
İmam Sadiq (ə) buyurur:
“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”
İmam Riza (ə) buyurur:
“Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”
İmam Sadiq (ə) buyurur:
“Bizim şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr edərlər.”
Həzrət Əli (ə) buyurur:
“Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”
İmam Hüseyn (ə) buyurur:
“Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
Həzrət Məhəmməd (s) buyurur:
“Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”
Həzrət Məhəmməd (s) buyurur:
“Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lənət oxuyar.”
İmam Səccad (ə) buyurur:
“Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”
Həzrət Əli (ə) buyurur:
“Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”
Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”
Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”
Həzrət Əli (ə) buyurur:
“Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.”
Həzrət Əli (ə) buyurur:
“Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.”
Həzrət Məhəmməd (s) buyurur:
“Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”
Həzrət Məhəmməd (s) buyurur:
“Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı etinasız edir.”
Həzrət Məhəmməd (s) buyurur:
“Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”
Həzrət Məhəmməd (s) buyurur:
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”
Həzrət Məhəmməd (s) buyurur: “Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına!”
Həzrət Məhəmməd (s) buyurur:
“Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”
Yazının tərtibində tərcüm olunmuş kitabların elektron versiyasından istifadə olunub.