Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikanın Florida ştatının cənubunda baş verən silahlı qarşıdurma hadisəsində 3 adam həyatını itirərkən, bir neçə nəfər də, yaralanıb.
Fox News televiziyasının verdiyi xəbərə görə Amerikada silahlı şiddət hadisələrinin davamında, dünən Floridanın cənubunda baş verən silahlı hücumda üç adam həyatını itirdi.
Hadisə qurbanlarının anayla övladları olduğu ifadə edilmişdir.
Polis səlahiyyətlisi hadisədə yaralananlardan birinin vəziyyətinin isə ağır olduğunu bildirib.
Qeyd edək ki, hər il Amerikada silahlı hücum nəticəsində minlərlə adam həyatını itirir və ya yaralanmaqdadır.