Azəri
Saturday 21st of December 2024
0
نفر 0

BU BƏHSIN XÜLASƏSI

BU BƏHSIN XÜLASƏSI

Biz bu bölmədə Ömərin təməttö ümrəsi ilə əlaqədar icti‌had‌larını araşdırdıq və gördük ki, ümrənin həcc aylarında ye‌ri‌nə yetirilməsi cahiliyyət əsrində Qüreyşin nəzərindən ha‌ram və ən çirkin günahlardan biri olmuşdur. Onlar deyir‌di‌lər ki, hər vaxt Səfər ayı sona çatsa, onda ümrə ümrəçilər üçün halal olar. Həmçinin, gördük ki, Peyğəmbəri Əkrəm ¡ bu hökmdə onlarla müxalifət etmiş və özünün hər dörd ümrəsini həcc aylarında yerinə yetirmişdir. Amma tə‌mət‌‌tö ümrəsinə gəldikdə isə, Allahın Kitabında aşkar şə‌kil‌də belə buyurulur: "Fə mən təməttəə bil-ümrəti iləl-həcc... Hər kəs ümrənin sona çatdırılması ilə həcci başlasın."

Peyğəmbəri Əkrəm «Həccətül-vida»da onu sünnə olaraq qə‌rar vermişdi. Çünki o həzrət hicrətdən sonra doqquz il hə‌c‌cə getmədi, nəhayət onuncu ilin Zil-qə`də ayında bütün Ərəbi‌stan yarımadası və Yəmənin bir hissəsi Islamı qəbul edərək həccə getdilər və həcc nidasını verdilər. Peyğəmbər ¡-in mənasikinə (həcc əməllərinə) tabe olmaq və ona iqti‌da etmək niyyətində olanların bir çoxu o həzrətlə bir‌lik‌də Məkkəyə yola düşdülər. O həzrət Mədinədən hərəkət edən‌də qadınları, Əhli-beyti, bütün mühacirlər, ənsar və habe‌lə ərəb qəbilələrindən, eləcə də uzaq yerlərdə yaşa‌yan‌lar‌dan çoxu onunla yanaşı idi.[1] Elə böyük bir cəmiyyət yaran‌mış‌dı ki, Allahdan başqa bir kəs onların sayını bil‌mir‌di.[2] Yol əsnasında da çoxları onlara qoşuldu. Belə ki, o həz‌rətin arxasında, önündə, sağında və solunda göz işlə‌dikcə adam var idi.[3]

Cabir deyir: Peyğəmbəri Əkrəm ¡ bizim aramızda olan zaman Qur`an ona nazil olur və o, həmin ayələrin mə`na‌sı‌nı və tə`vilini bilirdi. Buna görə də hər nə yerinə yeti‌rir‌disə, biz də ona tabe olaraq yerinə yetirirdik.[4]

Peyğəmbəri Əkrəm ¡ Vadil-əqiqəyə çatan zaman Ömər ib‌ni Xəttaba buyurdu: «Pərvərdigarım tərəfindən bir elçi mə‌nim yanıma gəldi (bir rəvayətdə isə «Cəbrail mənim yanı‌ma gəldi» deyilir) və dedi: De: Bir ümrə bir həcdədir və üm‌rə Qiyamət gününə qədər həccə daxil olur.» Əsfa məntə‌qəsin‌də olduğu zaman Süraqə o həzrətə dedi: «Hökmləri bizim üçün elə bəyan et ki, sanki elə bu gün dünyaya gəlmişik.» Peyğəm‌bər ¡ buyurdu: «Mütəal Allah sizin bu həccinizdə hə‌min həccə bir ümrəni əlavə etdi. Deməli, hər vaxt varid ols‌a‌nız, hər kəs Beytin təvafını yerinə yetirib, Səfa və Mər‌və arasında sə`y işini görsə, ehramdan xaric olur, yalnız qurbanlığı özü ilə gətirənlər istisnadır.»

O Həzrət Sərif məntəqəsində də bu hökmü bütün səh‌a‌bə‌lə‌rə çatdıraraq buyurdu: «Hər kəs qurbanlığı özü ilə gətir‌mə‌yib‌sə və onu ümrə qərar vermək istəyirsə, belə etsin.» Ayişə de‌yir: Onu yerinə yetirənlərlə tərk edənlərin hamısı Peyğəm‌bərin səhabələri idilər. O həzrət Məkkənin Bətha diyarında da bu təbliğ işini yenidən təkrarlayaraq buyurdu: «Hər kəs onu ümrə qərar vermək istəsə, qərar versin.»

