Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Nardaran işi üzrə dekabrın 21-də keçirilən məhkəmə iclasında yenə də təqsirləndirilən şəxslərin özlərinin iştirakına imkan verilməyib. Müdafiəçilər bugünkü iclasda məhkəmədə Taleh Bağırov və digərlərinin iştirakının təmin olunması haqda vəsatət qaldırıblar. Vəkil Yalçın İmanov deyib ki, təqsirləndirilən şəxslərin məhkəmədə iştirakına imkan verilmir, amma onlar hər dəfə Kürdəxanıdakı istintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilir, səhərdən axşama qədər soyuq zirzəmidə saxlanılır: “Nəticədə təqsirləndirilən şəxslərdən dördünün səhhətində ciddi problemlər yaranıb. Əgər bu adamların məhkəmədə iştirakı təmin olunmursa, onları gətirib soyuq zirzəmidə saxlamağın məqsədi nədi? Bu, işgəncənin bir növüdü. Bu adamlar həm saxlanılan gün, həm də ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kifayət qədər işgəncələrə məruz qalıblar. Onlara məhkəmədə də işgəncə veriləcəksə, daha nəyi araşdıracağıq?”
Diqqət! Xəbərdən istifadə edtikdə mənəbyə istinad lazımdır!