Azəri
Friday 27th of December 2024
0
نفر 0

Bütün təqva Allah Təalanın bir ayəsində

Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).
Bu ayə o kamil ayələrdəndir ki, həm xeyir və həm də şərdən bəhs edir. Mənası çox maraqlıdır və İslam dininin əvvəllərində çox sayda qəlbi özünə cəlb etmişdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün təqva – Allahın bu sözündədir”. Sonra bu ayəni tilavət edir.
Bu ayədə üç əmr və üç qadağa vardır. Bu ayə o qədər əhəmiyyətlidir ki, İmam Baqir (ə) cümə xütbəsinin sonunda bu ayəni tilavət etmişdi. Sonra buyurmuşdu: “Allahım, bizləri o kəslərdən qərar ver ki, nəsihətləri eşidir və hallarına faydalıdır”.
O zamanlarda ki, müsəlmanların sayı az və düşmənlərin sayı çox idi və bir çox müsəlmanların Peyğəmbərlə (s) olan beyətini sındırması ehtimal olunurdu, bu ayə nazil oldu. Onlara xəbərdarlıq verdi. (Tebyan)
Bu ayədə nələrə əmr edilir?
1. Ədalət. Yer, göy, bütün aləm ədalətlə bərpa olmuşdur. Bir cəmiyyət insan bədəninə bənzəyir. Əgər ədalətə riayət edilməzsə, xəstələnər. Ədalət o qanundur ki, bütün varlıq aləminin çərxi onunla dönür. Yəni, hər şey öz yerində qərar tutur. İfrat, təfrit etmir, həddini aşmır və başqalarının haqqına təcavüz etmir. Ancaq ədalət tənha olarsa, bir iş görə bilməz, gərək yanında ehsan da olsun.
2. Ehsan. İnsan həyatı boyu elə çətinliklərlə qarşılaşır ki, onu həll etmək üçün ədalət kifayət etmir. Bəlkə fədakarlığa, güzəşt etməyə ehtiyac hiss edir. Ehsandan istifadə edərək, onu həyata keçirdir.
3. Yaxınlarına yaxşılıq etmək. Ehsan ancaq cəmiyyətə aid deyildir, insanın yaxınlarına da aiddir. İnsanın qohumları – kiçik cəmiyyətdir. Böyük cəmiyyət də bu kiçik cəmiyyətdən təşkil edilmişdir. Hər nə qədər bu kiçik cəmiyyət sabit və möhkəm olarsa, böyük cəmiyyət də sabit olar.
Bu ayənin qadağan etdiyi 3 əməl bunlardır: fəhşa, münkər və üsyan. Fəhşa – gizli günahlara işarə edir. Münkər – aşkar günahlara işarə edir. Üsyan isə zülm və özünü başqalarından üstün bilməyə işarə edir.
Əgər bu ayənin buyurduqlarını cəmiyyətimizdə həyata keçirdə bilsək, o zaman aram və abad bir dünyaya malik ola bilərik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."

 
user comment