Azəri
Wednesday 8th of January 2025
0
نفر 0

Ayətullah Məkarim Şirazi Qərbin pozğunçuluq siyasəti qarşısında durmağı vacib bildi

verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanların Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi Əzəm Məscidində məruzə etdiyi Fiqh dərsində qarşıdan gələn mübarək Ramazan ayına toxunaraq deyib
Ayətullah Məkarim Şirazi Qərbin pozğunçuluq siyasəti qarşısında durmağı vacib bildi

verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanların Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi Əzəm Məscidində məruzə etdiyi Fiqh dərsində qarşıdan gələn mübarək Ramazan ayına toxunaraq deyib: "Mübarək Ramazan ayın yaxınlaşır. Ramazan paklıq, təqva, günahların bağışlanması, İlahi rəhmət və fəzilət ayıdır. Buna görə də, bu aydan yüksək səviyyədə bəhrə aparmalıyıq. İnsan zahirinə diqqət yetirdiyi kimi batininə də, diqqət yetirib buna vaxt ayırmalıdır. İmam Səccad (əleyhi səlam) bu ayı həm pak (admin: yəni məlun şeytan bu ayda həbsə salınır), həm də pak edən (admin: yəni məlun şeytanın həbsə salındığı üçün insanın batini pisliklər və rəziliklərdən saflaşması daha çoxalır) adlandırır."

Ali Təqlid Mərcəsi mübarək ayda İslami təbliğatın gücləndirilməsinin zəruriliyinə və sosial şəbəkələrdə düşmən qüvvəsinin rəvac verdiyi fəsadlara işarə eədərk deyib: "Sosial şəbəkələrin fəsadı həddindən artıq çoxdur. Qərbə məxsus olan sosial şəbəkələr dünyanı batlağa çevirib. Ramazan ayı bu yırtıcı təbliğatın qarşısında dayanmağımız üçün bir fürsətdir.”

Ayətullah Məkarim Şirazi daha sonra Qərbin dünyaya hökmüranlıq etməsi planına toxunaraq bildirib: “Onların (qərblilərin) düşüncəsinə əsasən, əxlaqi dəyərlərdən uzaq olan bir dünyanı idarə etmək daha rahatdır. Beləliklə onların bu hiyləsinin önündə durmaq hamımıza bir vəzifədir!"

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fiqh
İran İslam Respublikasının Məşhəd şəhərində güclü zəlzələ baş verib. ...
Suriya Hələbin azadlığı uğrunda genişmiqyaslı quru əməliyyatlarına başladı
BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ...
PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə ...
Fransada ant-sionist aksiyası
Şeyx İsa Qasim Türkiyəyə sürgün oluna bilər
QƏNIMƏT VƏ MəğNƏM
ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI
“19 Dey” münasibəti ilə Qum əhalisi İmam Xamenei həzrətlərinin görüşünə ...

 
user comment