Azəri
Saturday 21st of December 2024
0
نفر 0

IMAM ƏLI ™-IN PEYĞƏMBƏR ¡ SÜNNƏSININ DƏYIŞDIRILMƏSI BARƏSINDƏ ŞIKAYƏTI

IMAM ƏLI -IN PEYĞƏMBƏR ¡ SÜNNƏSININ DƏYIŞDIRILMƏSI BARƏSINDƏ ŞIKAYƏTI

Imam Sadiq -ın buyurduğu: "Indi qorxmuruq və Allahın hök‌‌‌münü Əli -ın kitabından olduğu kimi bəyan edirik" - sözünə gəl‌‌‌dikdə isə, bu məsələ əməvilərin hakimiyyəti əsrinin axır‌‌‌la‌rında və abbasilərin hakimiyyətinin əvvəllərinə qayı‌dır. Çünki ondan əvvəl Əhli-beyt imamlarının xüləfa mək‌tə‌‌binin hökmlərinin əleyhinə bir söz deməyə imkanları yox idi. Yalnız Əli -ın dövründə bu imkan olmuşdu ki, hökm‌lərdən bə`ziləri-aş‌kar şəkildə bəyan olunmuşdu və buna görə də o həzrətin xi‌la‌fəti dövründə bu iki məktəb ara‌sın‌da bu hökmlərlə əla‌qə‌dar ixtilaf aşkar olmuşdu. Həmin qi‌sim ki, Imam və onun şiə‌ləri düzgün hökm və Qur`anın hə‌qi‌‌qi təfsirini bəyan edir‌dilər! «Kafi», «Ehticac», «Vəsa‌iluş-şiə», «Müstədrək», «Və‌sa‌iluş-şiə» və «Nəhcül-bəlağə» kitablarında belə qeyd olunur:

Səlim ibni Qeys Hilali deyir: Əli -dan soruşdum: Mən Salmandan, Miqdaddan və Əbuzərdən Qur`an təfsirinin və Peyğəmbər ¡ hədislərinin bir qismini eşitdim ki, camaat arasında yayılanlarla müxalifdir! Sonra sizdən eşit‌dim ki, onların sözlərini təsdiq edirsiniz! Yenə də camaa‌tın yanında Qur`an təfsiri və Peyğəmbər hədisləri ilə əla‌qədar çoxlu mətləblər gördüm ki, siz onlarla müxalifət edir və inanırsınz ki, onların hamısı batildir! Sizin nəzə‌ri‌niz‌cə camaat qəsdən Peyğəmbərin adından yalan danışır və Qur`‌anı öz rə`yi ilə təfsir edirlər?! (O deyir:) Əli mənə üz tu‌tub buyurdu: Indi ki, sual etdin, cavabını al: Həqiqətən cama‌atın yanında olanlar haqq və batildir, düz və yalandır, na‌six və mənsuxdur, am və xasdır, möhkəm və mütəşabihdir, ger‌çək‌lik və xəyaldır. Çünki Peyğəmbər ¡-in dövründə o həzrətin adından yalandan danışıldı, nəhayət o həzrət aya‌‌ğa qalxaraq buyurdu: "Ey camaat! Mənim adımdan yalan da‌nı‌şıl‌ma‌sı çoxalmağa başlamışdır, indi (bilin ki,) hər kəs qəsdən mənim adım‌‌dan yalan danışsa, cəhənnəm odunda öz yeri‌ni hazırlasın!" O həz‌rə‌‌tin vəfatından sonra da onun adından deyilən yalanlar art‌mağa başladı. (Indi bilin ki,) Peyğəmbər ¡ hədisi be‌‌şin‌cisi olmayan yalnız dörd nəfər tərəfindən sizə çata‌caq:

1-Zahirdə özünü imanlı və Islamı qəbul etməsini gös‌tə‌rən və Peyğəmbərin adına qəsdən yalan danışmağı günah he‌sab etməyən münafiq bir şəxs. Aydındır ki, əgər camaat onun münafiq və yalançı olduğunu bilsəydi, ondan heç nə qə‌bul etməz və təsdiq etməzdilər. Lakin deyirlər: «Bu kəs Pey‌ğəm‌‌bər ¡-lə bir yerdə olmuş və həzrəti görüb ondan söz eşitmişdir.» Buna görə də onları tanımadıqları halda söz‌‌‌lə‌rini qəbul edirlər. Halbuki, Mütəal Allah Öz Peyğəm‌bə‌‌‌rini ¡ münafiqlərin halından tamamilə agah etmiş və onları özlərinə məxsus sifətləri ilə bəyan edərək buyur‌muş‌‌dur:

وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِن يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ

"Onları gördüyün zaman zahirləri sənə təəccübə gətirir. Əgər da‌nış‌‌salar sözlərinə qulaq asarsan."[1] Bu münafiqlər Peyğəmbərin döv‌‌‌ründən sonra da qaldılar, xilafət və azğınlıq rəh‌bər‌lərinə qoşuldular və camaatı hiylə, yalan və töhmətlə cə‌‌hən‌nə‌mə doğru sürükləyən iddiaçılarla yanaşı oldular. On‌lar da bunları öz işçiləri seçdilər, camaatın boynuna min‌di‌lər və onların vasitəsi ilə dünyanı tarac etdilər ki, ca‌ma‌at da dünya və rəhbərlərlə birdir, yalnız o kəs istisna olu‌nur ki, Allah onu qoruyub-saxlasın! Bu dörd qisimdən bi‌ri‌dir.

2-Digəri o kəsdir ki, Peyğəmbər ¡-dən bir şey eşi‌‌dib onu düzgün başa düşməmiş və səhvə yol vermiş, am‌ma yalan danışmaq məqsədi ilə olmamışdır. Buna baxmayaraq hər bir halda o mətləb indi də onun yanındadır və ona ina‌nır, əməl edir və rəvayət kimi söyləyib deyir: «Mən onu Pey‌ğəm‌‌bər ¡-dən eşitdim!» Halbuki, müsəlmanlar onun səh‌və yol verdiyini bilsəydilər, şübhəsiz, onu qəbul etməz‌di‌lər. Hətta onun özü də səhv etdiyini bilsəydi, bu sözləri boş‌‌layardı.

