Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 06 İyun, 2015 tarixdə Qum Elmi Hövzənin yüksək rütbəli alimləri və bir qrup İctihad Dərsləri keçən tanınmış ustadları Yəmən Xalqının Müdafiəsi üçün iclas keçiriblər.
İclas Qurani Kərimin nurani ayələrinin tilavəti ilə, öz işinə başlayıb. Daha sonra çıxış üçün söz Ayətullah Muhəmməd Əli Təsxiri və Höccətül İslam vəl Müslimin Əli Rza Ərafi cənablarına verilib.
Daha sonra Sepah Komandirinin müavini General Hüseyn Salami və Ənsarullah Hərakatının nümayəndələrindən biri çıxış edib.
Konfrans Qum Elmi Hövzəsinin Darul Şifa ali mədrəsəsində keçirilib.
Qeyd edək ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah adı çəkilən konfransa müraciət ünvanlayıb.