Əhli Beyt (əleyhimus səlam) ABNA- Xəbər Agentliyi-nin verdiyi xəbərə əsasən, İngiltərədə təhlükəsizlik qüvvələri, polis və yanğın söndürənlər əsassız olaraq İran İslam Respublikasına turizim turlarını təşkil edən firmanın maşınına yoxlanış keçirtmiş və London Elm Muzeyini təxliyə etmişlər.
İngiltərə dövlət televiziyası bu haqda məlumat verərək bildirib ki, üzərində Böyük İran yazılmış maşının London Elm Muzeyi qarşısında park etməsi London polisinin, yanğın söndürənin və təhlükəsizlik qüvvələrinin vahiməyə düşmələrinə səbəb olub. Buna görə də, qeyd olunan qüvvələr muzeyin ətrafındakı xiyabanları bağlayaraq muzeyi təxliyə etmiş, maşın ətrafına xüsusi təyinatlı dəstələri toplamış, maşının şüşəsini sındıraraq bir saat yoxlanış aparmışlar.
Maşının sahibi 41 yaşlı rumuniyalı Kristin İvan bu haqda belə bildirib: 2010-cu ildə İran İslam Respublikasına səfər etdikdə bu ölkəyə vuruldum. Bundan sonra öz şəxsi maşınımla və məvacibimlə bütün avropa ölkələrini gəzərək İran İslam Respublikasına turizim səfərlərinin təşkilini təbliğ edirəm.
Kristin İvan bildirib: Mən ailəm ilə birlikdə London Elm Muzeyinə baxış keçirirdik ki, muzeyin polis qüvvələri tərəfindən təxliyə edildiyinin şahidi olduq. Bizi təcübləndirən isə, bu evakuliasiyaya səbəbin məhz bizim maşının üzərindəki sadə yazının olması oldu.
O, daha sonra B B C kanalına verdiyi müsahibəsində deyib: “Qəribədir görəsən maşının üzərinə yazılmış “Sülh Mesajı” nə üçün təhlükəsizlik qüvvələrinin vahiməsinə səbəb olub!?”
Kristin İvan həmçinin qeyd edib ki, o polis qüvvələrinin yaxud da ki, təhlükəsizlik əməkdaşlarının kağız qırıntısına hadisənin baş vermə səbəbini yazaraq onlara izah vermələrini gözləyirimiş lakin əfsuslar olsun ki, London polisi bu haqda məlumat verməkdən çəkinib.
source : tebyan