3-Üçüncüsü o kəsdir ki, bir şeyi Peyğəmbərdən eşidib, onun bu işə fərman verdiyini görmüş və bir müddətdən son‌ra onun qadağan etdiyi halda o şəxs bu qadağandan agah ol‌ma‌‌‌mışdır, yaxud Peyğəmbər ¡-in bir şeyi qadağan et‌di‌‌‌yini bilmiş, amma müəyyən müddətdən sonra həmin işə fər‌‌‌man verdiyindən agah olmamışdır. Buna görə də mənsuxu əxz etmiş, qoruyub-saxlamış və nasixdən xəbərsiz qal‌mış‌dır. Əgər o bilsə ki, onun yanında olanlar nəsx olunubdur, onu hökmən boşlayar. Belə ki, müsəlmanlar da ondan eşit‌dik‌lə‌‌ri vaxt onun nəsx olunduğu bilsəydilər, onu tərk edər‌di‌lər.

4-Dördüncü o kəsdir ki, Allahdan qorxu və Peyğəmbəri əziz‌ləmək xatirinə yalanla düşməndir və heç vaxt Peyğəmbər ¡-in adından yalan danışmaz, o həzrətin hədisini unut‌mamışdır. Əksinə, eşitdiyini artırıb-azaltmadan layi‌qin‌‌cə qoruyub-saxlayır və camaata təqdim edir. Nasixi mən‌sux‌‌dan ayırır, nasixə əməl edərək mənsuxu tərk edir. Çünki Pey‌ğəmbər ¡-in buyurduğu elə Qur`anın buyurduğu, nasix və mənsux (xas və am), möhkəm və mütəşabihdən ibarətdir. Bə`‌zən də Peyğəmbər ¡-in kəlamı eynilə Qur`an kimi iki yönə malik olurdu: Bə`zi sözü ammdır, bə`zisi xas. Allah-taa‌‌la Öz kitabında buyurur:

مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbərin sizin üçün gətirdiyini əxz edin və çəkindirdiyi şeydən çəkinin."[2]

Nəticəsi də bu olardı ki, Allahın və Peyğəmbər ¡-in məqsədi, nəyi nəzərdə tutduqlarını bilməyən bir şəx‌s‌ə aydın olmazdı. Vəziyyət elə də deyildi ki, Peyğəmbər sə‌ha‌‌bələrinin hər biri ayrı-ayrılıqda o həzrətdən bir mə‌sə‌lə‌ni soruşub başa düşmüş olsunlar. Onların bə`ziləri bir şe‌yi soruşub cavabını başa düşmürdülər, nəhayət çöl ərəb‌lə‌rindən tanınmaz bir şəxsin Peyğəmbərin yanına gəlməsini is‌təyirdilər ki, o həzrətdən soruşsun, onlar da eşitsinlər!

Amma mən bir dəfə gündüz, bir dəfə isə gecə Peyğəmbər ¡-in yanına gedirdim, o həzrət mənimlə xəlvətdə söhbət edirdi, hər yerə getsəydi, onunla gedirdim. Peyğəmbər ¡-in səhabələri də bilirdilər ki, o məndən başqa heç bir şəxslə belə rəftar etmir. Çox hallarda bu xəlvət yer mə‌nim evimdə olardı və Peyğəmbər ¡ mənim yanıma gə‌lir, mənim evimdə çox qalırdı. O həzrətin evlərindən bə`zi‌lə‌rinə daxil olduğum zaman mənim üçün yaxşı şərait yara‌dır, qadınlarını başqa yerə göndərir və məndən başqa bir kəs onun yanında qalmırdı. Amma hər vaxt təklikdə mənim evi‌mə gəlirdisə, Fatimə və mənim övladlarımdan heç birini mən‌dən kənarlaşdırmırdı. Hər vaxt sual etsəydim, cavab verir‌di, sakit qaldığım və suallarım axıra çatdığı zaman özü danışmağa başlayırdı. Qur`an ayələrindən elə biri Pey‌ğəm‌bərə nazil olmamışdı ki, məni onu oxumağa vadar etməsin, mənə imla deməsin ki, öz əlimlə onu yazım; sonra onun tə`vil və təfsirini, nasix və mənsuxunu, möhkəm və mü‌tə‌şabihini, xas və amını mənim üçün öyrədir və Allahdan is‌təyirdi ki, fəhm və dərk qüvvəsini mənə əta etsin. O dua‌dan sonra Allah kitabından elə bir ayə və elmlərdən elə bir elm mənə imla etmədi və yazmadım ki, onu unutmuş olam. O həzrət də bütün halal və haramları, əmr və nəhyləri, gö‌‌‌rül‌‌‌məli və görülməmələri işlərin hamısını, keçmişdəki, gə‌‌lə‌‌cəkdəki, keçmiş peyğəmbərlərin ¢ kitablarında olan‌ları hamısını mənə öyrətdi, mən də onları öyrəndim. On‌lardan hətta bir hərfini belə unutmadım. Sonra öz müba‌rək əlini mənim sinəmə qoyub Allahdan istədi ki, qəl‌bi‌mi elm, fəhm, hikmət və nurla doldursun. Mən dedim: «Ey Pey‌ğəm‌bər! Atam-anam sənə fəda olsun, o duanı mənim barəm‌də et‌di‌yiniz vaxtdan heç bir şeyi unutmamışam, yazma‌dıq‌larımı be‌lə yaddan çıxartmamışam. Gələcəkdə unut‌qanlığa düçar ol‌maq ehtimalı varmı?»

Həzrət buyurdu: «Xeyr, səndə unutqanlıq və nadanlıq (yə`ni bilmə‌məzlik) qorxusunu görmürəm.»[3]

Imam Əli -ın bu və öz səhabələri ilə et‌diyi başqa söhbətlərindən, eləcə də digər Əhli-beyt imam‌la‌rının öz müasirləri ilə apardığı söhbətlərdən, xüsusilə Imam Baqir və Imam Sadiq -ın kəlamlarından aydın olur ki, onla‌rın Qur`an təfsiri Peyğəmbər ¡ hədisi ba‌rə‌sində olan mə`‌lu‌matları, xüləfa məktəbinin ardıcılları ara‌sın‌da‌kı möv‌cud olan mə`lumatlarla müxalif idi və bu ixtilafın sə‌bə‌bi də o idi ki, əvvəlki üç xəlifələr Raşidin xəlifə‌lə‌ri adı ilə məş‌hur olmaqla Peyğəmbər səhabələrini o həzrətin hə‌di‌sini yay‌maqdan qadağan etdikləri zaman məsihi ra‌hib Tə‌mim Dari, yəhudi alimi Kə`bul Əhbar[4] kimi şəxslərin na‌ğıl‌‌ları‌nı yaymağa başladılar, onlar da israiliyyat kimi mət‌ləb‌lə‌rin yazılıb yayılmasına başladılar və səhabələrdən bə`‌zi‌‌lə‌ri də[5] onlardan əxz etdilər. Bununla da çoxlu batil mət‌ləb‌lər Islam cəmiyyətində yayılmağa başladı! Digər tə‌rəf‌dən Imam Əli və başqa bə`zi səhabələr də – Sal‌man, Əbuzər, Əmmar, Miqdad və sair kimi – o həzrətə tabe ola‌‌raq bu yolda çalışmağa başladılar və Peyğəmbər hədi‌si‌nin sirə və sünnəsinin yayılmasına ciddiyyət göstərdilər. Bu‌‌na görə də bu iki məktəbin arasında həmin məsələ ilə əla‌qə‌dar ixtilaf yarandı, Imam -ın köməkçilərindən bə`‌zi‌‌ləri ayrı-seçkiliyə, ağır işkəncələrə və sürgünə mə`ruz qal‌dı.[6]

Bundan əlavə, əvvəlki xəlifələr Peyğəmbər ¡ sünnə‌si‌nin bir qismini – öz siyasətləri ilə uyğun gəlməyən sün‌nə‌ləri dəyişdirib tərsinə cilvələndirdilər. Həmin hissə ki, xüləfa məktəbinin ardıcılları onları xəlifələrin ic‌ti‌hadları adlandırır və biz də «xəlifələrin ictihad etdiyi yer‌lər» adlı başlıqda onu izah etmişik.

Imam Əli hakimiyyətə çatanda çalışırdı ki, Is‌lam ümmətini Peyğəmbər sünnəsinə qaytarsın, əvvəlki üç xəlifənin sünnəsini kökündən dəyişdirsin, amma bu‌na nail ola bilmədi! Imam öz yaxın adamları üçün be‌lə izah edir: "Həqiqətən fitnələrin başlanğıcı tabe olunan həva-hə‌vəs‌‌lər‌dən, ixtira olunan hökmlərdən irəli gəlir. Onlarda Al‌lahın hökmü ilə müxalifət edilir, bir dəstə insan başqa bir dəstəyə hökmranlıq edir. Agah olun ki, haqq xalis olarsa, onda heç bir ixtilaf olmaya‌caq, əgər batil də xalis olsa, ağıl sahiblərinə gizli qalmayacaqdır. Lakin bu‌‌nun bir hissəsi və onun bir hissəsi götürülərək qarışdı‌rıl‌mış və bu zaman şeytan öz havadarlarına qalib gəl‌miş‌dir. Allahın gözəl və`dəsini tapanlar qurtuluşa çatarlar.[7]

Mən Peyğəmbər ¡-in öz dilindən belə eşit‌‌‌dim: "Ne‌cə olacaq o zaman ki, fitnə sizi bürüyəcək; o fit‌nə uşaq‌‌la‌rı qo‌cal‌dacaq, qocaları əldən salacaq və camaat onun ardınca ge‌də‌rək bir sün‌nə kimi qəbul edəcəklər?! Əgər on‌dan bir şey dəyiş‌di‌ril‌sə, "sünnə də‌‌yiş‌‌dirildi və camaat münkir (inkarçı) oldular!" - deyiləcək‌dir. Son‌ra bu bəlalar şiddətlənəcək, nəsillər onun əlində əsir ola‌caq, fit‌nə‌‌lər onları elə döyəcək ki, sanki atəş odunu və dəyirman da‌şı buğ‌da‌nı dö‌yür! Belə olan halda dini Allahdan başqası üçün, el‌mi əməl etməkdən baş‌‌qa‌‌ məqsədlə öyrənərlər; axirətə məxsus olan işlərlə dün‌yə‌vi məqsəd‌ləri‌‌nə çatmaq istəyərlər."

