Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Seyyid Həsən Nəsrullah: Ayətllah Bəhcət Hizbullahın mənəvi atası idi!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullahının Baş Katibi Seyyid Həsən Nəsrullah mərhum Ayətullah Bəhcət haqqında bildirib: “Mənim Onunla tanışlığım 1985-ci illdən başladı. O zaman biz qruppa ilə İİR-a səfər edirdik. Mənim də təxminən 25-26 yaşım var idi. Biz İİR-da Livanın durumu və M
Seyyid Həsən Nəsrullah: Ayətllah Bəhcət Hizbullahın mənəvi atası idi!

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullahının Baş Katibi Seyyid Həsən Nəsrullah mərhum Ayətullah Bəhcət haqqında bildirib: “Mənim Onunla tanışlığım 1985-ci illdən başladı. O zaman biz qruppa ilə İİR-a səfər edirdik. Mənim də təxminən 25-26 yaşım var idi. Biz İİR-da Livanın durumu və Müqavimət haqda bəhslər aparırdıq...”

Seyyid Həsən Nəsrullah Al-Manar kanalına verdiyi açıqlamasında bildirib: “Hizbullahın bəzi məsul şəxsləri ilə İİR-a səfər edərkən onlardan Qum şəhərinə getməyimi istədim. O, zaman mənim Qum şəhəri barəsində az anlayışımız var idi. Onlar dedilər ki, Qum getdin mütləq Ayətullah Bəhcət ilə görüş. Mənim Ayətullah Bəhcət ilə ilk görüşüm bir qrup Hizbullahın məsul şəxsləri o cümlədən Hizbullahın sabiq Baş Katibi mərhum Seyyid Əbbas Musəvi ilə birgə baş tutdu... Görüş zamanı bizimlə olanlardan biri Ayətullah Bəhcətdən Əxlaqi göstərişlər istədi. O, isə, bizə belə buyurdu: “Nəyi bilirsinizsə ona da, əməl edin. Günahdan uzaq durun. Namazı ilkin vaxtında qılın. Salavat zikrini çox deyin və çox- çox istiğfar edin.”...”

Livan Hizbullahının Baş Katibi Ayətullah Bəhcəti Hizbullahın mənəvi atası adlandıraraq bildirib: “İmam Xomeyni həzrətləri fani dünya ilə vidalaşdıqdan sonra bizim üçün ən əhəmiyyətli məsələlərdən biri Ali Məqamlı Rəhbərimiz, Vəliyyi Əmr Müslimin həzrət Ayətullah Xameneinin hər zaman Qum şəhərinə müşərrəf olduğu zaman böyük həvəslə Ayətullah Behətin görüşünə gedib, onunla məsləhətləşməsi idi. Biz də Rəhbərin sadiq əskərləri olduğumuz üçün öz işimizi bildik...”

 

 

 


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment