azəri
Wednesday 8th of January 2025
0
نفر 0

Kürdüstanın Sünni alimi: “Ey Sünni alimləri! İŞİD-in əmələ gəlməsində bir başa təqsirimiz var”

Kürdüstanın Sünni alimi: “Ey Sünni alimləri! İŞİD-in əmələ gəlməsində bir başa təqsirimiz var”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Pavə şəhərinin Sünni alimi və İmam Cüməsi Molla Qadir Qadiri Qum şəhərində keçirilən "Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimlərinin Baxımında" ümumdünya konqresində çıxış edərək bildirib: "ABŞ İraqa hücum etdikdə biz rahatsız idik. Bu gün, ABŞ-ın İraqa hücum etdiyinin nəticəsini görürük. İŞİD-in binövrəsi 2003- də qoyuldu. İndi də, iki aydır ki, ABŞ 40 ölkədən ibarət koalisiya ilə, Eynul Ərəbi (Kobani) təkfirçilərdən azad etməyə çalışır, lakin hələ də bir xəbər yoxdur. Onlar yalan danışırlar".

Molla Qadir Qadiri deyib: "Ey Sünni alimləri! Biz Məscid və mədrəsələrimizi təkfirçi görnüşlərdən qorumalıyıq. Bu gün İŞİD və bu kimi təkfirçi cərəyanlara qoşulanlar bizim Məscid və mədrəsələrimizdə təlim alanlardır. İŞİD-in dünya xalqlarına verdiyi töhvəsi İslamafobiya töhfəsidir. Nəticədə isə, İslamın dünyada çirkin təbliğ olunmasıdır. Amerika İslam İnqilabı və İslam Oyanışından sonra İslamın dünyada sürətlə yayılmasının qarşısını almağa cəht etdi. İŞİD-in də yaranması bu çalışmanın nəticəsidir".

Pavə şəhərinin Sünni İmam Cüməsi təkfirçi cərəyanların əmələ gəlməsinin əsas səbəbi kimi Müsəlman ölkələrində ixtilafların olduğunu açıqlayaraq bildirib: "Dünyada ekstrimist cəryanların əmələ gəlməməsi üçün bütün Müsəlmanlar ayıq olmalıdır. İran İslam Respublikasında Sünni və Şiə bir-biri ilə, qardsaş kimi yaşayır, aralarında heç bir problem yoxdur. İrandakı sabitlik bir neçə amilin nəticəsidir: 1- Ağıllı və müdiriyyətə layiq Vəliyyi Fəqih. 2- Sünni və Şiə alimlərinin bir-biri ilə, həmfikr olmaları. 3- Xalqın daim səhnədə aktivliyidir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fiqh
İran İslam Respublikasının Məşhəd şəhərində güclü zəlzələ baş verib. ...
Suriya Hələbin azadlığı uğrunda genişmiqyaslı quru əməliyyatlarına başladı
BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ...
PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə ...
Fransada ant-sionist aksiyası
Şeyx İsa Qasim Türkiyəyə sürgün oluna bilər
QƏNIMƏT VƏ MəğNƏM
ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI
“19 Dey” münasibəti ilə Qum əhalisi İmam Xamenei həzrətlərinin görüşünə ...

 
user comment