Ravi deyir: Imam sonra öz Əhli-beytindən, yaxın‌la‌rın‌dan və şiələrindən olan bir dəstəyə üz tutub buyurdu: "Mən‌‌dən əvvəlki hakimlər (xəlifələr) öz tədbirlərində qəsdən Peyğəm‌bər ¡-lə müxalifət etdilər, onun əhd-peymanını poz‌ub sünnə‌lə‌ri‌ni dəyişdirdilər. Indi (vəziyyət o yerə ça‌tıb ki,) əgər camaatı hə‌min batil sünnələri inkar etməyə va‌dar etsəm və onu özünün əsl yerinə – Peyğəmbər ¡-in dövründə oldu‌ğu yerə qaytarmaq istəsəm, onda or‌du üzvləri ətrafımdan dağı‌lışa‌caq, axırda tək qalacağam, yaxud şiə‌‌lərim‌ içərisində imamətimin vacibliyini və üstünlüyümü Allahın Ki‌tabında və Peyğəmbər ¡-in sünnəsində görüb dərk edən azacıq dəs‌tə istis‌na olmaqla yanımda bir kəs qalmayacaq! Bilirsinizmi ki, əgər "Məqami-Ibrahim Peyğəmbərin dövründə olduğu yerə qaytarılsın",[8] - deyə fərman ver‌səm, Fədəki Fatimənin varislərinə qaytarsam,[9]  Pey‌ğəm‌bər ¡-in peymanəsini olduğu vəziyyətə qaytarmaq istəsəm, Pey‌ğəm‌bərin şəxslərə bağışladığı torpaq sahələrini – halbuki, onların əli‌nə çatmadı və bu fərman icra olunmadı – onlara təhvil vermək is‌tə‌səm, Cə`fərin evini Peyğəmbər məscidindən ayırıb onun varis‌ləri‌nə versəm,[10] çıxarılan zalımcasına hökmləri batil etmək istəsəm,[11] na‌haq yerə bə`zi kişilərin ixtiyarında olan qadınları azad etsəm və on‌la‌rı öz əvvəlki ərlərinə qaytarsam, evlənmə və irs hökmlərini onların ba‌rə‌sində yenidən icra etsəm, Bəni-Təğlib övladlarını əsarətə alsam,[12] Xey‌‌bərin müsadirə edilmiş ərazilərini əvvəlki vəziyyətinə qaytarmaq is‌‌tə‌səm, (yersiz) bəxşişlər divanxanalarını aradan qaldırmaq istə‌səm,[13] beytül-malı Peyğəmbər ¡-in böldüyü kimi bərabər səviyyədə qə‌‌rar vermək istəsəm və onu varlıların əlindən çıxarsam, torpaq sahə‌lə‌‌ri‌nə qoyulan vergiləri götürsəm,[14] evlənmə məsələsində bərabərliyə ri‌a‌‌yət etmək istəsəm,[15] Peyğəmbərin xümsünü Allah-taalanın nazil et‌di‌yi və vacib buyurduğu əsasda icra etmək istəsəm,[16] Peyğəmbər məs‌cidi‌ni əv‌vəl‌ki vəziyyətinə qaytarmaq istəsəm, ona açılmış olan qapıları aç‌sam və bağlanmış qapıları bağlamaq istəsəm, ayaqqabının üstünə məsh çək‌məyi qadağan etsəm, nəbiz içən şəxsə hədd vurmaq istəsəm,[17] hər iki müt`‌ənin (həc və nisa) halallığına dair fərman versəm,[18] cənazəyə beş tək‌birlə namaz qılın‌masını hökm etsəm,[19] camaatı namazda "Bis‌mil‌la‌hir-Rəhmanir-Rəhim"i ucadan deməyə vadar etsəm,[20] Peyğəmbər ¡-in məsciddən qovduğu halda Peyğəmbər ¡-dən sonra o həz‌rətin məscidinə daxil olan şəxsləri çıxarmaq istəsəm, Peyğəm‌bə‌rin varid etdiyi, amma Peyğəmbərdən sonra ixrac olunan şəxsləri varid et‌mək istəsəm, camaatı Qur`anın hökmləri ilə aparsam, təlaqı Pey‌ğəm‌bər ¡ sünnəsi əsasında icra etsəm, tacirlərdən vacib sədə‌qə‌ləri alsam, dəstəmaz, qüsl və namazı onun öz vaxtına, hökmlərinə və məqamlarına qaytarsam, Nəcran əhlini öz yerinə də`vət etsəm, fars və sair ümmətlərin əsirləri ilə Allahın Kitabı və Peyğəmbər ¡-in sünnəsi əsasında rəftar etsəm (əgər bu işləri yerinə yetirsəm, bi‌l‌irsinizmi ki,) hamılıqla mənim ətrafımdan dağılışacaqlar?!

Allaha and olsun! Göstəriş verirəm ki, Ramazan ayın‌da vacib na‌maz‌lardan başqa heç bir namazı camaatla qıl‌masınlar, onlara başa sal‌mışam ki, nafilə namazlarını qıl‌maq üçün camaat namazı təşkil et‌mək bid`ətdir. ... Göz‌lənilmədən ordumda olanların bir qismi – mə‌nim yanımda dö‌yüş‌sələr də belə – fəryad edərək dedilər: "Ey əhli-Is‌lam! Ömə‌rin sünnəsi dəyişdirildi! Ramazan ayında müstəhəb namaz qıl‌‌mağı qadağan edirlər!" (Elə oldu ki,) ordumda müəy‌yən dəstələrin qi‌yam edəcəyindən qorxdum.[21] (Ah olsun) bu ümmətin təf‌riqəsindən və imam‌lara itaət etməsindən... Nələr çəkmişəm!![22]

Imam Əli öz şikayətlərinin axırında belə deyir: "Islam ümmətini Peyğəmbər sünnəsinə qaytarmaqda müvəffəqiyyət əldə edə bilmədim!" Bu barədə o qədər qəm-qüssə çəkdi ki, nəhayət ölüm arzusu edərək deyirdi: "Sizin ən bədbəxtinizi nə saxlamış‌dır ki, gəlib məni öldürmür?! Pərvərdigara! Mən bunları yordum, onlar da məni yordu. Onları mənim əlimdən rahat et, məni də onların əlin‌dən qurtar!" Həmçinin buyururdu: "Nə vaxt ümmətin ən bədbəxti qaldı‌rılacaqdır?!"

