Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Cavad Cavadov ötən gün müvəkkili Abgül Süleymanov ilə görüşdüyünü deyib.
O, 10 İyun 2016 tarixdə 11 saylı CÇM-də həbsdə olan müvəkkili, ilahiyyatçı Abgül Süleymanov ilə görüşdüyünü deyərək bildirib: " Abgül Süleymanovla görüşdüm. Hamıya salamı var və Mübarək Ramazan ayı münasibətilə hamını təbrik edir. Gününü kitab oxumaqla keçirir".
Cavad Cavadov müvəkkili ilə Avropa İnsan Haqları Məhkəməsindəki işi də müzakirə etdiyini bildirib.
"Bildiyiniz kimi Abgül Süleymanovum iki işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib və qəbul etmə barədə məktublar qəbul olunub və bununla bağlı Avropa Məhkəməsinə müəyyən əlavələr olacaq, Hacı Abgüllə bu məsələləri müzakirə etmişik.", -deyə vəkil əlavə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24