Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Əliyevlərin multikulturalist siyasəti sionistlərin ürəyini nə cür ələ gətirdi - Araşdırma

Əliyevlərin multikulturalist siyasəti sionistlərin ürəyini nə cür ələ gətirdi - Araşdırma

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Radio-televiziyasının sərhəddən kənar tədqiqat birliyi “Azərbaycan respublikasında multikulturalizm siyasətinin nəticələri və hədəfləri” adlı araşdırma yayımlanmışdır.

Bu tədqiqat funksional tədqiqat birliyinin tərəfindən, Əhməd Kaziminin elmi rəhbərliyi altında və Bürhan Hişmətinin vasitəsilə yazılmışdır.

Tədqiqat aşağıdakı mövzuları ehtiva edir: multikulturalizm nəzəri və praktiki cəhətdən, Azərbaycan respublikası baxımından multikulturalizm, Azərbaycan respublikasında multikulturalizmi həyata keçirən qurumlar, multikulturalizm ilində həyata keçirilən daxili və xarici proqramların istiqaməti və funksiyaları, Azərbaycan respublikasında multikulturalizm siyasətinin həyata keçirilməsində səkkiz sionist təşkilatının rolu, Azərbaycan respublikasında multikulturalizm siyasətinin yəhudi icmaları üçün nailiyyətləri, multikulturalizm ilində Azərbaycan respublikası şiələrinin hüquqlarının pozulması dairəsi, Azərbaycan respublikasında vahabiliyin, bahiliyin və Nurçiliyin vəziyyəti, Azərbaycan respublikasında multikulturaizmlə dini tolerantlığın əlaqəsi, Azərbaycan respublikası şiələrinin kökü.

Tədqiqatın bir hissəsində deyilir: Azərbaycan respublikasına hakim olan siyasi system multikulturalizimin həyata keçirilməsini bu terminin nəzəri cəhəti, müxtəlif mədəniyyətlərin birgə və dinc yaşaması baxımından müsbət qiymətləndirməyə çalışsa da əməldə isə müxtəlif sübutlar göstərir ki, dini tolerantlığın və multikulturalizmin Bakı konsepsiyası ölkənin yəhudi icmalarına xüsusi üstünlüyün verilməsinə gətirib çıxarmışdır. Azərbaycan respublikasında rəsmən multikulturalizm ili elan edilən 2016-cı ildə bu ölkənin təqribən on milyonluq nüfusunun 85 faizini təşkil edən şiələrə təzyiq davamlı olaraq artmışdır.

Multikulturalizm siyasətindən şiə mədəniyyətinə qarşı sui-istifadənin qabarıq nümunələri xüsusilə Məhərrəm ayında şiə və islam mərasimlərinin keçirilməsinə məhdudluq və qadağa qoyulmaq, onun qarşısında isə yəhudilərin, xristianların və hətta bahailik kimi azmış təriqətlərin fəaliyyətləri üçün misli görünməmiş şərait yaratmaqdır.

“Bakı beynəlxalq multikulturalizm mərkəzi” 2014-cü ildə yaradılmış və işğal olunmuş Fələstində, Rusiyada, İspaniyada, Almaniyada və bəzi digər ölkələrdə flialları açılmışdır. “Bakı multikulturalizm mərkəzi”nin ən mühüm flialı işğal olunmuş Fələstin ərazisindədir.

Azərbaycan respublikasında multikulturalizmlə əlaqədar dəyişikliklərin araşdırılması göstərir ki, proqramların istiqamətləndirməsi və bu ölkədə multikulturalizm hədəflərinin müəyyənləşdirilməsi sionist təşkilatlara aiddir. ABŞ-da Simon Vizintal yəhudi mərkəzi, cəmiyyət üçün beynəlxalq proqramlar adlı sionist təşkilatı, Amerika yəhudiləri komitəsi, yəhud beynəlxalq konqresi, ABŞ-İsrail arasında social əlaqələr komitəsi (İPƏK), İsrail evimizdir partiyası, Azərbaycan-İsrail dostluğu əncüməni (AZİZ), Amerika böyük yəhudi icmaları təşkilatları rəhbərlərinin konfransı həmin təşkilatlardandır ki, Azərbaycan respublikasında multikulturalizm proqramlarının hazırlanmasında və həyata keçirilməsində rol oynamışlar. Konkret olaraq isə sionist rejimi Bakının multikulturalizm siyasətində koordinasiya rolu oynayır.

Azərbaycan respublikasının içində və ondan kərda 2016-cı ildə (multikulturalizm ilində) həyata keçirilən proqramların sərlövhələri göstərir ki, bu proqramların böyük hissəsi sionizm təlimləri və yəhudilərin Azərbaycan respublikasıında yerlərinin möhkəmlənməsi istiqamətində planlaşdırılmış və həyata keçirilmişdir. Bu planların icrasında sionist rejimində Arye Qotun rəhbərlik etdiyi multikulturalizm filial əsas rol oynayır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu 2016-cı ildə Azərbaycan respublikasına etdiyi son səfərində bu ölkədə multikulturalizm proqramının icrasından sevincini gizlədə bilmədi və bu ölkədə sionist icmaları üçün yaradılmış şərait üçün minnətdarlıq etdi.

Multikulturalizm üçün yaradılmış mərkəzlər və infrastruktur göstərir ki, bu təşəbbüslər 2016-cı illə məhdudlaşmır uzunmüddətli bir siyasi-mədəni hədəf kimi Azərbaycan respublikası və sionist rejimi tərəfindən davam etdirilir. Palnın əsas məqsədi isə Azərbaycan respublikasında multikulturalizm siyasəti adı ilə şiələrin asimilasiya olmasıdır.

Məhz buna görədir ki, Azərbaycan respublikasında və multikulturalizm ilində məhdudlaşdırıcı qanunların qəbul edilməsilə şiə fəallarına təzyiq artmışdır. Belə ki, keçmişdə görünməyən polisi, təhlükəsizlik- informasiya tədbirləri Aşura gününə aid Nardaranın Bibi-Rəhimə (imam Rizanın bacısı) hərəmində neçə on min nəfərlik mərasim birinci dəfə olaraq keçirilmədi. Lakin Nardaranda, Lənkəranda və Gəncədə, həm də multikulturalizm ilində əza mərasimlərin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq bu ölkənin əzadar əhalisi muxtəlif yollarla Aşura yığıncağını təşkil etməy çalışdılar.

Bakının mərkəzində yerləşən Məşhədi Dadaş məscidinin ətrafında və Bakının Yenigünəşli kəndinin Həzrət Fatimə məscidinin ətrafında camaatın yığıncağı Azərbaycan respublikası şiələrinin çoxu bütün problemlərə və maniələrə baxmayaraq şiə kimliklərini qoruyub saxlamağa çalışır. Əslində də SSRİ-nin ateist siyasəti Azərbaycan respublikası əhalisinin dini və məzhəbi əqidələrini aradan apra bilmədiyi kimi multikulturalizm adı altında dinə zidd sekular funksiyalar da öz hədəflərinə nail ola bilməyəcəkdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...

 
user comment