Bu sözlərin səbəbi bu idi ki, Peyğəmbər ¡ ona xə‌bər verərək buyurmuşdu: «Əlican! Bilirsənmi ki, əv‌vəl‌dəki‌lə‌rin və axırdakıların ən bədbəxti kimdir?» Mən de‌dim: «Al‌lah və Onun Rəsulu yaxşı bilər.» Buyurdu: «O kəsdir ki, sənin bu saqqalını başının qanı ilə qır‌mızı rəngli edəcək.»[23]

Məl`un ibni Mülcəm Imam Əli -ı rahat etdiyi və Müa‌viyə hökumətə çatdığı zaman Imam Əli -ın ləğv et‌diyi xüləfa sünnələrinin hamısı yenidən Islam cəmiyyətinə qay‌tarıldı, cahiliyyət dövrünün qəbiləvi adət-ən`ənələri və qay‌da‌ları yenidən canlandırıldı. Hamısından qüssəlisi bu‌dur ki, o, səhabə və tabeindən bir qrupunu xidmətə gö‌tür‌dü və onları vadar etdi ki, Peyğəmbər ¡-dən onun siya‌səti‌ni dəstəkləyən hədislər düzəldib rəvayət etsinlər. Onu bu iş‌‌lərə vadar edən şeylər, hökumətin əməvi sülaləsində möh‌kəm‌‌lən‌dirilməsi fikrindən əlavə, Bəni-Haşimlə düşmənçi‌liyi idi. Belə ki, Zübeyr ibni Bəkkar «Müvəffəqiyyat» kita‌bında Mütərrəf ibni Müğeyrə ibni Şö`bədən nəql edir ki, o belə demişdir: «Bir gün atamla birlikdə Müaviyənin yanına getdik. Atam həmişə onun yanına gedər, söhbət edər və sonra mənim yanıma qayıdaraq Müaviyənin əqli və huşundan heyrətlə danışardı. Bir gecə qayıdanda heç nə yemədi; çox qəmli görünürdü. Bir qədər gözlədim, əvvəl fikirləşdim ki, onun qəm-qüssəsi bu gün baş verən hansısa bir işə görədir. Ona görə də dedim: «Nə olmuşdur ki, gecənin əvvəlindən indiyə qədər səni qəm-qüsəli görürəm?!» Dedi: «Oğlum! Mən ən kafir və ən xəbis bir insanın yanından gəlirəm.» Dedim: «Necə bəyəm?» Dedi: «Xəlvətdə Müaviyəyə dedim: «Ey mö`minlərin əmiri! Indi ki, yaşlaşmısan, kaş ədaləti aşkar edib xeyirxahlığı yayaydın! Kaş Haşimi qardaşlarına diqqət yetirəydin, onların barəsində sileyi-rəhim edəydin. Çünki Allaha and olsun ki, indi sənin qorxduğun şeylər artıq onların içində yoxdur! Bu da elə bir şeydir ki, onun xatirəsi sənin üçün əbədi qalacaqdır!» Müaviyə dedi: «Heyhat, heyhat! Hansı yaxşı adın qalacağına ümidvar olum?! Teym qəbiləsindən olan o kişi (məqsədi Əbu Bəkrdir) hakim oldu, ədaləti yaydı və gördüyü işləri gördü. Öldüyü zaman adı da özü ilə birlikdə getdi. Yalnız bə`zən «Əbu Bəkr!» - deyə xatırladılır. Sonra Ədi qəbiləsindən o kişi hakimiyyətə gəldi və on il müddətində ciddi fəaliyyət göstərdi. Ölən kimi adı da özü ilə birgə getdi. Bə`zən bir nəfər «Ömər!» - deyə səslənir. Amma ibni Əbi Kəbşənin adı1 hər gün beş dəfə fəryadla «əşhədu ənnə Muhəmmədən Rəsulullah» - deyə çağırılır. Bundan sonra hansı bir əməl qalar?! Ay yetim, bundan sonra hansı bir xatirə əbədi qalar?! Yox, yox! Allaha and olsun, onu dəfn etməyincə (heç vaxt susmayacağam)!»2

Bəli, buna görə də saxta hədislər və yersiz töhmətlər olduqca geniş yayıldı. Bunlardan da ağırı müsəlmanların xilafət məqamına nisbətən olan müsbət nəzərləri idi ki, onu şərif "Ətiullahə və ətiur-Rəsulə və ulil-əmri minkum" ayə‌sin‌də qeyd olunan «ulil-əmr»in nümunələri hesab edirdilər.

Onlar xəlifələrə o qədər məftun oldular ki, on‌la‌rın Qur`an hökməri və Peyğəmbər sünnəsi ilə olan müxa‌li‌fətlərini «ictihad» adlandırdılar. Tarix bo‌yu xilafət məqamı onların nəzərində elə bir əzəmətə ma‌lik olmuşdur ki, onu «Peyğəmbərin xəlifəsi» məqamından da yüksəyə keçirmiş, «Allahın yer üzündəki xəlifəsi» adlandır‌mış‌lar. Belə ki, Mərvan ibni Məhəmməd Ermənistanın haki‌mi olduğu zaman Vəlid ibni Yezid ibni Əbdül-‌məlik (fasiq Və‌lid) xilafətə çatır, bu zaman Mərvan ona bir məktub yazıb onun «Allahın bən‌dələr üzərində olan xilafəti»ni təb‌rik etmişdi! Vəlid hə‌min şəxsdir ki, qardaşı Süleyman onu qətlə yetirmək qə‌ra‌rına gəlmiş və demişdi: «Şəhadət ve‌ri‌rəm ki, o, şərab içir, həyasız və fasiqdir, hətta mənimlə də ... et‌mək istəyirdi!» Hə‌min Vəlid ki, Kə`bənin damının üstündə şə‌rab süfrəsi açmışdı! Lakin Məhdi Abbasinin məc‌lisin‌də «o dinsizdir» - deyiləndə Məhdi demişdi: «Alla‌hın xila‌fəti Onun yanında elə bir yüksək məqamdır ki, onu zin‌dıq və dinsiz adamın ixtiyarında qərar verməz.»[24]

Əbu Davud özünün «Sünən» kitabında Süleyman Ə`məşdən belə rəvayət edir: Həccac ilə cümə namazı qıldıq. O, xütbə oxudu... Xütbənin arasında dedi: «Allahın xəlifəsi və Onun seçdiyi Əbdül-Məlik Mərvandan eşidin və ona itaət edin!»[25]

