Sual:
Salam əleykum və rəhmətullah. Xaiş edirəm yazın, interntdə kibersport (bu bir oyundur) oynayıb pul udmaq olarmı? Bunu da deyim ki, oynamaq üçün pul vermək lazım deyil.
Sankt-Peterburq
Cavab:
Və əleykum salam və rəhmətullahi və bərəkatuh. Bu növ oyunların insanların beyninə hansı hədəfləri yeritməkdən ötrü düzəldilməsinə baxmaq lazımdır. Əgər, hər hansi bir kiberoyun, onu oynayan şəxsə əxlaqsızlığı, fəsadı, günahı, ümumiyyətlə İslam əqaidi, əxlaqı və fiqhinə (hüquqlarına) zidd olan ruhiyyə vermək üçündürsə bu növ oyunların oynanılması düşmənlərin İslam əleyhinə yürütdükləri “Soyuq Müharibənin” davamı olaraq, “şeytani mədəniyyətin hücumu” babından haram sayılır. Amma əgər kibersport sırf elmi, əxlaqı, yaxud İslam dinin hər hansı bir sahəsini düzgün (Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə uyğun) formada çatdıran oyndursa və qeyd olunan oyunda faydasız bir şey yoxdursa bu sürətdə həm oyunu oynamaq, həm də dediyiniz formada (qabaqcadan sizin tərəfinizdən pul qoyulmamaq şərti ilə) pul udmaqın heç bir eybi yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna