Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Banqladeşin qərb nahiyyəsində yerləşən Rac şahi şəhər Universitetində ingilis dili müəllimi işləyən 58 yaşlı professor Rza Kərim Siddiq sui-qəsd nəticəsində həyatını itirib.
Professor universitetdən evinə gedərkən mənzili yaxınlığında boyun nahiyyəsindən bir neçə dəfə bıçaqla zərbələr alaraq həyatını itirib.
Hücumda məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Terror təşkilatı bu haqda bəyanatda bildirib ki, professor Rac şahi şəhərində ateistliyi təbliğ edirmiş.
Rza Kərim Siddiqin yaxın dostlarından brinin verdiyi açıqlamada isə, Rza Kərim Siddiq şair, romançı və ədəbi jurnalın naşiri idi. O, heç zaman açıqda yaxud da gizlidə dinin əleyhinə hər hansı açıqlama verməmişdir.