Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Moskvanın mərkəzi Məscidində Kərbəla şəhidləri anılıb.
Məlumata görə, Allah evinə toplaşan müsəlmanlar əvvəlcə "Qurani-Kərim"i dinləyiblər.
Daha sonra tanınmış İlahiyyatçılar o günün ağrı-acılarından danışıblar.
"Əhli-beyt" cəmiyyətinin sədri Nizami Baloğlanov, İlahiyyatçı Mahir Həziyev ve digərləri İmam Hüseynin (ə) İslam tarixində tutduğu mövqedən, İslama verdiyi töhfələrdən danışıblar.
Möminlərə Kərbəla müsibəti barədə məlumat verən natiqlər o günün əzabları və ağrı-acılarına hər kəsin gözyaşı tökdüyünü bildiriblər.
İlahiyyatçı Mahir Həziyev İmam Hüseyn (ə) faciəsini "İslam tarixinin ən böyük cinayəti" adlandırıb, İmamın (ə) qanı, canı ilə dinimizi, peyğəmbərlərin hədəfini xilas etdiyini bildirib.
İlahiyyatçı, tarixi faciələrin, o cümlədən Qarabağı faciəsinin, millətinin namusu üçün balasından keçən ananın unudulmadığını diqqətə çatdırıb.
Sonda Məscidə gəlmiş rövzəxanların iştirakı ilə mərsiyyələr deyilib, Məscidə toplaşanlar imam Hüseyn (ə) ehsanına dəvət olunublar.
Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır
source : abna24