Əbu Davud, Məs`udi və Ibni Əbdi Rəbbih, Rəbi` ibni Xa‌lid Zəbidən belə rəvayət edir: Həccac (ibni Yusifin) sözü‌nə qu‌laq asırdım. O dedi: «Sizin nəzərinizdə sizin göndərdiyi‌niz bir adam daha sevimlidir, yoxsa onun xəlifəsi və cani‌şi‌ni öz ailəsi arasında?!»[26]

 O, Əbdül-Məlik Mərvana yazdığı bir məktubda xilafət məqamını elə bir həddə çatdırmışdır ki, belə deyirdi: «Mənim nəzərimə görə asimanlar və yer ondan başqasının xatirinə bərqərar deyildir; Allahın yanında xəlifə müqərrəb mələklərdən və mürsəl peyğəmbərlərdən daha üstündür! Çünki, Allah Adəmi Öz əlləri ilə xəlq etmiş, mələkləri isə ona səcdəyə əmr etmiş, onu Öz behiştində yerləşdirmiş, sonra yer üzünə gətirərək onu Öz xəlifəsi qərar vermiş, daha sonra mələkləri ona doğru göndərmişdir!» Əbdül-Məlik bu məktubdan heyrətlənərək dedi: «Kaş indi xəvaricdən biri mənim yanımda olaydı və məktubun vasitəsi ilə onunla münaqişəyə qalxaydım!»1

Bir dəfə də xəlifənin məqamını aşağı gətirib onu rə‌sul ilə bir səviyyədə bir qərar vermiş və öz xütbəsində de‌miş‌dir: «Osmanın məsəli Allahın yanında Isa ibni Mər‌yə‌min məsəli kimidir.» Sonra isə bu ayəni qiraət etmişdir:

إِذْ قَالَ اللّهُ يَا عِيسَى   إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ

"Yada sal o zamanı ki, Allah dedi: Ey Isa! Mən səni alacaq və Öz dərgahıma aparacağam, səni kafir olanlardan paklayacağam, sənə tabe olanları Qiyamət gününə qədər kafir olanlardan üstün qərar verəcəyəm.2

«Əqdül-fərid» kitabında deyilir: O, bu ayədəki "və minəl‌lə‌zinə kəfəru" cümləsindən sonra öz əlləri ilə Şam əha‌li‌sinə işa‌rə etdi.3 Yə`ni bunlar o kəslərdilər ki, xəlifəyə itaət edib‌lər və Allah onları kafir olanlardan – yə`ni Iraq əhlin‌dən – üstün qərar vermişdir!

Həmçinin, Vəlid ibni Əbdül-Məlik, Xalid ibni Əbdül‌lah Qəsriyə göstəriş vermişdi ki, Məkkədə bir quyu qazsın, quyunun suyu içməli olub camaat tərəfindən istifadə edil‌diyi zaman Xalid Məkkənin minbərində bir xütbə oxuyaraq demişdir: «Ey camaat! Hansı biri daha əzizdir: Insanın öz ailə‌sindəki xəlifə və canişini, yoxsa onun onlara doğru göndərdiyi rəsul? Allaha and olsun ki, bu xəlifənin məqamının üstünlüyünü dərk etməmisiniz! Agah olun ki, Ibrahim Xəlilur-Rəhman su istəmişdi, Allah-taala da ona şor və acı su vermişdir. Bu xəlifə isə su istəmiş, Allah ona şirin və ürəyə yatımlı su vermişdir. (Onun «şor və acı su» dedikdə məqsədi «Zəmzəm», «içməli və şirin su» dedikdə isə Əbdül-Məlikin göstərişi ilə Tuva və Həcun adlı yerlərdə qazılan quyu idi.)

O, bu suyu Məscidül-Hərama nəql etdirir və «Zəmzəm»in kənarında divarları dəridən olan bir hovuza tökürdü ki, «Zəmzəm»ə olan üstünlüyü mə`lum olsun! Ravi deyir: Bu quyu sonralar quruyub aradan getdi və ondan heç bir əsər-əlamət qalmadı.1

Bəli, xilafətin hakim hey`əti xəlifələrin məqamının müqəd‌dəsliyinə dair islam ümmətinə təqdim etdikləri yozum‌lar – xüsusilə, Əbu Bəkrlə Ömərin məqamı – bu qədər al‌çaq‌‌lıq və şeytançılıq həddinə çatmışdı! Bu cür proqram‌lar Ömərin hökumətinin axırlarına qayıdır, elə bir zaman ki, ümmətin zehnini və fikrini belə istiqamətləndirmişdilər ki, bütün müsəlmanlar və Peyğəmbər səhabələrinin çoxu belə bir müqəddəsliyi qəbul etmiş və Peyğəmbər sünnəsi kimi o iki xəlifənin sirəsindən islam cəmiyyətinə göstəriş və qanun verirdilər! Osmanın xilafəti bu şərt əsasında qərarlaşmışdır ki, o, Peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifənin sirəsinə əməl etsin!1 Yuxarıda qeyd olundu ki, o iki xəlifə şər`i hökmlərdə özlərinin xüsusi nəzərlərinə əməl edir və bu görüşlə, Qur`an və sünnədə aşkar bəyan olunduğuna baxmayaraq, xüsusi şəkildə Peyğəmbər ¡ Əhli-beytinin payını, ümumi şəkildə isə Bəni-Haşimin payını xümsün hallarının ümumi hökmündən kənara çıxartmışdılar! Əbu Bəkr özünün şəxsi rə`yi ilə və şər`i nəs‌sin əksinə olaraq Xalid ibni Vəliddən qisas və hədd hök‌münü güzəştə getdi! Ömər özünün şəxsi rə`yi ilə həcc müt`ə‌sini və qadınlar müt`əsini qadağan etdi, beytül-malın böl‌güsündə sinfi imtiyazlar və ayrı-seçkiliklər icad etdi. Bun‌dan əlavə, çox hallarda özünün şəxsi nəzər və məslə‌hə‌tinə əsasən islam hökmlərini dəyişdirdi. Bundan sonra da üçüncü xəlifə Osman ibni Əffan onların yolunu davam etdirdi. Imam Əli xilafətə çatan zaman islam hökm‌lə‌rin‌də baş verən əyintilərdən gileylənib şikayət etdi və axır‌da da onları Peyğəmbərin dövründə mövcud olan və‌ziy‌yətə qay‌tara bilmədi! Sonra Müaviyənin növbəsi çatdı və o da is‌lam hökmlərindəki həmin əyintiləri davam etdirməyə baş‌la‌dı!

