Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Silahlı Birləşmələrinin sələfi terrorçularına qarşı mübarizəsi davam edir. Mosul şəhərinin şərq nahiyyəsi tamamiə terrorçu qüvvələrdən azad olub. Qərb nahiyyəsinin isə, 3/2 hissəsi azad edilib. “İŞİD” terrorçuların işğalı altında olan məntəqələrdə zülm altında yaşayan yerli xalq nümayəndələri isə bacardıqca fürsət ələ düşən kimi ailə və uşaqları ilə birlikdə qaçaraq İraq Silahlı Qüvvələrinə pənah gətirirlər.