Müəllif: Qeyd olunanlardan aydın olur ki, Peyğəmbəri Ək‌rəm ¡ təməttö ümrəsi hökmünü təbliğ etməyi tədriclə ye‌ri‌nə yetirmişdi. Çünki Vadil-ətiqdə yalnız Öməri vəhyin na‌zil olmasından və həcc ilə ümrənin bir yerdə yerinə yeti‌ril‌məsinə dair fərmandan agah etmişdi. Əsfanda isə Süra‌qə‌yə buyururdu ki, Allah-taala yerinə yetirməkdə olduğunuz bu həc‌‌də bir ümrə daxil etmişdir. Hər kəs Beytin təvafını yeri‌nə yetirib Səfa ilə Mərvə arasında sə`y edibsə, ehramdan xaric olur; yalnız qurbanlığı özləri ilə gətirənlər istisna olunur. Sərifdə də bu hökmü bütün səhabələrinə çatdırdı, halbuki, onu yerinə yetirənlərlə tərk edənlərin hamısı onun səhabələrindən idi. Zahirən, o həzrətin səhabələrindən bu işi tərk edənlər Qüreyş mühacirləri idilər; o kəslər ki, ca‌hi‌liyyət dövründə onu ən böyük və ən çirkin günahlardan biri hesab edirdilər. Məhz buna görə də Peyğəmbəri Əkrəm ¡ təməttö ümrəsinin hökmünün təbliğ edilməsini tədrici olaraq yerinə yetirirdi.

Nəhayət Peyğəmbəri Əkrəm ¡ Səfa ilə Mərvə ara‌sın‌da, sə`yin axırıncı mərhələsində[5] və son hökmün çatdı‌rıl‌masının vaxtında öz səhabələrinə dedi: «Əgər mən də baş‌ladığım yerə qayıtsaydım, özümlə qurbanlıq gətirməzdim; la‌kin mən öz başımı bağlamış və qurbanlığı özümlə gətir‌mi‌şəm. Indi qurbanlığı öz yerinə çatdırana qədər mənə heç bir haram halal olmur.» Süraqə ayağa qalxıb dedi: «Hökmləri bi‌zim üçün elə bəyan et ki, sanki yenicə dünyaya gəlmişik. Bi‌zim bu ümrəmiz bu ilimizə məxsusdur, yoxsa həmişə‌lik‌dir?» Peyğəmbər yenidən buyurdu: «Xeyr! Həmişəlikdir.» Sonra barmaqlarını bir-birinə keçirib, iki dəfə buyurdu: «Bu ümrə Qiyamət gününə qədər (beləcə) həccə daxildir.»

Söz buraya çatanda sanki Qiyamət qopdu və ümrəni həcc ayla‌rında haram hesab edən səhabələr bu hökmü çox xoşa‌gəl‌məz sayırlar, onun ağırlığından ürəkləri sıxıldı və qüvvə‌lə‌rini əldən verərək dedilər: «Ya Rəsuləllah! Hansı halal?» Buyurdu: «Bütün halallar; bu bir ümrədir ki, onunla təməttö edir‌siniz, hər kəs qurbanlığı özü ilə gətirməyibsə, ehramdan ta‌ma‌milə çıxır və ümrə Qiyamət gününə qədər həccə daxil olur.» Sonra buyurdu: «Tərviyə gününə qədər ehramsız iqamət edin, o gün gəlib çatan zaman həcc niyyəti edin, əvvəllər yeri‌nə yetirdiyinizi müt`ə hesab edin.» Dedilər: «Onu necə müt`ə hesab edə bilərik, halbuki, həcc adlandırmışdıq?!» Həzrət buyurdu: «Sizə nəyi əncam verməyə əmr edirəmsə, onu da yerinə yetirin, mən də əgər qurbanlığı özümlə gətirməsəydim, sizə əmr etdiklərimi edərdim.» Sonra buyurdu: «Ehramdan çıxın, qadınlarınızla yaxınlıq edin.»[6]

Bu zaman e`tiraz səsləri ucaldı və Peyğəmbərə xəbər ver‌di‌lər ki, belə deyirlər: «Indi ki, Ərəfəyə qədər beş gündən ar‌tıq qalmayıb. Bizə fərman verirsən ki, öz qadınlarımızla ya‌xın‌lıq edək, öz alətlərimizdən məni damcılayan halda Ərə‌fəyə gedək?!»

Bəli, Peyğəmbərə belə cavab verildikdə, qəzəbləndi, Ayi‌şə‌nin yanına getdi və qəzəbin əsər-əlaməti o həzrətin üzündə mü‌şa‌hidə olunan zaman Ayişə dedi: «Kim səni qəzəb‌lən‌dir‌miş‌dir, Allah ona qəzəb etsin?!» Başqa bir rəvayətdə isə belə dedi: «Allah onu cəhənnəmə atsın?!» Həzrət buyurdu: «Nə üçün qəzəblənməyim, halbuki, fərman verirəm, lakin itaət etmir‌lər!»

Sonra xitab edərək dedi: «Mənə xəbər çatmışdır ki, bir qrup filan-filan sözləri deyirlər. Allaha and olsun ki, mən onlardan daha yaxşı əməl sahibi və Allahdan daha çox qor‌xanam!» Başqa bir rəvayətə görə isə belə buyurdu: «Siz yax‌şı bilirsiniz ki, mən sizin aranızda Allahdan ən çox qor‌xan, ən düz və ən yaxşı danışanam. Əgər qurbanlığı özüm‌lə gətirməsəydim, ehramdan çıxardım.» Dedilər: «Ya Rəsuləllah! Bizim bə`zilərimiz alətindən məni damlayan halda Minayamı getsin?!» Həzrət buyurdu: «Ehramdan çıxın, ətirdən istifadə edin, qadınlarınızla yaxınlıq edin və halal işlər görün.» Tərviyə günü gəlib çatan zaman həcc niyyəti etdilər.

Beləliklə, Allaha və Onun Peyğəmbərinə çox çətinliklə ita‌tət edərək, ümrəni həcc aylarında yerinə yetirirdilər. Yal‌nız Ümmül-mö`minin Ayişə istisna olunurdu ki, öz aylıq adətində ondan məhrum oldu və Peyğəmbər ona fərman verdi ki, həcci yerinə yetirsin, pak olduqdan sonra da həcci sona çat‌dırsın. Onun qardaşı Əbdür-Rəhmana buyurdu ki, ümrəni yeri‌nə yetirmək üçün Tən`imə qədər onunla yoldaş olsun ki, həc‌ci yerinə yetirdiyi zaman tək qayıtmasın. Sonralar, Peyğəm‌bər vəfat etdikdən sonra Əbu Bəkr həcci ümrədən ayırdı və Ömər xilafətə çatdığı zaman bu işi davam etdirdi. Ərəfə günü bir kişi başı daranmış, səliqəli halda onun yanına gəl‌‌dikdə, Ömər bunun səbəbini soruşdu, o dedi: «Təməttö üm‌rə‌sini yerinə yetirmişəm, yalnız bu gün ehram bağlamışam.» Ömər dedi: «Bu halda təməttö etmə! Və (dedi:) əgər mən onlara müt`‌əni yerinə yetirmək icazəsi versəm, bu Ərak kollarının al‌tında öz qadınları ilə yaxınlıq edib sonra həccə gedərlər!»

Həmçinin dedi: «Öz həcc və ümrənizi bir-birindən ayı‌rın, həcci həcc aylarında, ümrəni isə bundan başqa aylarda yeri‌nə yetirin ki, sizin həcciniz və ümrəniz daha kamil ol‌sun.» Əbu Musa Əş`əri ondan soruşaraq «həcdə icad etdiyin bu yeniliyi haradan gətirmisən?» - deyə soruşduqda, Ömər de‌di: «Əgər Allahın Kitabını götürsəm, Allah buyurmuşdur: "Fə ətimmul-həccə vəl-ümrətə lillah-Həcc və ümrəni Allah üçün ta‌mam‌layın." Əgər Peyğəmbərimizin sünnəsini götürsəm, o həzrət qur‌banlıq etməmiş ehramdan çıxmırdı.»

