Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Peyğəmbərimiz (s) Allah yanında yüksək məqam üçün nələri tövsiyə etdi?

Həzrət Peyğəmbərin (s) Allah yolundakı uca məqamına nə səbəb olmuşdur? Bu, onun Allah yolunda etdiyi seyr və süluka görə olmuşdur. Biz də Nəbimizin (s) getdiyi bu yollarla getməyə ç
Peyğəmbərimiz (s) Allah yanında yüksək məqam üçün nələri tövsiyə etdi?

Həzrət Peyğəmbərin (s) Allah yolundakı uca məqamına nə səbəb olmuşdur? Bu, onun Allah yolunda etdiyi seyr və süluka görə olmuşdur. Biz də Nəbimizin (s) getdiyi bu yollarla getməyə çalışaq ki, mənəvi məqamımız artsın.

1. Nəfsi islah və tərbiyə etmək.
Əbuzər Peyğəmbərə (s) sual verir: “Quranda elə bir mövzu vardır ki, keçmiş peyğəmbərlərin kitabında da gəlmiş olsun?” Həzrət (s) buyurur: “Bəli. O, insanlığın ən üstün məsələsi olan ruhu islah və tərbiyə etməkdir”.
Həzrət (s) başqa yerdə buyurur: “Seyr yolundakı ən böyük maneə - xudbin nəfsdir ki, onu dəqiq şəkildə tanımaq və onunla mübarizə aparmaq lazımdır”.
“Müxtəlif cilvələrə malik olan daxili düşmənlə mübarizədə tanımağa, nəfsin qayğısına qalmağa və davamlı olaraq nəfsi hesaba çəkməyə ehtiyac vardır ki, bu yolun yolçusu özünü həqiqətə çatdırsın və aləmlərin Məbdəsinə qoşula bilsin. Xudbinlikdən Allahı görməyə səfər edə bilsin”.

2. İlahi vilayəti əldə etmək.
Həzrət Peyğəmbər (s) Əbuzərə nəsihət edən zaman buyurur: “Ey Əbazər! Arzularını qısa et və ölümü gözünün önündə qərar ver. İlahi məqamda layiqli şəkildə Ondan həya et”. Əbuzər deyir ki, biz hamımız Allahdan həya edirik. Peyğəmbər (s) buyurur: “Bu, həya deyildir. Həya odur ki, qəbri və cürüməyi unutmayasan. Yeyəcəklərinə diqqət edəsən. Bax gör zehnində nəyi qərar vermisən. O kəs ki, İlahi kəraməti iradə edər, gərək dünyanın zinətini buraxsın. Nə zaman belə etsən, İlahi vilayət məqamına çatarsan”.
İnsanın İlahi vilayət yoluna qədəm basmasına səbəb olan amillər:
a) Bu dünyanın arzuları və nəfsani istəkləri ilə mübarizə aparmaq.
b) Ölümdən agah olmaq və məadı xatırlamaq.
c) Allahdan həya etmək. Qəbri və qiyaməti unutmamaq. Yeməyə nəzarət etmək, düşüncələri hesaba çəkmək.
d) Dünya sevgisindən və dünyanın tez keçən zinətlərindən xilas olmaq.
e) İlahi vilayətə çatmaq, Allah qürbünə çatmaqdır.

3. Günahdan qaçmaq.
Peyğəmbərlərin (ə) sünnəti belə idi ki, onlar günahı yaxından tanıyır, onunla mübarizə aparır və ondan qaçırdılar. Peyğəmbər (s) bu haqda buyurur: “Günah - məstedici şərab kimidir. İnsan ruhiyyəsini, mənəviyyatını, ağlını zay edər”. Günahın kökü nəfsi sevmək və Alahdan qafil olmaqdır. Allaha arif olan insan daima daxili xətibinin sözlərinə qulaq verər. Hər bir yerdə günahdan qaçmağa çalışar.

4. Qurucu ürfan, dağıdıcı deyil.
Nəbi ürfanı biz müsəlmanların həyatının hər bir sahəsinə hakimdir: fərdi, ictimai və ailə. Peyğəmbərimiz (s) gözəl əxlaqı sayəsində həm ailədə və həm də cəmiyyətdə müvəffəqiyyət qazanırdı. Bütün həyatında tövhid düşüncəsi və stimulu hiss olunurdu. Ona görə də xəlvətdə və aşkarda ailəsinin, cəmiyyətin, yetimlərin, yoxsulların dərdini çəkərdi. Onun həyat ürfanı qurucu bir ürfan idi, dağıdıcı deyildi.

5. Bəndəlik ürfanı.
Həzrət Peyğəmbərin (s) ürfanı bəndəlik və tövhid ürfanı idi. Allah yolunun yolçusu gərək bu yolda həqiqi bəndə olsun. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9). Peyğəmbərin (s) həyatı başdanbaşa bəndəlik və tövhidlə dolu bir həyat idi. Allah onu bəndə olduğu üçün mədh edir. Bəndəliyinə görə onu meraca aparır. Deməli, bəndəlik - Peyğəmbərin (s) seyr yolunun mehvərini təşkil edirdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...
Həzrət Zeynəb (ə.s)

 
user comment