Bu dövrdən sonra Islam hökmlərində müəmmalar əmələ gəldi və müsəlmanlara gizli qaldı. Belə ki, keçmiş xəli‌fə‌lə‌rin dəyişdirdiyi bu hökmlərin bir daha Islam cəmiyyətinə qay‌ta‌rılması mümkün olmadı. O xəlifələr müsəlmanların nə‌zə‌rində müqəddəsliyə malik idi və müsəlmanlar onları çox əzə‌mətlə yad edirdilər! Belə bir irticaçı dövrdə Əh‌li-beyt imamlarının nə etmələri və islam hökmlərini bu cəmiyyətə yenid‌ən necə qaytarmalarına gəldikdə isə, «Əhli-beyt imam‌ları və islam hökmlərinin cəmiyyətə qaytarılması» bölümün‌də ondan söhbət açılacaqdır.



[1] «Münafiqun» surəsi, ayə 4.

[2] Həşr surəsi, ayə 7.

[3] «Kafi», 1-ci cild, səh.62-63; «Vəsailuş-şiə», qədim çap, 1-ci cild, səh.394; «Müs‌təd‌‌rəkül-vəsail», 1-ci cild, səh.393; «Ehticac», Təbərsi, səh.134; «Tühəful-üqul», səh.131-132. Onun xülasəsi «Nəhcül-bəlağə»nin 205-ci xütbəsində; «Vafi», 1-ci cild, səh.63; «Mir`atul-üqul», 1-ci cild, səh.215.

[4] Yəhudi və məsihi dedikdə məqsəd onların Islamdan qabaqkı vəziyyətləridir.

[5] Onun ətraflı izahını «Hədisin sərgüzəşti» adlı kitabda qeyd etmişik.

[6] Onun ətraflı izahı əvvəlki bəhslərdə qeyd olundu.

[7] Seyyid Rəzi bu hədisi «Nəhcül-bəlağə»də (50-ci xütbə) bu qədər qeyd etmişdir.

[8] Ibni Sə`din «Təbəqat» (Beyrut çapı, 3-cü cild, səh.284), Süyutinin «Tarixi xülə‌fa» (səh.137), Ibni Əsirin «Tarixi Kamil» (Avropa çapı, 2-ci cild, səh.439 və Misir ça‌pı, 2-ci cild, səh.217) və «Fəthul-Bari» kitablarında (9-cu cild, səh.236) belə qeyd olu‌nur: «Xəlifə Ömər Məqami-Ibrahimi Kə`bə divarına yapışmış olduğu halda arxa‌ya çəkib onu indiki yerində qərar verdi.» Həmçinin deyilmişdir: «Ömər onu cahiliyyət döv‌ründə qoyulduğu yerə qaytardı.»

[9] Fədək hadisəsinin ətraflı izahı əvvəlki bəhslərdə qeyd olundu.

[10] «Tarixi xüləfa» kitabında (səh.137) nəql olunduğuna əsasən, Xəlifə Ömər Pey‌ğəm‌bər ¡ məscidini genişləndirdi və bə`zi evləri onun içinə qatdı.

[11] Misal üçün, Ömərin (irsdə) ovl və tə`sib hökmlərini, oğrunun əlinin biləkdən və sağ ayağının bükülən yerdən kəsilməsinə dair hökmünü qeyd etmək olar, halbuki, Pey‌ğəm‌bər ¡ belə buyurmuşdur: "(Oğrunun) əli və dabanı kəsilməməlidir.» Həmçinin bir məc‌‌lisdə (yığıncaqda) üç təlaqın qüvvəyə mindirilməsi və s. hökmlərini də qeyd etmək olar. («Vafi»)

[12] Mərhum Əllamə Məclisi «Mir`atul-uqul» kitabında deyir: Ömər cizyəni on‌lar‌dan götürdüyü zaman onlar artıq zimmə əhli deyildilər. Buna görə də onların nəvə‌lə‌ri‌ni əsir tutmaq rəvadır. Belə ki, Imam Riza -dan belə rəvayət olunur: «Bəni Təğ‌lib ərəb məsihiləri idilər və cizyə verməkdən imtina etmişdilər. Ömərdən istə‌di‌‌lər ki, onların cizyəsini güzəştə getsin və əvəzinə iki qat zəkat versinlər. Ömər on‌‌la‌rın Romaya qovuşacaqlarından qorxduğu üçün onlarla müsalehə edərək cizyəni gö‌tür‌‌dü və onun miqdarından iki qat artıq sədəqə qərar verdi. Bu zaman onlar razı ol‌du‌‌lar.» Bəğəvi deyir: Rəvayət olunmuşdur ki, Ömər ibni Xəttab istəyirdi ki, ərəb mə‌si‌hilərindən cizyə alsın, amma onlar dedilər: «Biz ərəbik və əcəmlərin verdiyi şey‌ləri vermərik! Lakin bizdən həmin şeyləri alın ki, sizin bə`zilərinizdən sədəqə ünva‌nı ilə alınır.» Ömər dedi: «Bu, Allahın müsəlmanlara vacib etdiyi bir fərizə‌dir!» De‌di‌lər: «Necə istəyirsənsə, elə də et, təki cizyə ünvanı ilə olmasın, onu artır.» Ömər onlarla razılaşdı və cizyənin miqdarından iki qat artıq sədəqə aldı.

[13] «Vafi» kitabında deyilir: Bu mövzu Ömərin öz xilafəti dövründə icad etdiyi bid`‌ə‌tə işa‌‌rə‌dir: o, elm əhli, valilər, rəis‌lər və or‌du üzvlərinin xeyrinə olaraq əkin‌çilərə, sənətkarlara və tacirlərə xüsusi vergi tə`yin etmiş və onları va‌cib zə‌kat qə‌rar vermişdi. Onlar üçün xüsusi dəftərxanalar təşkil etmiş və hər iki dəstədən olan‌ların adlarını orada qeydə almışdı. Qeyd olunan bu üç sinifdən alınan mali‌yə‌‌lər‌‌‌dən qeyd olunan dörd qrup üçün sabit bir maaş tə`yin etmişdi. Onların da bə`‌zi‌lə‌ri‌ni di‌‌gər‌lərindən üstün tutmuş və onların dəftərxanalarını «sahibi divan» adlı bir şəx‌‌sə tap‌şırmışdı. Onun özü üçün də maliyatdan xüsusi maaş ayırmışdı, hal‌bu‌ki bu işlərin heç biri Peyğəmbər ¡-in və Əbu Bəkrin dövründə olmamış‌dı.

[14] «Mir`atul-üqul» kitabında deyilir: Bu, şiə və sünnülərin Ömərin bid`ət‌lə‌rin‌dən saydığı işlərdən biridir. O demişdi: «Yaxşı olar ki, onda-bir (1÷10) və iyirmi‌də-birin (1÷20) əvəzinə torpaq sahələrinə xüsusi vergi tə`yin edib mülk sahiblərin‌dən alın.» Sonra ətrafa mə`murlar göndərdi ki, ərazilərin sahəsini öyrənib onun əsa‌‌sında ver‌gi tə`yin etsinlər. Bu zaman Iraq və onun ətraf yerlərində olan ölkə‌lər‌dən Iran pad‌şah‌larının aldığı vergiləri almağa başladı, yə`ni hər cəribdən bir dir‌həm və taxıl‌dan bir peymanə; Misir və onun ətraflarından isə Iskəndəriyyə padşah‌la‌rı‌nın aldı‌ğı miqdarı almağa başladı və sair. Bu bid`ətlərin və onunla əlaqədar hadi‌sə‌lərin ətraflı iza‌hı Seyyid Mürtəzanın «Əş-şafi» və s. kitablarda qeyd olunmuşdur.

[15] «Vafi» kitabında deyilir: Yə`ni "varlılarla kasıbları bir-biri ilə evləndir‌səm»; necə ki, Peyğəmbəri Əkrəm ¡ öz bibisi qızını Miqdada ərə verdi. Yaxud Ömə‌rin qoyduğu digər bir bid`ətə işarədir: o, qüreyşdən qeyrisinin Qüreyşlə, əcəmin ərəb‌lə evlənməsini qadağan etmişdi.

[16] Ömərin Əhli-beytə xums verilməsinin qarşısını almasına işarədir.

[17] Çünki onlar bunu halal hesab edirdilər. Bax: «Mən la yəhzuruhul-fəqih», 1-ci cild, bab 10, hədis:96.

[18] Belə ki, Ömər demişdir: "Iki müt`ə Peyğəmbərin dövründə yerinə yetirilirdi və mən onları qadağan edirəm, hər kəs yerinə yetirsə cəzalandıracağam: Müt`ətün-nisa və müt`ətül-həc.» Bu ikisinin şərhi yuxarıda qeyd olundu.

[19] Çünki Peyğəmbər ¡ cənazəyə beş təkbirlə namaz qılırdı. Lakin ikinci xəlifə belə təklif etdi ki, dörd təkbirlə deyilsin və camaatı dörd təkbir deməyə vadar etdi. Belə ki, xüləfa məktəbinin böyüklərindən biri, o cümlədən Süyuti özünün «Tarixi xüləfa» kitabında, Ibni Şöhnə «Rovzətul-mənazir» kitabında bu məsələni aşkar qeyd etmişlər.

[20] Xüləfa məktəbinin ardıcılları onu namazda ahəstə oxuyur, yaxud ümumiyyətlə demirlər. Bəlkə də bu üslubu Müaviyədən əxz etmişlər. «Təfsiri Kəşşaf», Zəməxşəri, «Həmd» surəsinin təfsirində.

[21] «Rovzeyi Kafi», səh.58, 63.

[22] «Biharul-ənvar», 42-ci cild, səh.196.

[23] «Biharul-ənvar», 42-ci cild, səh.195.

1 Qüreyş kafirlərinin Peyğəmbərə verdiyi ləqəbdir.

2 «Əl-müvəffəqiyyat», Zübeyr ibni Bəkkar, səh.575-76

[24] «Tarixi Ibni Kəsir», 10-cu cild, səh 7-8

[25] «Sünəni Əbu Davud», 4-cü cild, səh.210, hədis:4645

[26] «Sünəni Əbu Davud», 4-cü cild, səh.209, hədis:4642 «Murucus-zəhəb», Məs`udi, 3-cü cild, səh.147, «Əqdul-fərid», 5-ci cild, səh.52

1 «Əqdul-fərid», 5-ci cild, səh.51

3 «Əqdul-fərid», 5-ci cild, səh.51, «Sünəni Əbu Davud» 4-cü cild, səh.209

1 Bax: «Əbdüllah ibni Səba», 1-ci cild; «Şura və Osmana bey`ət bölməsi»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Yeni Naliyyət: Ordumuz “Odundağ” yüksəkliyini erməni işğalçılarından geri ...
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
İŞİD-in qorxunc Türkiyə planı
PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI
M. Mursi edama məhkum olduğu halda Misir diktatorunun oğlu azadlığa buraxıldı
QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ
BU BƏHSIN XÜLASƏSI
İŞİD xəvaricləri yaralı dostlarını müalicə etməyən 10 həkimi güllələdilər
HƏZRƏT FATİMEYİ MƏ’SUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ

 
user comment