Ömər bu və bu kimi sair rəvayətlərdə xatırladır ki, həcc və ümrənin tamam olması bir-birindən ayrı şəkildə yerinə ye‌ti‌rilməsi ilədir. O, ümrəni həcc aylarından başqa vaxt‌lar‌da qərar verərək dedi: Peyğəmbər qurbanlıq etmədiyi vaxta qə‌dər ehramdan çıxmırdı. Əbu Musa Əş`əri və başqalarının Ömə‌rə «Peyğəmbər dəfələrlə və aşkar şəkildə buyurmuşdur ki, qurbanlığı özü ilə gətirdiyinə görə ehramdan çıxmır və qur‌banlıq etməyincə ehramdan çıxa bilməzdi» - deməyə cür`ət‌ləri yox idi, halbuki, təməttö ümrəsi Allahın Kitabında gəl‌mişdir. Belə ki, imam Əli ona e`tiraz edib buyur‌muş‌du: "Hər kəs təməttö ümrəsi yerinə yetir‌miş‌sə, Allahın Kitabı və Peyğəmbərin sünnəsinə əməl etmişdir." Bəlkə də bu e`tirazlardan son‌ra Ömər özünü çətinliyə düşmüş gördü, e`tirazçılarla qar‌şılaşan zaman özünün həqiqi və batini simasını göstərərək de‌di: «Iki müt`ə Peyğəmbərin dövründə yerinə yetirilirdi, in‌di mən onları qadağan edirəm. Hər kəs yerinə yetirsə, onu cəza‌lan‌dıracağam...»

Həmçinin deyir: «Allaha and olsun, mən sizə qadağan etdiyim halda Allahın Kitabında var və özüm də Peyğəmbərlə birlikdə yerinə yetirmişəm.

Bəlkə də xəlifə bu sözləri aşkar şəkildə bəyan edirdi ki, sair səhabələri imam Əli -a və Peyğəmbər ¡-in rəvayətlərinə tabe olmaqdan saxlasın və bununla da özünün məqamının zəifləməsinə səbəb olmasın. Bizim nəzərimizcə, o başqa bir sözündə bunu nəhy etməsinin səbəbini aşkar edərək deyir: «Istəmirdim ki, Ərak kollarının dibində öz qadın‌la‌rı‌nızla yaxınlıq edib, sonra qusl damcıları damlayan halda həc‌cə gedəsiniz.» Həmçinin, deyir: «Həqiqətən, bu evin əhli‌nin (Məkkə əhlinin) nə bir südverən heyvanları var, nə bos‌tanları; oranın baharı yalnız oraya gələnlərin əli ilə‌dir.»

Qüreyş xəlifəsi öz xilafəti dövründə də, Peyğəmbərlə «Həc‌cətül-vida»da qarşılaşan zaman dediyi sözləri təkarar edir‌di və təməttö ümrəsini yerinə yetirməkdən imtina etmiş‌di!

Bu hadisə ilə əlaqədar haqq söz bundan ibarətdir: Xəlifə təməttö ümrəsini qadağan etməkdə ictihad etmiş, Məkkə sakinləri olan Qüreyşli qohum-əqrəbasına xeyirxahlıq etmək istəmiş və buna görə də həcc ilə ümrənin ayrı-ayrılıqda – ümrənin həcc aylarından başqa aylarda yerinə yetirilməsini vacib etmişdir, hətta onun ictihadı Allahın Kitabı və Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə. Sonralar onunla müasir olan müsəlmanlar onun sünnəsinə tabe oldular və təkcə həcci yerinə yetirdilər. Qüreyşdən olan xəlifə Os‌man da onun yolunu davam etdirdi və öz dövründə dedi: «Həcc və ümrənin kamil yerinə yetirilməsi bundadır ki, həcc və üm‌rə birlikdə, həcc aylarında yerinə yetirilməsin. Əgər bu üm‌rəni tə`xirə salsanız və yenidən Allahın evinin ziya‌rə‌tinə get‌səniz, daha fəzilətli olacaqdır.» Imam Əli da onun‌la müxalifətə qalxaraq deyirdi: «Sən Peyğəmbər sün‌nə‌sini məhv etmək qərarına gəlmisən və onu qadağan edir‌sən?! Elə bir sünnə ki, hacət sahibləri və öz evlərindən uzaq olan in‌san‌lar üçün qoyulmuşdur?!» Sonra bir həcc və bir üm‌rə‌nin «təl‌biyəsini» birlikdə dedi və Osman da bu barədə öz nəh‌yini in‌kar edərək dedi: «Bu yalnız bir nəzər idi ki, ona işa‌rə et‌dim.»

Digər bir mərhələdə imam Əli ona dedi: «Sən tə‌mət‌‌tö (ümrəsini) qadağan edirsən?» Dedi: «Bəli!» Buyurdu: «Eşit‌‌‌məmisən ki, Peyğəmbər təməttö ümrəsini yerinə yetirir‌di?» Dedi: «Əlbəttə!» Bu zaman Imam Əli öz ətrafında olan‌larla birlikdə ümrə ləbbeykini deməyə başladı.

Digər bir mərhələdə isə ona buyurmuşdu: «Peyğəmbərin əməlini məhv etmək qərarına gəlib onunla nə istəyirsən?» Osman dedi: «Bizi boşla!» Həzrət buyurdu: «Səni boşlaya bilmərəm!» Imam Əli sonra həcc və ümrənin ləbbeykini birlikdə deməyə başladı.

Sonrakı mərhələdə Imam Osmanın müt`əni və həcc ilə üm‌rənin bir yerdə yerinə yetirilməsini qadağan etdiyini gör‌dükdə, hər ikisini – ümrə və həcc ləbbeykini birlikdə dedi. Os‌man dedi: «Mən bu ikisini qadağan etdiyim halda, sən onu yeri‌nə yetirirsən?» Imam Əli buyurdu: «Mən o kəs deyi‌ləm ki, Peyğəmbər sünnəsini camaatdan bir kəsin sözlərinə gö‌rə boşlamış olam.»

Vəziyyəti belə görən xəlifə, Əli -ın məqamında olma‌yan başqa şəxslərə çox ciddi yanaşdı və fərman verdi ki, hər kəs həcc aylarında ümrə ləbbeyki desə, ona şallaq vurul‌malı və başı qırxılmalıdır!

Müaviyənin dövründə Sə`d Vəqqas Müaviyəyə dedi: «Təməttö ümrəsi gözəldir!» Müaviyə dedi: «Ömər onu qadağan etmişdir!»

Onun fədailərinin başçısı dedi: Bunu (təməttö ümrəsini) Allahın hökmünə cahil olanlardan başqası yerinə yetirməz.» Bununla da Ömərin qadağan etməsini dəlil gətirdi.

Müaviyə Həmçinin, Peyğəmbərin dilindən bə`zi rəvayətlər düzəltdi ki, guya o həzrət ümrə ilə həcci bir yerdə yerinə yetirməyi qadağan etmişdir. Sonra da onu səhabələrə oxudu və onlar inkar etdilər, amma o öz işinə israr etdi.

Həmçinin aydın olur ki, Müaviyənin dövründə bu işlə əla‌qədar təhdidlər şiddətlənməyə başladı. Imran ibni Hə‌sin öldüyü vaxta qədər bunu gizlətdi, yalnız ölümü ilə nəti‌cə‌lənən xəstəlik yatağında, özü də e`timad etdiyi bir şəxslə «sağ olduğu vaxta qədər bunu gizlətsin» - deyə əhd-peyman bağ‌la‌dı və ona dedi ki, Peyğəmbəri Əkrəm ¡ həcc ilə ümrə‌ni birlikdə yerinə yetirirdi. Sonra onu nə qadağan etdi, nə də qüvvədən salacaq bir ayə nazil oldu. Nəhayət vəfat etdi və bir kəs (Ömər) öz nəzərinə çatanları aşkar etdi!

Yuxarıda qeyd olunanların məcmusundan aydın olur ki, Mü‌‌a‌viyənin dövranı iki cəhətdən əvvəlki dövrlərlə fərq‌lənir‌di.

