Azəri
Friday 2nd of June 2023
0
نفر 0

İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?

Xəbər Agentliyi- İşıqlı bir gecədə mömünlərin Əmiri, müvəhhidlərin Mövlası, Allahın yer üzündə Xəlifə və Canişin təyin etdiyi İmamı həzrəti Əli (əleyhi səlam) camaat namazını qılıb Məsciddən çıxan zaman bir dəstə insanlar onun ardınca yola düşdülər. İmam (əleyhi səlam) onları görüb soruşdu: Sizlər kimlərsiniz?
İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?

 Xəbər Agentliyi- İşıqlı bir gecədə mömünlərin Əmiri, müvəhhidlərin Mövlası, Allahın yer üzündə Xəlifə və Canişin təyin etdiyi İmamı həzrəti Əli (əleyhi səlam) camaat namazını qılıb Məsciddən çıxan zaman bir dəstə insanlar onun ardınca yola düşdülər.

İmam (əleyhi səlam) onları görüb soruşdu: Sizlər kimlərsiniz?

Ərz etdilər: Biz sənin Şiələrin və Davamçılarınıq!

İmam Əli (əleyhi səlam) onların sözünün cavabında buyurdu: Mən sizlərdə Şiəlik nişanələri görmürəm!

İmamın (əleyhi səlam) arxasınca gələn dəstə dedilər: Həqiqi Şiələrin xüsusiyyətləri nədir?

İmam Əli (əleyhi səlam) həqiqi, Şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdi:

1- Şiələr o kəslərdir ki, gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır.

2- Şiələr o kəslərdir ki, Allahdan uzaq düşmək və eləcə də cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər.

3- Şiələri o kəslərdirlər ki, oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir.

4- Şiələr o kəslərdir ki, Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar.

5- Şiələr o kəslərdir ki, çox dua etmək səbəbindən dodaqları quruyar (dodaqlarında çartlaqlıq yaranar). Bunlardır həqiqi Şiələrin nişanələridir!!!

(Sizlərdə bu sifətlər varsa sizlər Əhli-beyt aşiqi və onların yolunu davam edənlərsiniz?!).

Ehqaqul-həqq kitabı, cild: 12, səh: 424

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yaxşılıq haqqında hədislər
Kamil arif Əllamə Qazi
Milli-mənəvi dəyərlərin məhvi
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
İlahi buyuruqlarda qəlbin həyatı və Allah dostlarının səciyyələri haqqında
HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI
İmanı çox olanın, həyası da çox olar
ZEYDİYYƏ FİRQƏLƏRİ
BEYTÜL-MALIN BÖLGÜSÜNDƏ BƏRABƏRLIK
Əsirlərin səfər sovqatı

 
user comment