Azəri
Wednesday 16th of October 2024
0
نفر 0

Dostunun arvadını qaçıran İŞİD saytının əslən azərbaycanlı redaktoru həbs edildi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyədə fəaliyyət göstərən İŞİD-ə bağlı saytlardan birinin redaktoru dünən səhər saatlarında İstanbul və Kocaeli polisi tərəfindən həbs edilib.
Dostunun arvadını qaçıran İŞİD saytının əslən azərbaycanlı redaktoru həbs edildi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyədə fəaliyyət göstərən İŞİD-ə bağlı saytlardan birinin redaktoru dünən səhər saatlarında İstanbul və Kocaeli polisi tərəfindən həbs edilib.

İŞİD-çi, əslən azərbaycanlı olan Abdulqadir Polad dünən səhər saatlarında İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları ilə Kocaeli Polisinin keçirdiyi birgə əməliyyat zamanı həbs edilib. Ona qarşı hansı maddələr irəli sürüləcəyi haqda dəqiq məlumat verilməsədə, "terrora dəstək" maddəsilə məhkəməyə çıxarılacağı ehtimal olunur.

Yayılan rəsmi məlumatlara görə, Türkiyə polisi 30 ünvana əməliyyat keçirərək, 3-ü xarici vətəndaş olmaqla 24 nəfəri həbs edib. Saxlanılanlar arasında İŞİD-çi, əslən azərbaycanlı olan, İŞİD-ə bağlı bir saytın redaktorlarından olan Abdulqadir Polad da var.

Bu terror qruplaşmasına bağlı olan şəxsin istər Türkiyədə, istərsə də Azərbaycanda dezinformasiya və təxribat dolu yazılar yazmaqla məhşur olmuşdu. Azərbaycanda Gəncədə baş vermiş olayda, şiələri günahlandıran Abdullah Polad, ölkədə sünni-şiə məzhəblərarası qarşıdurma yaratmağa cəhd etmişdi.

Onun bu "məhşur işləri"ndən başqa, yoldaşının arvadını qaçırması da Türkiyə mediasının gündəminə gəlmişdi.

Hətta bu şəxs haqda İŞİD-in digər türkdilli saytı olan "Takvahaber.net" barəsində yazırdı: "Əvvəllər saytımızda redaktorluq edən, sonra da oğurluq etməyə çalışan, bacarmayanda da bizə təqlid edərək və etibarımızı zədələməyə çalışan oğru Əbdülqədir Polad bu dəfə də dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Bizdən qovulduqdan sonra özünü "İslam Dövləti"nin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü "İslam Dövləti"nn Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb, nəticədə 5 aylıq körpə də kimsəsiz qalıb".

Qeyd edək ki, Abdullah Polad "takvahaber.net" saytından qovulduqdan sonra eyni adlı domenin "com" sonluğu ilə sayt açmış və İŞİD-ə dəstək məlumatları yaymağa başlayır. Daha sonra, bu sayt məhkəmə hökmü ilə bağlandıqdan sonra Polad bir neçə işidçi ilə birlikdə "Ənfal" adlı portal təsis edir. "Takvahaber.net" saytı ilə aralarında yaranan problem İŞİD rəhbərləri tərəfindən həll edilir. Abdulla Poladın dostunun arvadını qaçırma xəbəri İŞİD-i gözdən saldığına görə, saytdan silinir. Xəbər saytdan silinsədə, axtarış motorlarının yaddaşında qalıb.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Аşurа inqilаbının mаhiyyәti vә sәbәblәri
ABŞ-da silahlı hücum: 3 ölü
İranın Əlborz esminesi Babul-Məndəbdə iştirak edir
Kaşiful-Ğita ABŞ, Britaniya, sionizmə...
Qələbə: Bici şəhəri və İraq Neft Yataqları terrorçulardan azad edildi, ...
Dəməşqdə Şəhid olmuş Əhli Beyt (ə) hərəminin müdafiəçiləri Qumda dəfn ...
ci xütbə
İraq əskərləri Fəllucə şəhərində, xeyli sayda itki vermiş terrorçular -
Nigeriya: "Boko haram" gücünü itirir və kömək istəyir
Fil Dişi Sahilində baş verən kütləvi qırğınlar ölkədə siyasi gücün ...

 
user comment