Birincisi budur ki, onlar Ömərin sünnəsini aşkar şəkildə özlərinin dini qəbul edərək onu e`lan edirdilər. Be‌lə ki, Müaviyənin fədailərinin başçısı olan Zəhhak deyirdi: «Bu‌nu (təməttö ümrəsini) Allahın hökmünə cahil olan şəxs‌dən başqası yerinə yetirməz.» Müaviyə Peyğəmbəri Əkrəm ¡-in işlərinə istinad edən Sə`d Vəqqasın müqabilində Ömə‌rin qadağan etməsini dəlil gətirirdi.

Ikincisi, Peyğəmbərin dilindən Ömərin sünnəsinin dəstəklənməsi ilə əlaqədar hədis quraşdırmağa başladılar, Müaviyənin dövründən sonrakı xüləfa məktəbi ardıcılları da bu iki cəhəti davam etdirdilər. Belə ki, Zübeyrin iki oğlu Əbdüllah və Ürvə Məkkədə təməttö ümrəsini qadağan etdilər, Əhli-beyt məktəbinin ardıcılı olan Ibni Abbas isə ona fərman verdi. Onlar da Əbu Bəkr və Ömərin qadağan etməsinə istinad etdilər. Sonra Ibni Abbasa dedilər: «Nə vaxta qədər camaatı yoldan azdıracaq və həcc aylarında ümrə yerinə yetirmələrini əmr edəcəksən, halbuki, Əbu Bəkr və Ömər onu yerinə yetirməyi qadağan etmişdilər?!» Ibni Abbas dedi: «Görürəm ki, tezliklə həlak olacaqsan! Mən deyirəm «Peyğəm‌bər buyurdu», onlar isə deyirlər ki, Əbu Bəkr və Ömər qada‌ğan etdi!» Bu iki tərəf arasında düşmənçilik, münaqişə və nala‌yiq sözlər danışılması şiddətləndikdə, Ürvə bir hədis düzəl‌dərək Peyğəmbərə və səhabələrə nisbət verib dedi: «Onlar həmişə «Həccətül-vida»da və başqa yerlərdə təkcə həcci yerinə yetirirdilər. Sonra anası və xalasının sözünü dəlil olaraq gətirdi, halbuki o ikisi deyirdi: «Biz «Həc‌cətül-vida»da ümrə yerinə yetirdik!»

Xüləfa məktəbinin ardıcılları Müaviyənin dövründən son‌ra da müəyyən hədislər düzəldərək Peyğəmbərə və Əli ibni Əbi Talibə nisbət vermiş və demişlər ki, guya o ikisi tək‌cə həcci yerinə yetirmiş və onu bu qaydada yerinə yetirməyə da‌ir fərman vermişdilər. Həmçinin, Əbuzərə də bə`zi sözləri nis‌bət verərək demişlər ki, o belə demişdir: «Təməttö ümrə‌si yalnız biz Peyğəmbərin səhabələrinə məxsus idi.» Bundan əla‌və saxtakarlıq işində insanı təəccübə gətirən möhkəm‌lik‌lə hədislər quraşdıraraq, misal üçün, Rəbəzədə Əbuzərin di‌lindən, imam Əli -ın dilindən – oğlu Məhəmməd Hə‌nə‌fiyyəyə nəsihət edərkən – və Peyğəmbər səhabələrindən bi‌ri‌‌nin dilindən nəql edirlər ki, Peyğəmbər öz vəfatı ilə nə‌ti‌c‌ələnən xəstəlik yatağında onu (təməttö ümrəsini) qadağan etmiş‌dir!

Lakin bütün bu sə`ylərlə belə, camaatın təməttö ümrəsinə olan meyillərinin kökünü kəsə bilmədilər. Belə ki, onu Ibni Abba‌sın qulağına çatdırdılar. Əlbəttə, bunun səbəbi onla‌rın Ömərin sünnəsinə tabe olmamaları deyil, bu xüsusi halda ona itaət edə bilməməkləri idi. Çünki Məkkədən uzaqda yaşa‌yan müsəlmanların ildə iki dəfə səfərə gəlməsi mümkün de‌yil‌di: Biri həcc aylarından başqa vaxtlarda ümrə üçün, digə‌ri isə həcc aylarında həcc üçün. Belə ki, o xorasanlı şəxs Mək‌kədə Həsən Bəsridən sual soruşub dedi: «Mən uzaq yerdən və çox çətinliklə gəlmişəm.» Digəri isə Mücahiddən soruş‌du və dedi: «Bu mənim birinci həccimdir, ürəyimə yatmır. Han‌sı birini daha kamil bilirsən?» Öz ehramımı (həccin vax‌tı çatıncaya qədər) tə`xirə salım, yoxsa onu ümrə qərar ve‌rim?[7]

Bəli, onlar kimilər Hicazda məskunlaşmamışdılar ki, Ömər, Osman və onların ardıcıllarının əmr etdiyi kimi ildə iki dəfə Məkkəyə gələ bilsinlər! O ki, qaldı ömrü boyu yalnız bir dəfə həccə getmək imkanı olan şəxslərə! Onlar Ömərin sünnəsinə necə əməl edə bilərdilər? Qədimdən de‌miş‌lər: «Əgər sənə tabe olmamalarını istəyirsənsə, din‌ləyi‌ci‌nin qüdrətində olmayan bir şeyi tələb et.» Buna görə də müsəl‌manlar çarəsiz qalıb Ömərin sünnəsini – yə`ni həcc ilə ümrənin bir-birindən ayrı şəkildə yerinə yetirilməsini – öz qüdrətləri dairəsindən xaric olduğuna görə boşladılar. Əl‌bət‌tə, onlardan bə`ziləri bacardığı qədər ona əməl və həcc ilə ümrə arasındakı ehramlarına israr etdilər. Bir qrup da – imam Əhmədin ardıcılları kimi – ümrə sünnəsini bir dəfə‌lik tərk etdilər. Bununla eyni zamanda xüləfa məktə‌bi‌nin ardıcılları olan müsəlmanlar uzun əsrlər boyu xəlifə‌lə‌rin əməllərini yozmaqdan usanmamış və bacardıqları qədər Pey‌ğəm‌bərdən, Əhli-beytdən və Həzrətin səhabələrindən xəli‌fə‌lərin nəzərlərini təsdiq‌lə‌yə‌cək rəvayətlər düzəldib qoş‌mağa davam etmişlər. Onların əməl‌lərini təsdiqləmək üçün de‌mişlər: «Xəlifələr bu işi ca‌ma‌atı təşviq etmək üçün görür, başlarını qırx‌dırır‌dı‌lar. Çünki təklikdə yerinə yetirilən həcc fəzilətlidir.» Bu yol‌da o qədər irəlilədilər ki, xəlifələrin tədbirlərini ic‌ti‌had adlandırdılar və bu məsələni onların ictihadi məsə‌lələri sırasında qəbul edərək dedilər: «Xəlifə bu məsələdə ictihad etmişdir!»

Aydındır ki, Allah bu hökmü buyurmuş, Peyğəmbər onu camaata çatdırmış və xəlifə Ömər də (o həzrətin müqa‌bi‌lində) ictihad etmişdi, ardıcılları da onun ictihadının hasilini «Islam şəriət hökmü» kimi qələmə vermişlər.



[1] «Əmtaul-əsma», Məqrizi, səh.510-511.

[2] «Sirətu ibni Seyyidin-nas», 2-ci cild, səh.273.

[3] «Zadul-məad», 2-ci cild, səh.213; Ibni Kəsir öz «Tarix»ində (5-ci cild, səh.109-110-da) deyir: «Həccətül-vida ona görə Həccətül-bəlağ adlandırılmışdır ki, o Həzrət bu həcdə Allahın şəriətini sözdə və əməldə camaata təbliğ edirdi. Həccətül-islam da ona görə adlandırılmışdır ki, Peyğəmbəri Əkrəm Mədinədə bundan başqa bir həcc yerinə yetirməmişdi.

[4] Yenə orada, səh.196.

[5] Yenə orada, səh.239.

[6] Yenə orada, səh.252.

[7] «Əl-mühəlla», 7-ci cild, səh.103.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Yeni Naliyyət: Ordumuz “Odundağ” yüksəkliyini erməni işğalçılarından geri ...
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
İŞİD-in qorxunc Türkiyə planı
PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI
M. Mursi edama məhkum olduğu halda Misir diktatorunun oğlu azadlığa buraxıldı
QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ
BU BƏHSIN XÜLASƏSI
İŞİD xəvaricləri yaralı dostlarını müalicə etməyən 10 həkimi güllələdilər
HƏZRƏT FATİMEYİ MƏ’SUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ

 
user comment