Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər? Bir dəfə yenə İmam Əliyyən-Nəqi əleyhissəlamdan Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq

Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər?

“Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər? Hanı naz-nemət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər.”
İmam Əliyyən-Nəqi əleyhissəlamın bu sözünün təsirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmamı isə hörmətlə evinə qaytarır. (Mürucuz-zəhəb, c.4, səh.11.)