Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Lahur sakinləri ölkə başçılarının Pakistanda Şiələrin qətliam edilməsinə biganə yanaşmasına etiraz olaraq aclıq aksiyası keçirir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 14 may 2016 tarixdən etibarən Pakistanda Şiələrin ən böyük təşkilatı sayılan “Müsəlmanların Vəhdət Məclisi” hərakatının əsas üzvləri ölkə rəsmilərinin Pakistanda Şiələrin uzun illər mütəmadi sürətdə terror edilməsi faktına biganə yanaşmalarına etiraz əlaməti olaraq keçirdikləri aclıq aksiyası davam
Lahur sakinləri ölkə başçılarının Pakistanda Şiələrin qətliam edilməsinə biganə yanaşmasına etiraz olaraq aclıq aksiyası keçirir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 14 may 2016 tarixdən etibarən Pakistanda Şiələrin ən böyük təşkilatı sayılan “Müsəlmanların Vəhdət Məclisi” hərakatının əsas üzvləri ölkə rəsmilərinin Pakistanda Şiələrin uzun illər mütəmadi sürətdə terror edilməsi faktına biganə yanaşmalarına etiraz əlaməti olaraq keçirdikləri aclıq aksiyası davam edir.

Aksiya “Müsəlmanların Vəhdət Məclisi” hərakatının Baş Katibi Əllamə Race Nasir Əbbas Cəfəri tərəfindən başlanıb. Daha sonra hərakatın əsas üzvləri və digər şəxsiyyətlər bu aksiyaya qoşulublar.

Etirazçılar öz hüquqi istəklərinin bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasının davam edəcəyini bildiriblər. Şiələrin tək istəyi hakimiyyətin tam var gücü ilə təkfirçilərə qarşı geniş miqyaslı hərbi və loqistik əməliyyatların ciddi sürətdə aparılmasıdır.

“Müsəlmanların Vəhdət Məclisi” hərakatının rəhbərlərindən biri olan Seyyid Həsən Rza Həmdani bildirib: “Ölkənin Deyr İsmail Xan, Pişavər, Karaçi və bir çox müxtəlif bölgəlrəi Şiələrin, Əli Beyt (əleyhim səlam) davamçılarının qətligahına çevrilib. Bu Şiə Soyqırmı uzun illərdir davam edir. Amma nədənsə bu günə kimi heç bir terrorçu öz cəzasına çatmayıb. Hətta həbs belə edilməyib... ”

Qeyd edək ki, bu günə kimi, artıq 21 gündür aksiya davam edir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA

 
user comment